Bismillahir-rahmanir-rahim

Monday, September 25, 2017

İslamda donuz xəstəliyi, su çiçəyi, ağır yaralar, salul, xora, bəhəq və dəri xəstəliklərinin və bu kimi bir çox xəstəliklərinin müalicəsi (Yeddinci fəsil)


   Rəvayatda buyurulmuşdur ki, salul xəstəliyini aradan aparmaq üçün əlini 3 dəfə həmin yerə çəkib üç dəfə bu duanı oxu:

Bismil1ahir-rəhmanir-rəhim bismillahi va billahi Muhəmmədun Rəsulullah səlləlləhu ələyhi va alihi və  səlləm və  la həvlə  və  la quvvətə illa billahil-əliyyil-əzimi Əllahumməmhu ənni ma əcid.” Mö’təbər hədislərin birində həzrət imam Rza əleyhissalamdan nəql edirlər ki, buyurdu:-Evimizdə bir qiz uşağının boynunda həmin donuz xəstəliyi yaranmışdır və bir şəxs haəmin uşaq üçün yuxuda olarkən bu duanı təkrarən oxunulmasını mənə söylədi:
Ya rəufu ya rəhimu ya rəbbi ya səyyidi.” həmçinin nəql edilir ki, əgər bədənində hər hansı bir vərəm (iltihab) yaransa va axırının pis nəticələnəcəyindən qorxsan, vacib namaz üçün dəstamaz alan zaman namazdan əvvəl onun üçün: Ləv,ənzəlna hazəl-qur’anə əla cəbəlin...” Ayəsini surənin axırına qədər oxumağın məsləhətdir. Bu cür etsən dərdin tezliklə sağalar.

                                                       Çiçək üçün dualar

    "Məkarimul-əxlaq" kitabında çiçək xəstəliyinin müalicəsi həm də bunun az zahir olması üçün bu şəkildəki cədvəli çəkməyin gərəkli olduğunu qeyd etmişlər.



      həzrət imam Sadiq əleyhissalamdan hədis var ki, bədəndə çıxan irinli yaralar və  çiçəyin dənələrinin  əsəri təzə zahir olanda şəhadət barmağını onun dövrəsinə fırladaraq 7 dəfə de: “La ilahə illəllahul-həlimul-kərim."
     Beləliklə yeddinci dəfə də barmağını qüvvətlə onun üzərinə qoy.’ həmçinin həzrət Sadiq əleyhissalamdan rəvayət olunmuşdur ki, çuğunduru inək ətilə bişirib yemək daə dəridə olan “pisi” xəstəliklərini aradan aparır. Başqa bir hədisdə var ki, bir şəxs  dəridə ləkə və yara xəstəliyindən şikayət etdikdə həzrət buyurdu:-hamama gedib hənanı nurə ilə qarışdıraraq həmin yerə çəksən, bir də onu görməyəcəksən.
     Mö’təbər bir hədisdə nəql ediblər ki, Mütəvəkkilin bədənində irinli bir yara əmələ gəlmişdi, bu yara onu az qala öldürəcəkdi, həkimlər belə onun bədəninə iynə vurmağa cür’ət etmirdilər. Mütəvəkkilin vəziri Fəth ibni Xaqan İmam Əliyyən-Nəqi əleyhissalamın hüzuruna çatıb onun halını İmama ərz etdi. İmam buyurdu:-Qoyunun əl-ayağının altında əzilmiş peyini götürün  gülab ilə qarışdırıb yaranm üstünə qoyun. Bu xəbər həkimlərə çatanda onlar gülərək dedilər:-Bunun nə faydası ola bilər? Bu halda vəzir dedi ki, o həzrət xalqrn bilicisidir və hər nə desə etrnək lazımdır. Beləliklə onlar İrnamın dediyinə ərnəl etdilər. Mütəvəkkilin ağrıları sakitləşdi və yuxuya getdi. həmçinin yaranın gözü açıldı oradan çoxlu irin axdıqdan sonra sağaldı. O cümlədən həzrət Seyyidüş-şühəda əleyhissalamın türbətini yağış suyu ilə qarışdırıb istifadə etmək yara və dəridə olan ləkələr üçun xeyirlidir. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in türbəti isə xora xəstəliyini müalicə edir. hər cümə günü bığları azaltmaq xora xəstəliyindən uzaq olmaq üçün faydalıdır.



(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com 


No comments:

Post a Comment