1-Qan almaq.
2-Buruna dərman damcılatmaq.
3-İmalə (arxadan daxilə maye halında olan dərman yeritmək).
4-Qusmaq.
habelə həzrətdən nəql olunur ki,
Cəbrail əleyhissalam həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə diş fırçalamaq və qan almağı gətirdi, qan almaq insanın bədənini sağlam, ağlını isə möhkəm saxlayır. Rəvayətdə buyurulur ki, əgər bir şeydə şəfa olarsa o da qan almaq üçün şüşədə və bal yeməkdədir. Nəql olunur ki, bir şəxs cümə günü İmam Museyi Kazim əleyhissalamın öz bədənindən qan almasını görüb ərz etdi:-Canım sənə fəda olsun, cümə günü qan alırsan? həzrət: "hər vaxt qanın çoxalarsa, istər gecə, istərsə də gündüz olsun fərqi yoxdur, Ayətəl-kürsini oxuyub artıq qanını çək."-deyə söylədi. İmam Rza əleyhissalamda bir çox hallarda gecə yarısı qan çoxluğunu görüb elə həmin vaxtda da bədənindən qan alırdı. İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunur ki, ramazan ayında gecə qan almaq daha yaxşıdır.

həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunur ki, hər kəs çərşənbə axşamı ayın on yeddisi, on doqquzu və ya iyirmi birində qan alarsa ona ilin bütün dərdlərindən şəfa verilər və həmçinin o, baş ağrısı, diş ağrısı, dəlilik, xora və dəri xəstəliklərindən şəfa tapar. Nəql ediblər ki, qan alan zaman qanı çıxdıqdan sonra qaba tökməmiş bu kəlamı desin:
"Bismillahi əuzu billahil-kərimi fi hicaməti hazihi minəl-əyni fid-dəmi və min kulli su`in."
həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunur ki, qanı başdan, çiyinlərin arasından bir də boynun arxasından alardı. Onların birini "Nafiə" ikincisini "Muğisə", üçüncüsünü isə "Munqizə" yə`ni insanı hər bəladan qoruyan adlandırmışdı. həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) hər vaxt bədənindən qan alsaydı soyuq su ilə qüsl edərdi ki, qanın hərarətini aşağı salsın. İmam Cəfər Sadiq əleyhissalam qan alandan sonra üç parça qənd ya nabat tələb edər və onu meyl edərdi. Və:-Bu təzə qanı əmələ gətirir və insanın hərarətinin qarşısını alır-deyərdi. Və buyurulur ki, bədəndən qan aldıqdan sonra şirin nar yemək qan axmanın qarşısını alıb içəridə olan qanı saflaşdırır.
Qan almağın vaxtları
Rəvayət ediblər ki, cümə günü elə bir saat mövcuddur ki, hər kəs həmin saatda bədənindən qan alarsa ölə bilər. həmçinin ac vaxtı qan alma ki, sağlam qanın aradan gedər çirkin qan isə bədəndə qalar. Əgər hər vaxt çərşənbə günü ay əqrəb bürcündə olarsa qan almaq yaxşı deyil. Cümə axşamı zöhrdən əvvəl qan almaq isə yaxşıdır. Cümə günü zöhr vaxtı qan almaq bəyənilməmişdir. İmam Cəfər Sadiq əleyhissalam buyurmuşdur ki, bizim bədəndən qan almaq günümüz bazar günü, şiələrimizin ki, isə bazar ertəsidir. İmam Museyi Kazim əleyhissalam buyurub ki, hər kəs qan almaq istəsə bunu şənbə günü etsin və lakin bazar günü qan almaq bütün dərdlərə şəfadır. həmçinin nəql olunmuşdur ki, çərşənbə axşamı elə bir saat mövcuddur ki, hər kəs həmin vaxtda bədənindən qan alarsa qan axmağının qarşısını almaq mümkün olmaz və bununla da insan ölə bilər.
(Şeyx Abbas Qummi)
QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com
No comments:
Post a Comment