Rəvayət var ki, hər kəs mö`mini sevindirərsə Allah taala ona min-min yaxşı əməl yazar. həmçinin nəql olmuşdur ki, mö`minin üzünə təbəssüm etmək savabdır, həmçinin torpağı onun üstündən təmizləmək də savabdır. Mö`təbər hədislərdə həzrət İmam Cəfər Sadiq əleyhissalamdan nəql edirlər ki, mö`min qəbrdən qalxanda onunla bərabər bir şəxs xaric olaraq deyir:-Sənə Allah tərəfindən kəramət və şadlıq bəşarət olsun. Sonra mö`min deyər:
"Allah sənə yaxşılıq bəşarət versin." Və onunla bir yerdə olar. həmçinin ona qorxu üz verərsə deyərlər ki, bu səndən deyildir. Beləliklə həmişə ona hesab məqamına yetişən vaxta qədər bəşarət verərlər. "Onu Cənnətə aparın."-deyə əmr ediləndə:
Deyər:-Sənə bəşarətlər olsun. Allah taala buyurdu ki, səni cənnətə aparsınlar.
Bu halda mö`min sual edər:-Sən kimsən ki, qəbrdən bura qədər mənə bəşarət verir, mənimlə həmdəm olub Allah tərəfindən mənə xəbər çatdırırsan?
Deyər:-Mən dünyada olarkən öz mö`min qardaşının qəlbinə daxil etdiyin şadlığam Allah taala məni ondan xəlq etmişdir ki, sənə bəşarət verib və tənha günlərində sənin həmdəmin olum.
Mö`minlərin ehtiyacları üçün sə`y göstərməyin fəzilətləri
Mö`minlərin ehtiyacları üçün çalışmağın savabı sayılmaz həddə çoxdur. Rəvayətə görə mö`minin istəyini yerinə yetirmək iyirmi həcc səfərindən üstündür. Başqa bir hədisdə isə buyurulur ki, bunun dəyəri min qul azad etməkdən və Allah yolunda müharibəyə min at göndərməkdən üstündür.
həzrət İmam Muhəmməd Baqir əleyhissalam buyurur: hər kəs müsəlman qardaşının istəyinin həll olunması üçün yol gedərsə Allah yetmiş beş min mələyi onun üzərinə kölgə salmaq üçün göndərər və hər atdığı qədəmə görə ona yaxşı əməl yazar, günahlarını məhv edib onu bir dərəcə qaldırar və işini başa vurub qayıdarkən ona həcc və ümrə savabı yazar. həmçinin o həzrətdən nəql olunur ki, bir mö`min başqa mö`min qardaşının yanına hər hansı istəklə gələrsə, o isə bunun istəyini yerinə yetirməyə qadir olmazsa, lakin buna görə qəmgin olarsa, Allah taala o səbəbə cənnəti ona vacib edər.
Mö`təbər hədisdə İmam Əli ibni Hüseyn Zeynul-Abidin əleyhissalamdan nəql olunur ki, müsəlmanı öz yanında ailənin üzvlərindən hesab et. Onların qocalarını öz atan, yerinə bil. Kiçiklərini övladın, və yaşıdlarını öz qardaşın bil. Əgər bu cür edsən sonra onlardan hansı birinə zülm qarğış etmək və ya eyblərini aşkar etmək istəyərsən?! Əgər şeytan səni aldadıb özünü başqalarından üstün bilməyini istəyərsə. Dərhal özündən yaşlı adamı gördükdə de ki, bu şəxs imanda və layiqli əməllərdə məni keçmişdir, deməli məndən üstündür. həmçinin özündən kiçiyini görsən de ki, mən ondan çox günah etmişəm, deməli o, məndən üstündür. Əgər öz yaşıdını görsən de ki: Öz günahıma yəqinin vardır. Lakin onun günahının olub-olmamasına şəkk edirəm. Niyə şəkkə görə yəqinimdən əl çəkim?
Əgər camaatın səni böyük bilib əziz tutduqlarını görsən de ki, bu onların yaxşılığından irəli gəlir və onlar öz gözəl ədəblərinə əməl edirlər. Əgər onların səndən qaçdıqlarını və sənə hörmət etmədiklərini görsən, de ki, bu etdiyim günahların nəticəsidir. Belə etsən yaşayışın asanlaşar və dostların çoxalıb düşmənlərin azalar. Onların yaxşılıqlarından şad olub pis işlərindən qəmgin olmamalısan.
Bilin: İnsanların hörmətlisi odur ki, onlara xeyri çatmış olsun və onlara qarşı ehtiyacsız olub onlardan bir şey istəməsin. Bundan sonra möhtərəm insan odur ki, ehtiyacı olsa da onlardan bir şey istəməsin. Ona görə ki, dünya camaatı həmişə mal-dövlət dalıncadır və onların mal-dövlət əldə etmələrinə malı olmayan hər kəs onlar üçün çox əzizdir. həmçinin malı olmayan, eləcə də öz malından onlara verən hər kəs daha əziz və daha möhtərəm olar.
(Şeyx Abbas Qummi)
QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com
No comments:
Post a Comment