Bismillahir-rahmanir-rahim

Friday, October 14, 2016

İslamda oyaq qalmaq üçün, gecə yarısı yuxudan oyanmaq üçün və oyanan zaman oxunan dualar (Altıncı fəsil)

     Əgər sizə yuxusuzluq üz versə bu duanı oxuyun:

     "Subhanəllahi ziş-şə`ni daimis-sultani əzimil-burhani kulli yəvmin huvə fi şə`n."
     Yaxud bu duanı axıra qədər oxuyun: "Ya muşbi`əl-butunil-cai`əti."
     Gecə istədiyiniz vaxt durmaq istəsəniz: "Qul innəma ənə bəşər."
ayəsini oxuyun və surəni tamam edin. Başqa bir rəvayətdə nəql olunmuşdur ki, əgər gecənin axır vaxtı oyanmaq istəyən kəs yatağına gedərkən bu duanı oxusun:
     "Əllahummə la tu`minni məkrəkə və la tunsini zikrəkə və la təc`əlni minəl-gafilinə əqumu saətə kəza və kəza."
     Və "kəza və kəza" kəlməsinin yerinə hansı saatlarda oyanmaq istədiyini söyləsin. həzrət Əmirəlmö`minin əleyhissalamdan nəql edilmişdir ki, buyurur: həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) hər vaxt yatağına gedəndə bu cür buyururdu: "Əlhəmdu lillahil-ləzi əhyani bə`də ma əmatəni və iləyhin-nuşur."
    Nəzərinizə çatdırırıq ki, belə dualar çoxdur və "Məqalidun-nəcah" kitabında bu dualar geniş şəkildə qeyd olunub. Burada isə müxtəsər şəkildə diqqətinizə çatdırmaqla kifayətlənirik.


(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com

2 comments: