Bismillahir-rahmanir-rahim

Friday, September 30, 2016

İslamda yuxuda qorxmaq, pərişan (qarışıq) yuxu görmək və ya yuxuda möhtəlim (cunub) olmağın qarşısını almaq yolları (Beşinci fəsil)

     Əgər yuxuda qorxsanız yatmazdan öncə 10 dəfə bu kəlmələri oxuyun: "La ilahə iləllahu vəhdəhu la şərikə ləhu yuhyi və yumitu və yumitu və yuhyi və huvə həyun la yəmut."
     Sonra Fatimeyi Zəhra əleyhissalamın təsbihini deyin və ya

bu ayəni "Fəzərəbna əla azanihim." axıra qədər oxuyun ki, bu həm qorxu üçün, həm də yuxusuzluq üçün faydalıdır.2 habelə "Müəvvəzətəyn"i (iki nəzər surələri olan "Nas" və "Fələq") bir də "Ayətəl-kürsi"ni oxumaq yaxşıdır.3 Əgər uşaqlar yuxuda qorxurlarsa onların əllərini və ağızlarını yatmazdan əvvəl yuyun ki, qorxmasınlar.
     Pərişan bir yuxu görsəniz əvvəl yatdığınız tərəfdən o biri tərəfiniz üstə çevrilib bunu oxuyun: "İnnəmən-nəcva minəş-şəytani liyəhzunəl-ləzinə amənu və ləysə bizarrihim şəyən illa bi iznillah."
     Sonra isə belə deyin:
     "Uztu bima azət bihi məlaikətullahil-muqərrəbunə və ənbiyauhul-mursəlunə və ibaduhus-salihunə min şərri ma rə`əytu və min şərriş-şəytanir-rəcim."
     Əgər yuxuda boynunuza cənabət qüslü gəlmək qorxusu olarsa yatağınıza gedəndə bu duanı oxuyun:
     "Əllahummə inni əuzu bikə minəl-ihtilami və min su`il-əhlami və min ən yətəlaəbə biyəş-şəytanu fil-yəqzəti vəl-mənami."


(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com


1 comment: