Bismillahir-rahmanir-rahim

Saturday, April 8, 2017

İslamda qızdırma növlərinin müalicə üsulları (Dördüncü fəsil)

     Bir çox hədislərdə nəql olunmuşdur ki, qızdırmanı bədənə soyuq su tökməkdən və bir də alma yeməkdən başqa heç bir şeylə müalicə etmərik. Rəvayətdə var ki, qızdırma cəhənnəm qorxusundandır, onu soyuq su ilə aşağı salın və həmçinin rəvayət olunmuşdur ki, təqribən on dirhəm ağırlığında qəndi soyuq su ilə qarışdırıb ac qarına içmək faydalıdır. Əmirəlmö`minin əleyhissalamdan nəql olunmuşdur ki, dedi: Biz Əhli-beyti yada salmaq qızdırmanı digər dərdlərin və şeytan vəsvəsələrindən uzaqlaşmaq üçün şəfadır.
     həzrət başqa bir yerdə: "Yağış suyun için! Bədəninizi paklaşdıracaq və bütün dərdlərinizi dəf edəcək"-deyə buyurmuşdur. İmam Muhəmməd Baqir əleyhissalamdan nəql olunur:-Qızdırmaya üç yolla əlac etmək olar:



     1) Qusmaq.
     2) Tərləmə vasitəsi ilə.
     3) Mushil (yumşaldıcı dərmandan mə`də-bağırsaq üçün istifadə etmək, imalə).
     Bir şəxs İmam Sadiq əleyhissalamın hüzuruna gəlib bədəninin hər tərəfli qızdırmalı olmasından şikayət etdikdə, buyurdu ki, bir parça nabat və ya qəndi əzib suya tök, ac vaxtı və ya suya ehtiyacın olduğu hər vaxt içərsən. həmin şəxs buna əməl edib tezliklə şəfa tapdı. İmam Musa əleyhissalam buyurmuşdur ki, günaşırı gələn qızdırmanı müalicə etmək üçün balı qarağatla (qaragilə) bir yerdə qarışdırıb ondan üç barmaq ye! Bunların hər ikisi mübarəkdir. Və ALLAH taala balın şəfa olmasını buyurdu. həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) isə qaragilə haqqında: Ölümdən başqa bütün dərdlərin dərmanı onda var-deyə buyurdu. həzrət İmam Əliyyən-Nəqi əleyhissalamdan rəvayət olunur ki, günaşırı qızdırmanı ən yaxşı dərmanlarından biri bal ilə buzlu şərbət düzəldib onu çoxlu zəfərana da qatışdır və həmin gün ərzində ondan başqa heç bir şey içmə.
     həmçinin rəvayət olunur ki, bir şəxs həzrət İmam Sadiq əleyhissalamın hüzuruna gəlib ərz etdi:-Bir ay olar ki, qızdırmam vardır və həkim məsləhətlərinin  hamısına əməl edirəm, lakin yaxşı olmur. həzrət buyurdu:-Köynəyinin düymələrini genişləndirib, başını köynəyinin yaxasına daxil et, azan və iqamə de: Sonra isə yeddi dəfə həmd surəsini oxu. həmin şəxs söyləyir ki, mən İmam deyən kimi etdim, elə bil ki, zəncirdən buraxıldım. həzrət digər hədisdə də buyurdu:-hər kəsə hadisə üz vermiş olsa yeddi dəfə həmd oxusun, əgər aradan getməsə yetmiş dəfə oxusun və mən onun dərdinin və çətinliyinin həll olmasına zaminəm. Davud ibn Zəbidən nəql edirlər ki, o söyləyir: Mən Mədinədə şiddətli bir xəstəliyə düçar oldum və bu xəbər İmam Cəfər Sadiq əleyhissalama çatdıqda mənə məktub yazdı ki, bir sa (üç kq) buğda al və arxası üstə uzanıb həmin buğdanı sinənin üstünə tökərək bu duanı oxu: "Əllahummə inni əs`əlukə bismikəl-ləzi iza sə`ələkə bihil-muztərru və kəşəftə ma bihi min zurrin və məkkəntə ləhu fil-ərzi və cə`əltəhu xəlifətəkə əla xəlqikə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmmədin və ən tuafiyəni min illəti." Sonra düz oturaraq buğdanı cəmləyib yenə həmin duanı oxu. Və buğdanı dörd hissəyə bölüb hər hissəsini bir yoxsula verərsən və yenə bu duanı təkrar edərsən. Davud deyir ki, o cür etdim və elə bil ağır bir yükdən azad oldum. həmçinin bir çox insanlar da bu cür edib şəfa tapmışlar. Nəql olunur başqa bir şəxs də o həzrətə uzun sürən qızdırmasından şikayət edəndə o buyurdu ki, Ayətəl-kürsini bir qabın içinə yazıb su da həll edib içərsən. Bunu bilməlisiniz ki, qızdırma üçün faydalı olan dualardan biri də həzrət Fatimeyi Zəhra əleyha salamın Salmana öyrətdiyi duadır. həzrət buyurdu ki, əgər ömrün boyu qızdırmadan azar görmək istəməsən daim bu duanı oxu:
     Bismillahir-rəhmanir-rəhim.
     Bismillahin-nur. Bismillahi nurin-nur. Bismillahi nurun əla nur. Bismillahil-ləzi huvə mudəbbirul-umur. Bismillahil-ləzi xələqən-nurə minən-nur. Əlhəmdu lillahil-ləzi xələqən-nurə minən-nur və ənzələn-nurə ələt-tur. Fi kitabin məstur. Fi rəqqin mənşur. Biqədərin-məqdur. Əla nəbiyyən məhbur. Əlhəmdu lillahil-ləzi huvə bil-izzi məzkur və bil-fəxri məşhur və ələs-sərrai vəz-zərrai məşkur və səlləllahu əla seyyidina Muhəmmədin və alihit-tahirin."
     Cənab Salman deyir: Mən bu duanı Məkkə və Mədinə camaatından olan min nəfərdən artıq qızdırmalı adama tə`lim etdim. Onların hamısı bu dua ilə qızdırmadan şəfa tapdılar. Başqa rəvayətdlərdə nəql olunmuşdur ki, uzunçəkən qızdırması olan adam üçün bu ayəni yazıb bədəninə bağlayın: "Ya naru kuni bərdən və səlamən əla ibrahim."

(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com

No comments:

Post a Comment