Cəbrail həmişə mənə qonşuların hüquqlarına riayət etmək barəsində vəsiyyətlər edərdi. hətta belə güman etdim ki, ona bir miras da müəyyən edəcəkdir. Beləliklə qonşuların haqqlarına həmişə riayət etmək həmçinin onlara azar-əziyyət verməmək gərəkdir. hər kəs qonşulara əziyyət verərsə Allah taalanın Cənnətin iyini ona haram edəcəyi və onun yeri Cəhənnəm ocağı olar. Rəvayət edilmişdir ki, hər kəs qonşunun evinə tamah salıb ona əziyyət edərsə Allah onun evini qonşuya qismət edər. Əgər qonşuya etdiyi haqsızlıqdan çəkinərsə Allah taala qiyamət günü onun günahlarından keçər. Qonşunun haqqını bilmək, tanımaq üçün ürfə (orada yaşayan insanlara) müraciət etmək lazımdır. həzrət İmam Sadiq əleyhissalamdan nəql olunur ki, hər tərəfdən qırx evə qədər qonşu hesab olunur. Başqa bir hədisdə də buyurur: Mal hüquqlarından biri də ehsan haqqıdır ki, hər kəs verməsə Allah taala ona cəhənnəm və`dəsi vermişdir. Bu da qonşuya verilən borc ona edilən yaxşılıq və zəruri olan ev əşyalarını ona istifadə etməyə verməkdir.
Ravi dedi: Bizim elə qonşularımız vardır ki, onlara bir şey verdikdə sındırır və ya tamam zay edirlər. Belə olan halda onlara o şeyləri verməsək günah etmiş oluruq?
Buyurdu:-Belə olsa verməsəniz sizə günah sayılmaz.
Digər hədisdə buyurdu ki, qonşuya duz və odun verməmək halal deyildir. həmçinin o həzrətdən nəql olunmuşdur ki, qonşuya ev sahibinin xəmir ya çörək borc verməkdən və xahiş etməkdən boyun qaçırmayın ki, bu iş ruzinin çoxalmasına səbəb olar. Eləcə də bu yaxşı əxlaqdan sayılır.
Yetimlərin hüququ və bunlara riayət etmək
Bir çox mö`təbər hədislərdə vardır ki, yetim malını nahaq yerə yemək kəbirə (böyük) günahlarından sayılır. həzrət Əmirəlmö`minin əleyhissalamdan nəql olunur ki, hər bir mö`min kişi və qadın məhəbbətlə yetim başına əl çəkərlərsə Allah taala üstündə əli olan tüklərin sayı qədər ona yaxşı əməl yazar. Başqa rəvayətdə də nəql olunur ki, qiyamətdə Allah taala onun hər tükünün əvəzində bir nur kəramət edər. Yetimə baxmaq onun halına yanmaq və onlara xərclik verməyin fəziləti barəsində mö`təbər hədislər çoxdur. Lakin bu müxtəsər yazı onları zikr etmək üçün kifayət deyildir.
(Şeyx Abbas Qummi)
QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com
No comments:
Post a Comment