məscidlərdə yatmayasan. həmçinin tək-tənha yatma, əks təqdirdə dəli olmaq təhlükəsi yaranar. Əgər evdə və ya bir biyabanda tək yatmaq istəsən bu duanı oxu:
"Əllahummə anis vəhşəti və əinni əla vəhdəti."
Divarı olmayan bir damın üstündə yatma, çünki bu iş məkruhdur və hər kəs o cür yerdə yatarsa Allah amanından çıxmış olar. həmin damın hər dörd tərəfinin divarı olmalı və həmçinin divarın hündürlüyü dörd dirsəyə çatmalıdır ki, bir arşın və bir qarış da deyilmişdir. Yol üstündə yatma, çünki Əmirəlmö`minin əleyhissalam yol üstündə yatmağı qadağan etmişdir. Bir də əli yağlı və ya xörəyə bulaşmış halda yatma, çünki bu halda şeytan səni dəli edə bilər. O cümlədən uşaqlarınızın da yeməkdən sonra əl-üzünü yuyub yatırdın ki, belə olmasa şeytan onları iyləyib qorxuda bilər. Yataq paltarına daxil olmaq yataq platarını geyinmək istəməsən, paltarının kənarını yatağına sürt ki, əgər zərər verici bir heyvan ora daxil olmuşdursa oradan kənara çıxar. Yatmamışdan öncə ayaq yoluna getmək və bundan sonra yatmaq lazımdır.
(Şeyx Abbas Qummi)
QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com
No comments:
Post a Comment