Bismillahir-rahmanir-rahim

Monday, January 8, 2018

İslamda xəstənin görüşünə getməyin savabı və qaydaları (Onuncu fəsil)

     Həzrət İmam Sadiq əleyhissalamdan olan mö`təbər bir hədisdə nəql edirlər ki, hər kim bir xəstə müsəlman qardaşının görüşünə gedərsə həmin gün yetmiş min mələk ona salavat göndərər. Əgər sübh olarsa axşama qədər, axşam olarsa sübhə qədər. Başqa bir hədisdə buyurdu:
-hər kəs xəstənin görüşünə gedərsə öz evinə qayıdana qədər yetmiş min mələk onu müşayiət edər və onun üçün istiğfar edərlər. həmçinin başqa bir hədisdə buyurdu:-hər bir şəxs xəstənin görüşünə gedərsə Allah taala onun evində yetmiş mələyi vəkil qərar verər ki, qiyamət gününə qədər həmişə ora gəlib ilahinni təsbih, təqdis və təhlilini desinlər. Onların yarı savabı isə onun üçündür. həmçinin buyurdu:-Əgər hər şəxs öz qardaşının görüşünə gedərsə və özü üçün dua istəsə onun duası mələk duası kimidir.

                                                    Xəstənin görüşünə getmək qaydaları

     Belə buyurmuşlar: Göz ağrısı üçün görüşə gedilmir. Xəstəliyin əvvəl üç günündə ardıcıl olaraq onu görmək sonra isə iki gündən bir görmək gərəkdir. Əgər xəstəlik uzun sürərsə onun görüşünə getməmək və onu öz ailəsinin ixtiyarına qoymaq lazımdır. hədislərin birində buyurdu ki, xəstəni görməyə gedərkən özünüzlə alma, heyva, gül və xoş ətirli şeylər aparın ki, xəstə bununla rahatlıq tapar. həmçinin buyururlar: İbadət budur ki, dua edərkən əlini xəstənin dirsəyinə qoyub tez ayağa qalxsın. Çünki axmaqla görüşmək xəstə üçün öz dərdindən də ağır olar. həzrət Əmirəlmö`minin əleyhissalamdan nəql olunur ki, xəstənin görüşünə gedənlərin tez ayağa durmalarının savabı daha çoxdur. Yalnız xəstə özü onun qalmağını istəsə və xahiş etsə oturmağın məsləhətdir.

(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com

No comments:

Post a Comment