Bismillahir-rahmanir-rahim

Tuesday, March 7, 2017

İslamda imamlardan qalmış müalicə üsulları və həkimlərə müraciət etməyə icazə verilməsi (Üçüncü fəsil)

     Rəvayətlərə görə dörd müalicə yolu vardır:
     1)-Qan almaq.
     2)-Dərman çəkmək.
     3)-Qusmaq.
     4)-İmalə etmək.
     Nəql olunmuşdur ki, ən yaxşı dərman

imalə etməkdir. O, qarnı kökəldir daxili dərdləri təmizləyib bədəni qüvvətli edir. "Fighur-Rza" kitabında yazılmışdır ki, "himye" (pəhriz saxlamaq) və çox yemək yeməkdən çəkinmək bütün dərmanların başıdır. Mə`də isə dərdlər məkanıdır. hər hansı bir bədən üçün adət etdiyi şeylərdən istifadə et. həmçinin bədənin xəstəliyə qarşı dözümü varsa dərman içməkdən çəkin. hər vaxt ac oldun yemək ye və hər zaman susuzladın su iç. Sidiyin gələndə ayaq yoluna get, zərurət olanda yaxınlıq et və yuxun gələn zaman yat. Əgər bunlara riayət etsən bədənin həmişə sağlam olar. Nəql olunmuşdur ki, bə`zi vaxtlarda Allah taala dərmanın bədənə tə`sir etməsinə mane olur. Müəyyən olunmuş vaxta qədər həmin xəstəlik qalır və bu müddət keçib gedəndən sonra dərmanın tə`sir etməsinə rüxsət verilir və bu dərmanla şəfa tapılmış olur.
Lakin insan bu müddət keçməzdən əvvəl dua oxuyub sədəqə və ya bə`zi xeyirxah işlər edərsə Allah taala dərmana həmin müddətdən daha tez tə`sir imkanı yaradar. Başqa bir yerdə də buyurur ki, bal hər dərdə şəfadır. Əgər hər kəs ac qarına bir barmaq bal yeyərsə onun sinəsinin bəlğəmini bədəndə olan sodanı təmizləyər. həmçinin əgər onu kündürlə yeyərsə zehnini saflaşdırıb hifzini möhkəmləndirər. Soyuq su hərarəti və səfranı yatıraraq qidanı rahat həzm etməyə kömək edir. həmçinin mə`də yolunda olan ixtilatı təmizləyir və qızdırmanı aradan aparır. Buyurur ki, bədəni kökəldən şeylər onu əl ilə ovmaq, yumşaq paltarlar geyinmək, xoş ətirlər vurmaq və hamama getməkdir. Əgər ölünü ovuşdursalar dirilməyi qeyri-mümkün deyildir. Sədəqə vermək göyün bəlalarından və çətin hadisələrdən saxlayar, eləcə də:-Xəstəliyi sədəqə, dua və soyuq su apardığı kimi heç bir şey aradan apara bilməz-deyə buyurulmuşdur. Və buyurulur ki, pəhriz etmək və ya bir şeydən çəkinməyin nəhayəti on dörd gündür. həmçinin pəhriz heç nə yeməmək deyil əksinə az miqdarda qidalanmaqdır. Və: İnsan bədənində xəstəlik və sağlamlıq bir-birilə çəkişmə və qarşı durma vəziyyətindədirlər. Ona görə də hər vaxt sağlamlıq əldə olunarsa xəstə də şüurlanar və həmçinin yeməyə qarşı onda iştaha yaranar, Elə buna görə də o, hər zaman yemək tələb edərsə onun üçün bunu tez hazırlayın. Ola bilər ki, onun şəfası bunda olsun-deyə buyurulur. Və həmçinin buyurdu:-Bütün dərdlərin şəfası Qur`andadır. Onun üçün də öz xəstələrinizə sədəqə verməklə müalicə edin bir də onlar üçün Qur`anla şəfa istəyin. Qur`an şəfa etməyən kəsə heç bir şey kömək etməz. Lakin rəvayətlərdən belə mə`lum olur ki, xəstələrinizi sədəqə ilə müalicə edin, çünki sədəqə böyük bəlaları dəf edir. Nəql olunur ki, qoca bir kişi İmam Cəfə Sadiq əleyhissalamın hüzuruna gəlib ərz etdi: "Mənim bir dərdim vardır və həkimlər onun üçündə şərab məsləhət görmüşlər və məndə onu içirəm". həzrət buyurdu: "Nə üçün özünü Allah taalanın bütün canlılarının yaşamasını onda bilən bir su ilə müalicə etmirsən?
     Kişi dedi:-Mənimlə razılaşmır. İmam buyurdu:-Allah taalanın bütün insanlar üçün şəfa buyurduğu baldan niyə yemirsən? O dedi: Əlimə düşmür. İmam buyurdu:-Bəs niyə süd içmirsən, halbuki sənin bütün sümük və ətin onunla inkşaf etmişdir? Kişi ərz etdi ki, meylim çəkmir. həzrət buyurdu:-İstəyirsən ki, icazə verim şərab içəsən? Allaha and olsun ki, heç vaxt bu işi etmərəm. həmin həzrətdən rəvayət olmuşdur ki, xəstənin piyada yol getməyi onun halının pisləşməsinə və xəstəliyinin şiddətlənməsinə səbəb olur. Nəql olunur ki, yeddi gündən artıq pəhriz saxlamağın mənfəəti yoxdur və rəvayətlərdə onun nəhayət vaxtının on gün olması müəyyən edilmişdir. Əli ibni Cəfərdən rəvayət olunmuşdur ki, həzrət Musa əleyhissalamdan xəstələrə dağ vurmaq və onlara dua və ovsun oxumaq haqqında soruşdular? həzrət dedi: "Əgər mə`nasını bilirsənsə ovsun oxumağın və dağ vurmağın eybi yoxdur." həzrət Əmirəlmö`minin əleyhissalamdan belə nəql edilir ki, xəstəlik müsəlmanın səhhətinə qələbə etməyincə dərman içməməlidir. İmam Sadiq əleyhissalamdan nəql olunmuşdur ki, hər bir şəxsin sağlamlığı xəstəliyinə güc gələn halda yenidən müalicə olunub bu minvalla ölərsə mən ondan bizaram və başqa bir hədisdə buyurur ki, hər kəs bu halda dərman içərsə elə bil ki, öz əlilə olümünə imkan yaratmışdır. Rəvayətlərdən birində söylənmişdir ki, bir nəfər İmam Musa əleyhissalamdan soruşdu:-Mənim öz xəstəliyimin müalicəsinə görə bir nəfər xristian həkimə ehtiyacım vardır. Bunun üçün də onun yanına müalicəyə gedib həmişə ona salam verərək dua edirəm. Buyurdu:-Eybi yoxdur, sənin salamının və dua etməyinin ona heç bir mənfəəti yoxdur.
     Nəql olunur ki, peyğəmbərlərdən biri xəstə olduqda belə dedi: "Mən özümü müalicə etmərəm." Gözləyirəm ki, bu dərdi mənə verən özü şəfamı versin. Allah taaladan ona vəhy yetişdi ki, özünü müalicə etməyincə sənə şəfa vermərəm.

(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com

No comments:

Post a Comment