Bismillahir-rahmanir-rahim

Monday, February 12, 2018

İslamda yaxın qohum, qulam və kənizlərin hüquqları (Birinci fəsil)

     Unutmayın ki, qohum-əqraba ilə yaxşı rəftar etmək insanın əməllərinin qəbul, malının bərəkətinin isə çox olmasına səbəb olar. O cümlədən bütün bəlaları dəf edib ömrü uzadar. Qiyamət günü haqq-hesabını asan edər. həmçinin heç bir əməlin savabı sileye-rəhimdən (qohumlarla əlaqə saxlamaq) tez hasil olmaz. Bir şəxs həzrət İmam Sadiq əleyhissalamdan soruşdu:-
Mənim bə`zi qohumlarım vardır ki, şiə deyillər. Məgər onların da mənim boynumda haqqları vardır? Buyurdu:-Bəli! Qohumluq haqqını bir şey kəsmir. Əgər şiə olsalar iki haqları vardır. Biri qohumluq haqqı digəri isə islam haqqıdır. Çoxlu mö`təbər hədislərdə buyurulub ki, qiyamət günündə qohumlar Allah ərşinə çəng atıb deyəcəklər:-İlahi, hər kəs dünyada olanda mənə baş çəkibsə sən bu gün onu öz rəhmətinə daxil et və hər kəs mənimlə rabitəni kəsmişsə sən də bu gün öz rəhmətini ondan kəs. Nəql olunur ki, hər zaman qohumlar bir-birinə pislik edərsə onların mal-dövləti pis adamlara qalar.
     Həzrət Muhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edirlər ki, hər bir kəs öz ayaqları ilə, qohum əqrəbasını görmək və ya onlara bir köməklik çatdırmaq üçün onların evinə gedərsə Allah taala ona yüz şəhidin savabını kəramət edər, əməl dəftərinə hər qədəmi üçün qırx min savab yazar və qırx min günahı ondan məhv edər, onun yeri Cənnətdə qırx min dərəcəyə qalxar. Və elə bil yüz il müddətində Allah taalanın ibadətlərini xalisinə yerinə yetirmişdir.
     Belə isə həmişə öz qohumlarınızla gediş-gəliş etməyə sə`y edin və onlarla rabitəni qırmayın, çünki ömürdən kəsir, çox ola bilər ki, otuz üç illik ömrünüz rabitəni kəsdiyiniz üçün üç il olsun. Qohumla əlaqəni kəsən adam Cənnətə daxil olmayacaqdır. Rəvayət ediblər ki, Cənnətin qoxusu min illik yoldan hiss edilir və valideyninə ağ olan, qohumla rabitəsini kəsən və zinakar qoca kişi bu iyi hiss etməz.

                                          Qulam və kənizlərin hüququ

     Həzrət Muhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunur: Cəbrail həmişə mənə qulam və kənizin hüququ haqqında vəsiyyətlər edərdi. Belə ki, mən güman etdim ki, onlar üçün hədd-hüdud müəyyən olunacaq və bu həddə çatanda onlar azad olacaqlar. O həzrətdən rəvayət olunur: Özünüz hər nə yesəniz qulluqçunuza da onu yedirdin və özünüz nə geyinsəniz onlara da bundan geyindirin. Rəvayətdə var ki, o həzrət Muhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz əshabına buyurdu:-İstəyirsinizmi sizə ən pis adamlar haqqında mə`lumat verim? Dedilər:-Bəli! Ya Rəsuləllah. Buyurdu:-Tənha səfər edən və camaata əta etməyən həmçinin öz nökərini döyən insan. Həzrət İmam Sadiq əleyhissalamdan nəql edirlər ki, əgər nökər mö`mindirsə və yeddi il xidmətçilik etmiş olarsa o qulluqçuluqdan azad olunur. Buyururlar ki, ona halal deyildir.
     Alimlər isə bu hədisi tə`kid olunmuş bir sünnət kimi açıqlamışlar ki, onu yeddi illik xidmətdən sonra azad etsinlər. həmçinin o, həzrətdən rəvayət olunur ki, uşaqlar və kənizlərinizə tərbiyə verərkən beş ya altı çubuqdan artıq vurmayın, onu da mehribançılıqla və asta vurun. O həzrətdən mö`təbər hədisdə nəql olunur ki, namazları qəbul olmayan üç qisim insan mövcuddur:
     1-Ağasından qaçmış qul qayıdana və özünü ağasına təslim eləyənə qədər.
     2-İmam-camaatdır ki, camaat ondan razı deyil.
     3-Bir də o qadın ki, əri onun əlindən qəzəbli halda yuxuya getmiş olsun.

                                              Qul azad etməyin savabı

     Qulları azad etməyin savabı çoxdur xususilə də onu "Ərəfə" axşamı, günü və bir də mübarək ramazan ayının axırının axşamı azad etmək müstəhəbdir. Mövlamız həzrət Əli ibnil-hüseyn belə edərdi. Elə il olmamışdı ki, həmin həzrət ramazan ayının axırıncı gecəsi iyirmi nəfər ya çox ya da az öz qullarından azad etməsin və elə ki, fitr bayramı yetişdi onlara hədiyyələr bağışlayardı ki, camaatın əlindəkinə ehtiyacları olmasın. Həzrət heç vaxt öz xidmətçilərini bir ildən artıq işlətməzdi. əgər ilin əvvəlində ya ortasında bir qula sahib olardısa fitr bayramı axşamı onları azad edib və onların yerinə ikinci il başqalarını alardı. həmçinin dünyadan gedənə qədər onları azad etməkdə davam etmişdir. Allahın salam və salavatı olsun ona.

(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com

No comments:

Post a Comment