1-Gecə namazı qılmaq və Qur`an oxumaq üçün.
2-Elm əldə etmək üçün.
3-Gəlini ər evinə aparmaq üçün olarsa. həmçinin
gecələr çox yatmaqdan çəkin. Bu iş qiyamət günü sənin fəqirliyinə səbəb olar. hər bir kəs əgər İlahi əzabının qəfil həmləsindən qorxarsa gərək az yatsın. İmam Muhəmməd Baqir əleyhissalamdan rəvayət olunur ki, həzrət Musa (səlləllahu əleyhi və alihi və səlləm) belə münacat etdi: İlahi, hansı bəndələrindən daha çox xoşun gəlmir? həzrətə xitab yetişdi ki, gecədən sübhə qədər murdar bir meyyit kimi döşənib qalmış bəndələrdən. Başqa rəvayətdə var ki, çox yatmaq insanı dünya və axirətdən məhrum edər. O cümlədən çox oyaq qalmaq da məzəmmət edilmişdir. Oyaq qalmaq haqqında nəql olunmuş gecələrdən başqa gecələr oyaq qalmaq məkruhdur. Çünki gözlərində də haqqı vardır və çox oyaq qalmaqla onları zay etmək düzgün deyil. Yatan zaman üzü günəşə tərəf yatma, çünki üzü günəşə yatmaq və ya oturmaq məkruhdur və bu iş insanın üzünün surətini dəyişir, gizli olan dərdləri aşkar edir, paltarların köhnəlməsinə səbəb olur.
(Şeyx Abbas Qummi)
QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com
No comments:
Post a Comment