"Əllahummə əğnini bihəlalikə ən həramikə bifəzlikə əmmən sivak."
həmçinin başqa bir çox hədisdə vardır ki, qəm-qüssəni aradan aparmaq üçün oxunan bu duadır: "La həvla və la quvvətə illa billahil-əliyyil-əzim."
Rəvayət edirlər ki, bir gün həzrət İmam Sadiq əleyhissalam günlərin birində Mənsur Dəvaniqinin yanına gedəndə onu çox qəzəbli halda gördü. həzrət onun yanına daxil olarkən bu duanı oxudu. Beləliklə onun qəzəbi sakitləşdi. "Ya uddəti ində şiddəti və ya ğəvsi ində kurbəti uhrusni biəynikəl-ləti tənamu vəkfini biruknikəl-ləzi la yuramu."
Nəql olunur ki, itən bir şeyin tapılması üçün bu ayəni: "Və indəhu məfatihul-ğəybi la yə`ləmuha illa huvə və yə`ləmu ma fil-bərri vəl-bəhri və ma təsqutu min vərəqətin illa yə`ləmuha və la həbbətin fi zulumatil-ərzi vəla rətbin vəla yabisin illa fi kitabin mubin."
Oxu, sonra ardınca bunu de: "Əllahummə innəkə təhdi minəz-zəlaləti və tunci minəl-əma və turədduz-zallətə səlləllahu əla Muhəmmədin və alihi vəğfirli vəruddə zalləti və səlli əla Muhəmmədin və alihi və səlləm."
hədisdə gəlmişdir ki, həzrət İmam Sadiq əleyhissalamdan soruşdular ki, özümüzlə nəzər duaları gəzdiririk və elə an olur ki, boynumuza cənabət qüslü gəlir bunun hökmü necədir?
İmam buyurdu:-Bunun eybi yoxdur, lakin qadınlar heyz halında olarkən ancaq duanı dəri içində gəzdirə bilərlər. Bir də buyurur ki, istər Qur`an, istərsə də dua olarsa onu hər bir dərd və zərərə qarşı oxuya bilərsiniz. Lakin ovsunun mə`nasını bilmədən onu oxumaq düzgün deyildir.
(Şeyx Abbas Qummi)
QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com
No comments:
Post a Comment