Bismillahir-rahmanir-rahim

Thursday, November 16, 2017

İslamda sehri və göz dəyməni aradan aparmaq üçün oxunan dualar


   həzrət Əmirəlmö`minin əleyhissalamdan nəql olunur ki, sehri aradan aparmaq üçün bu duanı
ceyranın dərisinə yazıb üstünüzdə saxlamalısınız. "Bismillahi və billahi və maşaəllahu bismillahi la həvlə vəla quvvətə illa billahi qalə Musa ma ci`tum bihis-sihru innəllahə səyubtiluhu innəllahə innəllahə la yuslihu əmələl-mufsidin."
     Fəvəqəəl-həqqu və bətələ ma kanu yə`məlunə fəğulibu hunalikə vənqələbu sağirin."
     Mö`təbər hədislərdə nəql olunmuşdur ki, pis gözün insana tə`siri vardır və buyrulmuşdur ki, pis göz adamı qəbrə, dəvəni qazana sala bilər. Əgər bir kəsin bir şeydən və ya bir kəsdən xoşu gələrsə "Allahu əkbər" desin. Başqa bir rəvayətə əsasən, Allahın adını çəkməlidir. Başqa bir hədisdə həzrət İmam Sadiq əleyhissalamdan nəql olunmuşdur ki, Əgər öz gözünün kiməsə dəyməsindən qorxan şəxs gərək desin: "Maşaəllahu la quvvətə illa billahil-əliyyil-əzim."
     O həzrət yenə buyurmuşdur: hər vaxt bir şəxs gözəl surətlə evdən çıxmaq istəsə:
     "Qul əuzu birəbbil-fələq" və "Qul əuzu birəbbin-nas."-surələrini oxusun və bundan sonra çölə çıxsın, belə ki, pis göz ona tə`sir edə bilməsin."
     Başqa bir rəvayətdə buyurmuşdur:-Gözə gəlmiş hər bir şəxs əllərini üzünə qədər qaldırıb: "həmd", "Qul huvəllahu əhəd", "Qul əuzu birəbbil-fələq" və "Qul əuzu birəbbin-nas" surələrini oxusun və əlini başının ön hissəsinə sürtsün.

(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com

No comments:

Post a Comment