Bismillahir-rahmanir-rahim

Monday, January 29, 2018

İslamda ölülərin qəbirlərini ziyarət etmək

     Ölənləri ziyarət etmək müstəhəbdir xususilədə cümə axşamı, cümə günü və sübh azanından gün çıxana qədər, belə ki,
onlar cavab verirlər. həzrət İmam Sadiq əleyhissalamdan rəvayət var ki, ölənlərinizi ziyarət edin. Çünki onlar bundan xəbərdar olur və sizin onların qəbrləri üstünə getmənizdən şad olurlar. Və sizinlə ünsiyyət bağlayırlar. Başqa rəvayətdə də var ki, hər kəs cümə günü ata-anasının və ya onlardan birinin qəbrinin üstünə getsə, Allah taala ona qəbul olunmuş həcc səfərinin savabını yazar və çox yaxşı olar ki, onların üns tutmaları üçün bir saat qəbr üstündə ləngisin. Əgər qəbr üstündə fatihə oxumaq istəyirsə üzü qibləyə durub əllərini qəbrin üzərinə qoysun. 7 dəfə "İnna ənzəlnahu" surəsini oxusun. Nəql edirlər ki: hər kim qəbr üstündə bu surəni 7 dəfə oxuyarsa qiyamətin böyük bir qorxusundan qurtarar. həmçinin nəql olunur ki, qəbristanın yanından ötəndə oxunulması yaxşı olan dualardan biri də budur ki, durub deyəsən: "Əllahummə vəllihim ma təvəlləv vəhşurhum mə`ə mən əhəbbu."
     Qəbristanın ortasında dayanıb 11 dəfə "Qul huvəllahu əhəd" surəsini oxumaq və savabını ölülərə hədiyyə etmək müstəhəbdir.

(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com

No comments:

Post a Comment