Bismillahir-rahmanir-rahim

Friday, December 9, 2016

İslamda düz və yalan yuxuların səbəbləri (Yeddinci fəsil)

     həzrət Əmirəlmö`minin əleyhissalam buyurur ki, hər bir mö`min yuxuya gedərkən onun ruhunu öz Pərvərdigarının ərşinə aparırlar. Orada gördüyü yuxuların hamısı haqqdır. Lakin qaytarılan zaman havada gördükləri isə pərişan yuxulardır. Və iki xristianın o həzrətdən etdikləri bir neçə sual arasında doğru və yalan yuxu haqqında da soruşduqları nəql olunur ki, həzrət onların cavabında belə buyurdu:-Allah-taala ruhu xəlq etmiş və onun üçün bir sultan qərar vermişdir ki, həmin sultan nəfsdir. Elə ki, insan yuxuya gedi, ruh bədəndən ayrılaraq kənara çıxır. Sultanı isə bədəndə qalır. Beləliklə bu zaman ruh bir dəstə mələk və bir dəstə də cinin yanından keçir. Ona görə də gördüyünüz düz yuxu mələklər, yalan yuxu isə cinlər tərəfindəndir. Rəvayət edilmişdir ki, düzgün yuxular peyğəmbərliyin yetmiş hissəsindən biridir. İmam Rza əleyhissalamdan nəql edirlər ki,

