Bismillahir-rahmanir-rahim

Thursday, January 25, 2018

İslamda ölüm və vəsiyyət haqqında olan qaydalar

     İnsan ölüm hallarını özündə hiss edərsə öz qeydinə qalıb vəsiyyət etsin və günahları üçün tövbə etsin. həmçinin
onun bu halda çox ağlayıb sızıldaması məsləhətdir ki, müqəddəs Allah taala onu bağışlasın. Əgər Allah taalanın və insanların haqqı boynunda qalmış olarsa onu özü yerinə yetirsin və bu işi başqalarına tapşırmasın.
     Malın 3/1 hissəsini yaxın qohumlarına sədəqə xeyir işlər və özü üçün başqa münasib bildiyi yollarda istifadə olunmasını vəsiyyət etsin. Öz ailə və uşaqlarını Allaha təvəkkül edərək ona tapşırıb və kiçik övladına böyük tə`yin edər. həmçinin öz kəfənini hazırlamalı və məbsutə kitabında yazılmış haqq əqidləri zikrləri və duaları İmam Hüseyn əleyhissalam türbətinə yazılmasını tələb etsin. Bu, keçmişdə qafil olan insanlar üçün və kəfəni hazırlamayanlar üçündür. halbuki hər bir mö`minin kəfəni öz yanında hazır vəziyyətdə olmalıdır ki, hər vaxt ona baxarsa savab əldə edər. Bununla da öz qəlbini övladından, qadınından və malından ayırıb yalnız Allah taalanı yada salmalıdır.

                                                             Vəsiyyətiniz gözəl olsun

     Rəvayətdə var ki, hər kəs ölüm ayağında yaxşı vəsiyyət etməzsə bu onun ağlının naqisliyini və mürüvvətin azlığını göstərir: "Necə vəsiyyət etməlidir?" - deyə soruşduqda buyurdu:-Vəfatı yaxınlaşdıqda və camaat onun ətrafına toplaşanda desin: "Əllahummə fatirəs-səmavati vəl-ərz." Onu axıra qədər oxusun. həmçinin əgər səhifəsini düzəltmiş olmasa mö`minləri yığıb öz e`tiqadına onları şahid tutsun və: "Bismillahir-rəhmanir-rəhim əşhədu ən la ilahə illəllahu..."-deyib şəhadəti axıra çatdırsın. Bunu geniş surətdə burada vermək imkanımızdan xaricdir.

                                          İnsanların ölüm halında olan adama aid vəzifələri

     Əgər bir müsəlman can vermək üzrə olarsa yaxın qohumları və mö`min qardaşları onu tək qoymamalı və yanında Qur`an və dua oxumalı xususilə də Yasin, Saffat, "Ayətəl-kürsü", Səxrə ayəsini, eləcə də Bəqərə surəsinin axır 3 ayəsini "Əhzab" surəsini və s. həmçinin "Ədilə duası"nı oxumalıdırlar. Əgər mə`nasını bilməsə can verən halda ən çox acizlik dövrüdür ki, həmin vaxt "La ilahə illəllah" kəlməsilə ona təlqin elətdirsinlər. hər kəsin axrınıcı sözü bu şərif kəlmə olarsa cənnətə daxil olar. Beləliklə "Fərəc" kəlmələrini də ona təlqin etdirsinlər. Sonra da bunu ona söylətməlidirlər: "Əllahumməğfirliyəl-kəsirə min mə`siyətikə vəqbəl-minnil-yəsirə min taətik." Canını tapşırandan sonra isə onun gözlərini qapayıb əllərini hər iki yanına çəksinlər və üzünə bir parça atıb çənəsini bağlasınlar. Sonra camaata xəbər versinlər ki, cənazənin ətrafına yığışıb mərasim təşkil edərək ona meyyit namazı qılsınlar. Və dəfn olunan zaman onun üçün istiğfar etsinlər. Meyyitin cənazəsinin arxası ilə getmək, ona namaz qılmaq, onu qüsl, kəfən və dəfn etməyin savabı və bunun başqa qaydaları bu kitabda dərc olunanlardan qat-qat çoxdur və bu haqda geniş surətdə yazılmış kitablara müraciət edilməlidir.

                                                          Başsalığı verməyin savabı

     Müsibət sahibinə başsağlığı demək müstəhəbdir və əgər hər kəs dərdli adama başsağlığı versə qiyamət günü ona gözəl paltar geyindirərlər. həmçinin onun savabı azaldılmadan eynilə yas sahibinin savabı qədər olar.

(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com

No comments:

Post a Comment