həmçinin başqa bir hədisdə də gəlmişdir ki, baş ağrısı üçün əllərini başın yuxarı hissəsinə qoyub bu cür de:
"Ləv kanə alihətən kəma yəqulunə izən ləəbtəğu ila zil-ərşi səbilən. Və iza qilə ləhum tə`aləv ila ma unziləllahu və ilər-rəsuli rə`əytəl-munafiqunə yəsuddunə ənkə sududa." həzrət İmam Əliyyən-Nəqi əleyhissalam-dan nəql edilmişdir: Baş ağrısı üçün bu ayəni bir fincan suya oxuyub içərsən: "Əvələm yərəl-ləzinə kəfəru innəs-səmavati vəl-ərzə kanəta rətqən fəfətəqnahuma vəcəəlna minəl-mai kulli şəy`in əfəla yu`minun." Nəql olunmuşdur ki, həbib Sistani İmam Muhəmməd Baqir əleyhissalama şikayət etdi ki, həftədə iki dəfə məni gicgah ağrısı tutur. İmam buyurdu:-Əlini ağrı olan tərəfə qoyub 3 dəfə de: "Ya zahirən məvcudən və ya batinən ğəyrə məfqudin urdud əla əbdikəz-zəifi əyadikəl-cəmilətə indəhu və əzhib ənhu ma bihi min əza innəkə rəhimun vədudun." Və səhih hədisdə həzrət İmam Sadiq əleyhissalamdan nəql olunmuşdur ki, Adəm övladlarından iki damarı olmayan bir kəs mövcud deyildir. Onlardan biri başda yerləşən damardır ki, xoranı hərəkət etdirir. Digəri isə bədəndə ağ ləkələri əmələ gətirir. Beləliklə başda olan damar fəaliyyətə başlayır və ona görə də Allah taala zökəm xəstəliyini ona nüfuz etdirib ki, baş ağrılarını çəksin. Əgər bədəndə yerləşən damar fəaliyyət edərsə Allah taala "çiban"ı ona üstün edir ki, bədənin ağrılarını çəkib götürsün. O səbəbdən hər bir insana çiban ilə zökəm bir yerdə yetişərsə Allaha şükr etməyi gərəkdir. Başqa bir rəvayətdə buyurdu:-Zökəm Allahın ordularından olan bir ordudur və onları bədəndə olan dərdləri aradan aparmaq üçün göndərir. həmçinin bir neçə rəvayətdə vardır ki, zökəmi müalicə etmək olmaz.
Cindən qorunmaq üçün oxunan dualar
Mö`təbər hədislərin birində vardır ki, bir şəxs həzrət İmam Sadiq əleyhissalamın hüzuruna gəlib dedi:-Mən çox səfər edirəm, həmçinin qorxunc yerlərə yolum düşür. Mənə elə bir şey öyrət ki, qorxmayım. həzrət buyurdu: "O cür yerlərə çatanda əlini başının üstünə qoyub uca səslə oxu: "Əfəğəyrə dinəllahi yəbğunə və ləhu əsləmə mən fis-səmavati vəl-ərzi təv`ən və kərhən və iləyhi turcə`un." həmin şəxs deyir ki, mən elə bir çöl-biyabana daxil oldum ki, orada çoxlu cin olduğunu söyləyirdilər. Birdən birinin: "Onu tut gətir."-deyə söylədiyini eşitdim. Elə bu halda mən həmin ayəni oxudum və o birinin:-onu nə cür tutum ki, o Təyyibə ayəsinə pənah apardı deyə cavab verdiyini eşitdim. həzrət Muhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunur ki, cinlər daş atan evdə ev sahibi həmin daşı götürüb desin: "həsbiyəllahu və kəfa səmiəllahu limən dəa ləysə vəraəllah."
Əsəb xəstəliyinin sağalması üçün oxunan dualar
Nəql olunur ki, o həzrət buyurdu:-hər kəs əsəb xəstəliyinə düçar olarsa ona bu duanı oxuyun: "Ə`zəmtu ələyyki ya rihu bil-əzimətilləti əzəmə biha Əliyyubnu Əbi Talibin ələyhissəlam Rəsulillah səlləllahu ələyhi və alihi və səlləm əla cinnə vadis-səbrəti fəəcabu və ətau ləmma əcəbti və ətə`ti və xərəcti ən fulan ibni fulanətin əs-saətə." Duanın axırında isə "fulan ibni fulanətin" yerinə xəstənin və onun anasının adını de.
Burun axmanı aradan aparmaq üçün dualar
Rəvayət edilmişdir ki, bir şəxs burun axmasına düçar olmuşdu həzrət buyurdu:-hər gecə yatmazdan əvvəl bu duanı oxu: "Bismillahi və billahi aməntu billahi və kəfərtu bit-tağuti Əllahumməhfəzni fi mənami və yəqzəti ə`əuzu biizzətillahi və cəlalihi mimma əcidu və əhzəru."
(Şeyx Abbas Qummi)
QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com
No comments:
Post a Comment