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sübh vaxtı öz əshabından: "Aranızda bəşarətli yuxu görən varmı?" deyə soruşdu. Sonra o həzrət özü buyurdu:-Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur:-hər kəs məni yuxuda görərsə o, həqiqətdə məni görmüş kimi sayılır. Çünki şeytan nə mənim özümün, nə vəsilərimin  (İmamların) və nə də onların məxsus şiələrinin surətinə girə bilməz. həqiqətən düzgün yuxular peyğəmbərliyin yetmişdən bir hissəsidir. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən başqa bir hədisdə nəql olunmuşdur ki, axirəzzamanda mö`minlərin gördüyü yuxuların heç biri yalan olmayacaqdır və həmçinin kim daha çox düz danışan olarsa yuxusu da bir o qədər düzgün olacaqdır.
     İmam Cəfər Sadiq əleyhissalamdan rəvayət olunur ki, əsəri olmayan yalançı yuxulardan biri də gecənin əvvəlində görülən yuxudur. Bu zaman şeytanların və səltənət və qalib olan vaxtıdır. Elə ona görə də həmin yuxular şeytanın yaratdığı xəyala bənzəyir, heç bir həqiqəti də yoxdur. Lakin əsil doğru yuxular gecənin axırıncı üçdən bir hissəsində görülənləridir ki, o zaman mələklər nazil olan səhər vaxtıdır və o hallarda görülən yuxular düzgün olar və yanılmaz, lakin bir insan cənabətli halda və yaxud dəstəmazsız yatmışsa, habelə yatmazdan əvvəl lazımı şəkildə Allahı yada salmamışdırsa belə olan halda yuxusu hasil olmaz və yaxud gec hasil olar.
     Müəllif: Beləliklə bütün bunların müxtəsər təhqiqi bundan ibarətdir: Allah-taala mö`minin ruhunu öz müqəddəs aləmindən xəlq etmiş və onları peyğəmbərlərinin ruhları ilə əlaqədar qərar vermişdir ki, ruhlar aləmində onlarla məhşur olmuşlar. Allah-taala öz sonsuz məsləhətinə görə o müqəddəs ruhları zülmanıi bədənlərdə həbs etmişdir və onu müxtəlif növ cismani əlaqələrə və nəfsani istəklərə düçar etmişdir. Elə o səbəbdən də müqəddəs aləmdən qəflət edərək uzaq düşmüşdür. Lakin bə`zi şəxsiyyətlər bu barədə müxtəlif fikirlər yürütmüşlər.
     1) Bir qrup insanlardır ki, Allah dərgahına yaxınlaşmış və onların ruhları ali ruhlar aləmi ilə əlaqədədir. Cismi bağlılıq onları həmin müqəddəs aləmdən uzaqlaşdırmamışdır. Əksinə hətta başqa insanları onların ruhları ilə ali təbəqədə ki, müqəddəslərlə əlaqədədirlər və müqəddəs ruh daim onlarla raz-niyaz edir. həqiqətən bu cür insanların ruhları üçün Allah dərgahından gələn feyzlər davam edir.
     2) Bir qrup bədbəxt insanlardır ki, tamamilə həmin müqəddəs aləmi yaddan çıxarmışlar, həmçinin onlar bu  fani və bir neçə günlük xoş keçən dünyadan və dünyəvi ləzzətlərdən başqa heç bir şeyi düşünmürlər. hətta onlar şəqavətlərinin çoxluğundan bu nəş`ədən başqa heç bir nəş`əyə inanmırlar. Onlar Allahın elçi və peyğəmbərlərinin də axirət dünyası haqqında buyurduqlarını təkzib etmişlər. Onların gözləri, qəlbləri və qulaqları möhürlənmiş və bütün səadət yolları onların üzünə bağlanmışdır.
     3) Digər bir qrup insanlar da mövcuddur ki, onlar alçaq xüsusiyyətlərə təşəbbüs göstərsələr də buna baxmayaraq ali mərtəbələri qazanmaqdan əl üzməmişdirlər. Onlar bə`zi vaxtlar şeytana bə`zi vaxtlar isə mələklərin nəsihətlərinə qulaq asırlar.
     Onlar gah fitnə-fəsadda şeytana tabe olurlar, gah da Allah övliyasına iqtida edərək ibadət və itaət edirlər. Və bu cür insanların ruhları bə`zi vaxtlar günah, xəta və qeyri-layiq işlərinə görə öz Allahından və onun dərgahının müqərrəblərindən uzaq düşürlər. Onlar yatdıqları zaman nəfsləri icmalən bədənlərindən ayrılır və bədənin idrak qüvvələrinin yolu ilə ona daxil olan fasid xəyalların yolu bağlanır. Beləliklə də köhnə dostlar və tanışlar onun yadına düşür və ruhani dostları ilə əlaqə yaradır. Lakin gecənin əvvəlində ayıqlığının xəyali surətləri xatirəsində mövcud olduğu üçün o, öz bağlantılarının həvəsinə uçmağa başlayır və bu aləmlə naqis şəkildə rabitədə olur. Buna görə də şeytanlar ona qələbə çalır və batil əlaqələr və xəyalları cürbəcür şəkillərdə onun zehnində canlandırırlar. Gecənin əvvəllərindən uzaqlaşdıqca xəyallar məhv olur və yuxarı aləmə uçuş daha kamilləşir. Belə ki, sübhə yaxın asimanlar yer arasından və muxtəlif istəklərdən qurtararaq ilahi ərşin altında müqərrəblərlə söhbətə müvəffəq olur. Şeytanın istilası zəifləyir. Buna görə də həmin vaxt rəhmani yuxular və sübhani feyzlər mö`minlərin ruhlarına doğru axır və onları gündüz etdikləri qəflətə görə namaz, ağlamaq və tö`bə etmək üçün oyadır. Buna görə də gecə namazını bu vaxt üçün müəyyən etmişlər. Bu şərif ayə: "İnnə naşiətəl-ləyli hiyə əşəddu vət`ən və əqvəmu qilən".
     Bunun şə`nində nazil edilmişdir ki, məzmunu gecə edilən ibadətdə ürəklə dilin daha müvafiq olmasını və o halda deyilən sözlərin daha düzgün olmasını yetirir. Necə də gözəldir delə səadətli şəxsə ki, öz qədrini və həmin o anların qədrini bilib həqiqətən öz əsil mahiyyətini  az da olsa düşünərək və eyni halda ruhani mələkləri şeytan vəsvəsələrini dəf etmək üçün öz yavərləri edib müqərrəblərin Allahla razı-niyaz etdikləri zaman özünü onlara mülhəq edər və buna görə də o, heç vaxt bu cür qiymətli bir cəvahiri az qiymətə satmaz.
     Bil ki, bədənə aid olan bu rəngarəng pərdələr yuxuda ürəyin gözü qarşısında asılır və ali mərtəbələrə me`rac etməklə yanaşı bəsirət gözləri yenə də bu cür xəyallara qarışır. Ona görə də yuxuda bir sıra şeyləri başqa şəkillərdə görürlər. Onlar hər şeyi Allah kəlamında zəif ağıla malik olanlara vurulan misalların surət və şəkillərinə münasib olaraq müşahidə edirlər. Çünki onlar idrakdan kənarlaşdırılıblar və buna görə də dərk olunan şeylər hissiyat şəklində onlara göstərilir . Belə ki, dünya ilan şəklində nümayiş olunur. Zahiri naxışlı və yumuşaq, batini zəhərli. habelə qəlblərin həyatı olan elm və bilik su kimi göstərilir. Çünki bu bədənin həyatına səbəb olur. Bütün bunlara görə də yuxunun yozulmağa ehtiyacı vardır. Yuxuyozanın işi isə bu surətləri onların sahibləri üçün yozmaqdan ibarətdir. Belə ki, bir şəxs yuxuda nəcasət içinə düşüdüyünü və əllərinin nəcisə bulaşdığını görsə, müdrik yuxuyozan bunun dünya olduğunu bilməli və onu əlinə mal-dövlət gələcəyini deməlidir. Və yaxud əgər su içində olduğunu görsə, ona "elm sənin nəsibin olacaqdır" deməlidir. Və bu elm Peyğəmbərlər və övsiyaya məxsusdur. həzrət Yusif əleyhissalamın mö`cüzəsi yuxuyozma idi. Və bu elm barəsində bir çox kitablar yazılmışdır. Bu mətləbi biləndən sonra isə öz yuxunu hər kəsə danışmayın. Yalnız mö`min, ağıllı və müdrik adama danışmağınız daha məsləhətlidir. həsəd və ədavət bu işdə olmaz. Buna görə ki, mö`minin yuxusu yer və asiman arasında və onun başı üzərində uçur və bu, onun öz yuxusunu özü və ya digəri onun üçün bu yuxunu yozana qədər davam edir. Bundan sonra yuxu necə yozulursa aqibəti də o cür olur. Əgər özünüz onu yozsanız yaxşı tərəfə yozun ki, inşaallah həmin şəkildə həqiqətə çevriləcəkdir.  


(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com

No comments:

Post a Comment