sidiyə gedən zaman ya hündür yerdə durmaq, ya da torpağı çox olan yeri bu iş üçün seçmək lazımdır ki, sidik sıçramasın. Çünki qəbr əzabı sidiyi ən çox yüngül saymağa görədir. Suyun içinə sidik etmə, xüsusən də o suya ki, axar deyildir. Çünki cinlər və şeytanlar sənə nüfuz edər, bu da insanda dəlilik irs qoymasına və huşsuzluq hallarına səbəb ola bilər. Canlıların yuvaları üstündə ayaq yoluna getmə. O cümlədən su olan yerlərə, su kənarına, yolun ortasına, məscid qapısı və divarları yaxınlığına, evlərin qapısına və insanların bu işə görə lə`nət etdikləri yerə, meyvə ağaclarının kənarlarına, insanların hətta iyindən belə narahat olduqları yerə, karvanın mənzil salıb istirahət etmək istədiyi məntəqələrə və bu kimi yerlərə ayaq yoluna getmə. Karvanın istirahət etdiyi yerlərə nəcis edən kəslər həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən lə`nətlənmişdir. Sonra hər vaxt ayaq yoluna daxil olmaq istəsən birinci sol ayağını içəri atıb başını bağla. həmçinin eyibli yerlərini açan zaman "Bismillah" de ki, şeytan gözünü bağlasın və sənə nəzər salmasın. Oturduğun zaman ağırlığını sol ayağının üstünə salıb ayağını aralı qoymalısan. Ayaq yoluna getmək çətin olduqda bu duanı oxumaq tövsiyə olunmuşdur. "Əllahummə kəma ət`əmtəni afiyətən fəxrichu minni xəbisən." Nəzərin öz nəcisinə düşən zaman diqqətlə fikirləş ki, bu, əvvəl nə olmuşdur, haradan yetişmişdir və aqibəti nə oldu. həmin halda bu duanı oxumağın məsləhətdir: "Əllahummərzuqnil-həlalə və cənnibnil-həramə."
Gözün suya sataşdıqda de:
"Əlhəmdu lillahil-ləzi cə`ələl-maə təhurən və ləm yəc`əlhu nəcisən."
Özünü paklayan zaman de:
"Əllahummə həssin fərci vəstur əvrəti və cərrimni ələn-nari və vəffiqni lima yuqərribuni minkə ya zəl-cəlali vəl-ikram."
Ayağa durduğun zaman əlini qarnına sürt və de:
"Əlhəmdu lillahil-ləzi hənəəni tə`ami və şərabi və afani minəl-bəlva."
Çölə çıxmaq istədikdə öncə sağ ayağını irəli qoy, əlini qarnına sürt və de:
"Əlhəmdu lillahil-ləzi ərrəfəni ləzzətəhu və əbqa fi cəsədi quvvətəhu və əxrəcə ənni əzahu ya ləha min ni`mətin la yəqdirul-qadirunə qədrəha."
Bə`zi hədis kitablarında üç dəfə "Ya ləha ni`mətən" zikrini deyilməsi nəql olunmuşdur. Bövl etdikdən sonra istibra etmək müstəhəbdir. həmçinin nəcisin soyuq su ilə yuyulması buyurulmuşdur. Ayaq yolunda uzun müddət oturmaq insanda babasil əmələ gətirir. Sümük, quru peyin və yaxud yeyilən şeylərlə özünü paklamaq yaxşı deyil və hörmətli türbətlərlə, məsələn: İmam Hüseyn əleyhissalamın türbəti və Qur`an xətti, Allahın adı, Peyğəmbərlərin və İmamların adları hədis və ya dini elm haqqında bir kəlam yazılmış əşyalarla isə özünü təmizləmək haramdır və əgər hər kəs bu işi bilə-bilə səhlənkarlıq ucbatından edərsə, yə`ni bu hörməti yüngül sayarsa onun küfrünə səbəb olar.
Özünü yuduğun zaman sağ əlinlə yuma və həmçinin sol əlinlə yuyunduğun halda barmağında Allahın adı yazılmış üzük olmasın. Ayaq yoluna bu cür üzük, dua və Qur`an aparsan kərahəti vardır. Və həmçinin gümüş sikkəni ora aparmaq məkruhdur, lakin kisədə olarsa eybi yoxdur. Ayaq yolunda dişi fırçalamayın və söhbət etməyin. Nəql olunmuşdur ki, hər bir kəs orada danışarsa istəkləri yerinə yetməz. Lakin orada Allahın zikrini etmək Ayətəl-kürsi oxumaq, Allaha həmd demək və azançının verdiyi azanı təkrarlamaq olar. həmçinin ayaq yolunda yemək, içmək tərk edilməlidir.
Beləliklə bu haqda fiqh və ibadət kitablarında müfəssəl danışılmışdır. Biz isə bu miqdarla kifayətlənirik.
(Şeyx Abbas Qummi)
QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com
No comments:
Post a Comment