Bismillahir-rahmanir-rahim

Wednesday, October 11, 2017

İslamda daxili qulunc, yel, öskürək, oynaq və onlardan başqa bir çox xəstəliklərin müalicə qaydaları (Səkkizinci fəsil)

     Sinə ağrıları üçün Qur`andan şəfa diləmək lazımdır. Allah taala buyurmuşdur: "Qur`anda ürəklərdə olanlara şəfa vardır."
     Qarının sağ ya sol tərəfləri ağrayarsa namazdan sonra əlini səcdə etdiyin yerə çəkib sonra ağrayan yerə çəkərək bu ayəni oxu:



"Əfəhəsibtum ənnəma xələqnakum əbəsən və ənnəkum iləyna la turcə`unə fətə`aləllahul-məlikul-həqqu la ilahə illa huvə rəbbul-ərşil-kərim və mən yəd`u məəllahi ilahən axərə la burhanə ləhu bihi fəinnəma hisabuhu ində Rəbbihi innəhu la yuflihul-kafirun və qul Rəbbiğfir vərhəm və əntə xəyrur-rahimin."

                                               



                                            Qulunc və qarın ağrıları üçün olan dualar
 
     Bir neçə rəvayətdə buyurulmudur ki, qulunc va qarın ağrıları uçun həmd, Nas, Fələq, İxlas surələrinin zəfəran və müşklə camın içinə yazıb sonra isə yazın: “Əuzu bivəchillahil-əzim.
     Və bi`izzətihil-ləti la turamu və biqudrətihil-ləti la yəmtəni`u minha şəyun min şərri hazəl-vəc`i və şərri ma fihi və şərri ma əhzəru minhu." Sonra yazılanları yağış suyu ilə yuyub ac vaxtı və ya yatanda içməlidir.’ Başqa bir rəvayətdə də nəql olunur ki, bu müalicə üsulu fələc və bütün yel xəstəlikləri üçün faydalıdır. Qarında bağırsaq dolaşması hallarında oxunan dualar.
     Rəvayətlərə görə bir şəxs bağırsaq dolaşığından İmam Musa əleyhissalama şikayət etdikdə o, buyurdu ki, bir az su götürüb bu ayələri ona oxusun: “Yuridullahu bikumu1-yusrə və la yuridu bikumul-usrə."
     Sonra isə 3 dəfə desin:
     “Əvələm yərəl-ləzinə kəfəru ənnəs-səmavati vəl-ərzə kanəta rətqən fəfətəqnahuma və cəəlna minəl-mai kulli şəyin həyyin əfəla yu`minun” 3 dəfə.
     Daha sonra suyu içib əlini qarnına çəksin. həmçinin bu ağrılar üçün odun üstündə qovrulmuş və qabığı təmizlənmiş qoz ləpəsi də faydalıdır. Və qarın qurultuları üçün bal ilə qarışdırılmış qarağat da rəvayət oIunmuşdur. Təngnəfəslik üçün dəvə sidiyinin xeyirli olduğu da buyurulmuşdur. Bir neçə rəvayət də buyurulub ki, süfrədən tökülən yemək qırıntıları qarının sağ və sol tərəfində olan ağrıları kəsər. Üç gün kəvər yemək dalağ ağrılarını kəsmək üçün rəvayət olunmuşdur. Ac qarına xurma yemək mə`də qurdlarının məhv olması üçün həmçinin yatrnazdan əvvəl “əcvə” (Şam şəhərində bitir) xurmasından yeddi dənə yemək bunun üçün xeyirli olduğu nəql edilrnişdir. həzrət Sadiq əleyhissalamdan nəql edilir ki, qarın ağrısının  qarşısını almaq üçun bir qədər düyünü yuyub kölgədə qurudaraq atəş üstündə onu tüstüyə verib və sonra əzib hər sübh çağı ondan bir ovuc yemək lazımdır. Nəql olunur ki, bir nəfər dizinteriyadan həzrət İmam Baqir əleyhissalama şikayət etdi, İmam buyurdu:-Yunan torpağına məxsus olan bir təbabət bitkisi vardır ki, adı ərmənin gülünü götürüb mülayim odun üstündə tüstüyə verərək əz və bundan sonra ye.

                                                      Bud ağrıları  üçün oxunan dualar

     Nəql olunmuşdur ki, bud ağrıları  üçün teşti isti su ilə doldurub içinə əyləş və əlini ağrıyan hissəyə qoyub bu ayəni axıra qədər oxu. “Əvələm yərəl-ləzinə kəfəru...” ayələrini, ayaq ağrısı üçün isə “Fəth” surəsinin əvvəlindən “Əzizən-həkima” ayəsinə qədər oxumalısan.
Rəvayətdə deyilir ki, bir nəfər həzrət Baqir əleyhissalama oynağının ağrısından şikayət edən zaman İmam buyurdu:-Bu duanı oxu: “Əllahummə ənni əs`əlukə bi əsmaikə və bərəkatikə və  də`vəti nəbiyyikət-təyyibil-mubarəkil-məkini indəkə (ələyhissəlam) və bihəqqihi və bihəqqi ibnətihi Fatimətəl-mubarəkəti və bihəqqi vəsiyyihi Əmiri1-mu`miniunə və bihəqqi səyyidəy şəbabi əhlil-cənnəti illa əzhəbtə ənni şərrə ma əcidu bihəqqihim bihəqqihim bihəqqihim bihəqqikə ya ilahəl-aləmin.” O şəxs bu duanı oxuyan anda ağrıları kəsildi. Yasin surəsini bal ilə yazmaq və onu yuduqdan sonra suyunu icmək babsil xəstəliyi üçün çox faydalıdır. Səhih hədisdə həzrət Sadiq əleyhissalamdan nəql olunur ki, hər hansı bir kəs iltihab, ya başqa bir yaraya mübtəla olarsa bıçağı götürüb həmin yerə çəkərək bu duanı  oxusun: “Bismillahi ərqik minəl-həddi vəl-hədidi və min əsəril-udi vəlhəcəril-məlbudi və minəl-irqil-fatiri və minə1-vərəmil-əcri və minət-təami və əqrihi və minəş-şərabi və bərdihi əmzi iləykə bi iznillahi ilə əcəlin musəmmə fil-insi vəl-ən`ami bismillahi fətəhtu və bismillahi xətəmtu.” Sonra həmin bıçağı torpağa sancsın.
     Rəvayətdə vardır bir nəfər həzrət İrnam Muhəmməd Baqir əleyhissalama şikayat edərək dedi ki, sidiyim dayanmır, və həmişə məndən sidik damcıları gəlir. İmarn buyurdu:-Üzərliyi 6 dəfə soyuq su ilə və 1 dəfə isti su ilə yuyub kölgədə qurut. Sonra gül yağı ilə yağlayıb əz və ye. Ağız qoxusunun qarşısının almaq üçün bir də qəbz olan adam üçün deyilən bərəni xurmasını yemək rəvayət vardır və onu ac qarına yeyib və üstündən su içmək rütubəti qurutmaq üçün  çox xeyirlidir. Lakin üstündən su içməsə rutubət ücün faydalıdır. həmçinin çox daraq çəkməyin bəlğəmi azaltması rəvayətdə nəql olunmuşdur.

(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com 

1 comment: