Bismillahir-rahmanir-rahim

Friday, September 16, 2016

İslamda yatmazdan əvvəl oxunması lazım olan dualar və riayət olunan qayda-qanunlar (Dördüncü fəsil)

     hər zaman yatmaq istəsəniz bu duanı oxuyun: "Uizu nəfsi və zurriyyəti və əhlə-bəyti və mali bikəlimatillahit-tammati min kulli şəytanin və hammətin və min kulli əynin lammətin."
     Rəvayətdə var ki, həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) İmam Həsən və İmam Hüseyn əleyhiməssalamı bu dua vasitəsi ilə qoruyurdu. həmçinin

həzrət xanım Zəhra səlamullahi əleyhanın təsbihini Kafirun, Tovhid, Nas və Fələq surələrini, Ayətəl-kürsini, Saffat surəsinin əvvəlindən on ayə və axırından da on ayəni oxumağınız məsləhətdir. hər kəs yatanda 100 dəfə "Qul huvəllahu əhəd" (yə`ni İxlas) surəsini oxuyarsa onun 50 illik günahları bağışlanar. İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunmuşdur ki, hər kəs yatmazdan qabaq "Qul huvəllahu əhəd" surəsini 11 dəfə oxuyarsa onun günahları bağışlanar, həm özü, həm də qonşuları bütün bəlalardan uzaq olarlar. Lakin 100 dəfə oxuyarsa onun 50 illik gələcək günahları bağışlanar.
     həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət edilmişdir ki, hər kəs yatan zaman "Əlhakumut-təkasur" surəsini oxuyarsa qəbr əzablarından amanda olar.
     İmkan dairəsində yatmazdan əvvəl "Yasin", "Vaqiə", bir də əvvəllərində "Səbbəhə lillah" və "Yusəbbihu lillah" kəlmələri olan surələri oxuyun və yaxud hər hansını oxuya bilsəniz oxuyun, çünki bunların fəzilətləri haqqında çoxlu hədislər mövcuddur. Əgər sürünən heyvanlardan qorxunuz olarsa bu duanı oxuyun, inşaallah sübhə qədər əqrəb və başqa sürünənlərdən qorunarsınız:  "Əuzu bikəlimatillahit-tammatil-ləti la yucavizuhum birrun və la facirun min şərri ma zərəə və min şərri ma bərəə və min şərri kulli dabbətin huvə axizun binasiyətiha innə Rəbbi əla siratin mustəqim."
    Evin uçub xarab olmasından qorxsanız bu ayəni oxuyun ki, ev başınıza uçmasın: "İnnəllahə yumsikus-səmavati vəl-ərzə ən təzula və ləin zaləta in əmsəkəhuma min əhədin min bə`dihi innəhu kanə həlimən ğəfura."
     həmçinin əgər oğrudan qorxsanız: "Qul ud`ullahə", "La təchəru" və "Qul əlhəmdu lillahi" ayələrini oxuyun.
(İsra surəsi, ayə 110-111.)


(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com



No comments:

Post a Comment