Bismillahir-rahmanir-rahim

Monday, August 21, 2017

İslamda göz ağrısı, burundan qan axma, qulaq və diş ağrısı və bir çox xəstəliklərin müalicəsi (Altıncı fəsil)

     İmam Sadiq əleyhissalamdan nəql olunmuşdur ki, bir şəxsə buyurdu:-İstəyirsən sənə elə bir dua öyrədim ki, dünya və axirətin üçün faydalı olsun və həmçinin göz ağrılarını yaxşılaşdırsın?
     O, dedi:-Bəli.
     İmam buyurdu:-həmişə sübh və şam namazından sonra bu duanı oxu:
"Əllahummə inni əs`əlukə bihəqqi Muhəmmədin və ali Muhəmmədin ələykə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmmədin və ən təc`ələn-nurə fi bəsəri vəl-bəsirəti fi dini vəl-yəqinə fi qəlbi vəl-ixlasə fi əməli vəs-səlamətə fi nəfsi vəs-səətə fi rizqi vəş-şukrə ləkə əbədən ma əbqəytəni."
     İmam Musa əleyhissalamdan rəvayət edilmişdir ki, bir nəfər öz gözünün zəifliyindən İmama şikayət edib dedi: İş o yerə çatıb ki, gecə gözlərim görmür. İmam buyurdu:-"Allahu nuru-səmavati" ayəsini dəfələrlə camın içərisinə yazıb onu suda həll edib, sonra suyu bir şüşəyə töküb sürmə çəkilən millə gözünə çəkərsən. həmin şəxs nəql edir ki, mən onu yüz mildən az çəkmişdim ki, görmə qabiliyyətim qayıtdı.
                              
                                     Qulaq ağır eşidəndə oxunan dualar
     Rəvayət olunur ki, bir şəxs qulağının ağır eşitməsindən İmam Məhəmməd Baqir əleyhissalama şikayət etdikdə İmam buyurdu:-Əlini qulağına çəkib bu ayələri oxu:
     "Ləv ənzəlna hazəl-Qur`anə" Belə ki, həşr surəsini tamamla.
                                    Burundan qan axmanın qarşısının alınması
     Birinin burnundan qan axmanın qarşısını almaq üçün onun alnına bu duanı yazmaq lazım olduğu rəvayət olunmuşdur. "Və qilə ya ərzu ibləi maəki və ya səmau əqli`i və ğizəl-mau və quziyəl-əmru vəstəvət ələl-cudiyyi və qilə bu`dən la qəvmiz-zaliminə."
                                                Diş ağrısı duası
     Rəvayətdə var ki, Əbu Bəsir İmam Məhəmməd Baqir əleyhissalama diş ağrısından şikayət edərək dedi ki:-Bu ağrılar məni gecələr bimar edir. İmam buyurdu:-Elə ki, dişin ağrımağa başladı, əlini ağrıyan yerə qoyub "həmd" və "Qul huvəllahu əhəd" surələrini oxuyub sonra isə bu ayəni de: "Və tərəl-cibalə təhsəbuha camidətən və hiyə təmurrumərrəs-səhabi sun`əllahil-ləzi ətqənə kullə şəyin innəhu xəbirun bima təf`əlun."
     İmam Sadiq əleyhissalamdan nəql olunur:-Bunları "İnna ənzəlnahu fi ləylətil-qədr" surəsi ilə oxu. həmçinin rəvayət olunmuşdur ki, diş ağrısını dəf etmək üçün bir mismar götürüb həmd, Fələq, Nas surələrini 3 dəfə oxusun sonra öz dərdlərini və atasının adını deyib bu duanı oxusun: "Əklətil-harrə vəl-baridə əfəbil-harri təskuninə və ləhu ma səkənə fil-ləyli vən nəhari və huvəs-səmi`ul-əlimu şədədtu daə hazəz-zirsi min fulan ibni fulanin bismillahil-əzim." Sonra mismarı divara vurub desin: "Allah, Allah, Allah."

                                               Dişin müalicə qaydaları
     İmam Musa əleyhissalamdan rəvayət var ki, diş ağrısı üçün onun üstünə su`d qoyulması gərəkdir. Və buyurdu:-həmçinin şərabdan dönmüş sirkə dişin diblərini möhkəmləndirir.

                                               Gözün müalicə qaydaları
     Əmirəlmö`minin əleyhissalam Salman və Əbuzərə buyurdu:-Nə qədər ki, gözünüzdə ağrı var, sol böyrü üstə yatmayın və xurma yeməyin.

                                               Qulağın müalicə qaydaları
     Rəvayətlərə görə əgər qulaqdan çirk ya qan gələrsə çox köhnəlmiş pendirdən bir qədər götürüb onu yumşalana qədər döy və sonra qadının südü ilə qarışdırıb odun üstündə isit və yumşalt. hazırlanmış mə`mulatdan bir neçə damcı qulağın ağrıyan hissəsinə tök. həmçinin qulaq ağrısı üçün sudabı (tibbi bir bitki) zeytun yağında bişirərək ondan neçə damcı qulağa damcılatmaq faydalıdır. həzrət Sadiq əleyhissalamdan rəvayət olunmuşdur ki, boğaz ağrısı üçün süd içməkdən faydalı dərman yoxdur. 
     həzrət İsa əleyhissalam şəhərlərin birindən keçən zaman o şəhərin əhalisinin dişlərini tökülmüş üzlərini isə şişmiş halda gördü. Buyurdu ki, yatan zaman ağızlarınızı açıq qoyun və dodaqlarınızı biri-birinə yapışdırmayın. Onlar buna əməl edib o xəstəlikdən xilas oldular.

(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com 

No comments:

Post a Comment