Nəql edirlər ki,
həzrət İmam Rza əleyhissalam içinə az da olsa İmam Hüseyn əleyhissalam türbətini qoymasaydı heç yerə mal göndərməzdi. Belə ki, o həzrətin bərəkəti ilə mal bütün xəta-bəlalardan qorunsun. Başqa bir e`tibarlı hədisdə nəql olunur: İbni Əbi Yə`fur həzrət İmam Sadiq əleyhissalamdan soruşdu ki, nə üçün camaatın bə`ziləri İmam Hüseyn əleyhissalamın türbətini götürürlər və ondan xeyir tapırlar. Lakin bə`ziləri isə götürsələr də mənfəəti olmur? İmam buyurdu:-Vallah, hər bir kəs onu e`tiqad və inamla götürərsə xeyir tapmalıdır. Və başqa hədisdə bir daha buyurur: hətta İmam Hüseyn əleyhissalamın qəbrindən təqribən üçdə bir fərsəx məsafədən türbət götürmüş olsa belə bu dərdlərin dərmanıdır. Başqa bir rəvayətdə buyurur ki, qəbrin yetmiş arşın məsafəliyində olan torpaqdan şəfa almaq olar. Və başqa rəvayətdə buyurdu:-Şəfa türbətini bir fərsəx və üçdə bir fərsəx ətrafından götürmək olar. Və buyurdu:-Duadan başqa heç bir şey onun kimi şəfa edə bilməz. Onu yeyənin e`tiqadsızlıqı və türbəti pis yerdə saxlaması türbətin bərəkətini azalda bilər. Lakin türbətin şəfasını yəqini olan şəxs hər vaxt onu müalicə kimi istifadə etsə başqa bir dərmana ehtiyacı olmaz. Şeytanlar və kafirlər cinlər bədənlərini türbətə sürtüb onu iyləyərlərsə onu fasid edib aradan apararlar. Çünki şeytanlar və kafir cinlər Adəm övladlarına həsəd edirlər və özlərini ona sürtürlər ki, gözəl iyini və mənfəətini azaltsınlar. İmamın öz qəbrinin içində olan türbət üçün isə saysız-hesabsız şeytan mələklərin qorxusundan içəri daxil ola bilməyib çöldə dayanıb gözləyirlər ki, daxildən türbət gətirəndə onlar özlərini türbətə toxundursunlar. Əgər daxildən gələn türbət bundan qurtararsa hər xəstə onu yesə elə həmin saatda şəfa tapar. Ona görə də türbəti götürdüyün zaman onu bağlayıb gizlət və Allahın adını onun üzərinə çox oxu. Mən eşitmişəm ki, bə`zi adamlar türbəti aparırlar, lakin ona qarşı çox laqeyd yanaşırlar. hətta bə`ziləri onu mal-qaranın ağzına bağladığı qabların və ya yemək-içmək qablarının içinə tökürlər. Məgər bu cür bir türbətlə şəfa tapmaq olar? Şübhəsiz onun üçün məsləhətli işdə səhlənkarlıq etməklə bütün əməllərini batil edən şəxs yəqin sahibi deyildir.
Müqəddəs türbəti götürmək
Türbəti götürmək üçün bə`zi qanun qaydalar mövcuddur ki, onları bu müxtəsər yazıda gətirmək mümkün deyil. Rəvayət edirlər ki, əgər türbəti yemək istəsən əvvəl onu öpüb hər iki gözlərinin üstünə qoy. Və bir noxuddan artıq miqdarda yemə. həmçinin hər kəs bundan artıq yeyərsə elə bil ki, bizim ətimizi və qanımızı yemişdir. Türbəti qəbirdən götürəndə bu duanı oxu:
"Əllahummə inni əs`əlukə bihəqqil-məlikil-ləzi qəbəzəha və əs`əlukə bihəqqin-nəbiyyil-ləzi xəzənəha və əs`əlukə bihəqqil-vəsiyyil-ləzi həllə fiha ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmmədin və ən təc`ələhu şifaən min kulli dain və əmanən min kulli xəvfin və hifzən min kulli su`in." Sonra türbəti bir parçaya büküb "İnna ənzəlnahu" surəsini ona oxu. Bir başqa mö`təbər hədisdə var ki, hər kəs türbəti şəfa niyyəti ilə yeməzsə elə bil ki, bizim ətimizi yemişdir. Şəfa məqsədi ilə isə yeyərsə bu duanı oxusun: "Bismillahi və billahi Əllahummə rəbbə hazihit-turbətil-mubarəkətit-tahirəti və rəbbən-nuril-ləzi unzilə fihi və rəbbəl-cəsədil-ləzi səkənə fihi və rəbbil-məlaikətil-muvəkkilinə bihi ic`əlhu şifaən." Sonra öz xəstəliyini söyləyərək türbəti yesin və bir qurtum su içib desin: "Əllahumməc`əlhu rizqən vasi`ən və ilmən nafiən və şifaən min kulli dain və suqmin." Belə istifadə etsən bədənində olan hər bir dərd, qəm-qüssə xəstəlik dəf olar.
ALLAH hər şeyə agahdır!
(Şeyx Abbas Qummi)
QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com
No comments:
Post a Comment