Bismillahir-rahmanir-rahim

Tuesday, February 14, 2017

İslamda xəstəlik və ona səbr etməklə qazanılan savab barəsində (Birinci fəsil)

     İmanı səhih və əməli yaxşı olan insanın bəlası da çox olar. Elə o səbəbdən bütün Peyğəmbərlərin bəlaları hamıdan çox olmuşdur. Onların yaxınlarının da həmçinin bəlası çox olmuşdur. Beləliklə

əgər hər kəsin bədəni xəstəlik çəkməsə tüğyan edər və o bədəndə heç bir xeyir yoxdur. hər bir mö`min xəstələnərsə Allah taala öz fəzl-kərəmilə bir mələyi mə`mur edir ki, səhhəti zamanı etdiyi xeyir əməllərdən onun üçün yazsın. Əgər onun qızdırması olarsa ağacın yarpaqları tökülən kimi günahları tökülər. Xəstə mö`min yatağa düşüb zarıldayarsa onun savabı "subhənallah", fəryad çəkərsə savabı "La ilahə illəllah" qədərdir. həmçinin o yan bu yana çevirlməsi isə Allah yolunda düşmənə qılınc çəkənlərin dəyərinə bərabərdir. Onun bir gecə qızdırma çəkməsi bir illik, iki gecəsi qızdırma içində olması iki illik, üç gecə olması isə yetmiş illik ibadətə bərabərdir. İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunur ki, bir gecə qızdırmalı olması onun keçmiş və gələcək günahlarının kəffarəsidir.
     Başqa bir rəvayətdə nəql olunmuşdur ki, hər bir mö`min bir gecə xəstəlik ağrısını qəbul edib səbrlə çəkərsə belə ki, çəkdiyi dərdləri heç kəsə bildirməyib sübh çağı Allaha şükür edərsə Allah taala öz fəzl kərəmilə ona altımış illik ibadətin savabını əta edər. Xəstə olan halda şikayət etməyi tərk et! Və nəql olunmuşdur ki, həddi şikayətin "Dünən gecə qızdırmadan yata bilməmişəm" demək deyil. Lakin "Mən elə bir bəlaya düçar olmuşdum ki, heç kəs o cür bəlaya düşməmişdir" deməsidir. Baş ağrısı da Allah taalanın bir tövhəsidir ki, sevdiyi bəndəsinə göndərir. Bir gecə baş ağrısı çəkmək kəbirə günahlarından başqa bütün günahları aradan aparar. həmçinin Allah taala mö`mini hər bir bəlaya düçar etsə belə və onu hər növ ölümlə öldürsə belə yenə də onun ağlını əlindən almaz. Nəql olunmuşdur ki, Allah taala: "Əgər mö`minlər ürəklərinə salmasaydılar, mən kafirlərin başına dəsmal bağlayardım ki, heç vaxt başları ağrımasın"-deyə buyurmuşdur.

(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com

No comments:

Post a Comment