qardaşlar iki qismdirlər: Biri dostluqda və köməkdə inanılan qardaşlardır. O biri isə deyib-gülmək, qardaşları. Birinci qism əl, qanad, ailə və mal-dövlət kimidirlər. Ona görə də belə qardaşların üçün öz mal və canını sərf et və dostları ilə dost düşmənləri ilə düşmən ol! Sirrlərini gizlət, eyblərini isə məxfi saxla, yaxşı işlərin ifşa etmə. Bilin ki, bu cür qardaşlar qırmızı kükürd kimi iksirdir (tapılmayan və nadir bir şeydir). Lakin ikinci qism: Sən həmişə onlarla söhbətdən əzzət alırsan və onlardan bunu kəsmə və onlara çox da ümidin olmasın. Mö`təbər hədislərdə nəql olunmuşdur ki, mö`min mö`minin qardaşı onun gözü və bələdçisidir. Ona xəyanət və zülm etməz, onu aldatmaq, verdiyin və`dəyə xilaf çıxmaz, ona yalan söyləməz, onun qeybətini etməz. Rəvayətdə buyurulur ki, öz daxili sirrindən dostlarını xəbərdar etmə. Yalnız o sirr ki, düşmənin bilsə sənə zərər yetirə bilməsin. Çünki bə`zi vaxtlar dost sənə düşmən ola bilər. hədisdə var ki, atanın dostları ilə olan əlaqəni kəsmə, əks təqdirdə bu iş sənin işıqlı əhvalını qaranlığa çevirər. həzrət Əli əleyhissalamdan nəql olunur ki, hər kəs özünü töhmət ünvanına salsa bəd güman olduğu birini məzəmmət etməməlidir. həmçinin hər kəs öz sirrini pünhan edərsə ixtiyarı öz əlindədir. Lakin iki nəfərdən keçən sirr faş olacaqdır. hər vaxt biri ilə qardaşlıq etsən ondan gördüyünü yaxşı tərəfə yoz, o həddə qədər ki, yaxşıya yozmaq mümkün olmasın. Mö`min qardaşından çıxan sözə bəd güman olma, o həddə qədər ki, onu yaxşıya yozmaq mümkün olsun. Xoş günündə özünə çoxlu yaxşı qardaşlar seç. Bu, bəlalı gününə hazırlıq və bəlalı vaxtında düşmənlərinə qarşı qalxandır. Allahdan qorxan camaatla məşvərət et. Və mö`min qardaşlarını pis işlərdən çəkinmələri həddə sev. Və pis qadınlardan pəhriz et, yaxşılarından isə ehtiyatlı ol.
(Şeyx Abbas Qummi)
QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com
No comments:
Post a Comment