dostu orada olmazsa onun da hədiyyəsini götürməlidir.
Əgər dostu dünyadan gedərsə onun qəbrini ziyarət etsin, ona zülm etməsin, onu aldatmasın, və xəyanət etməsin. Onun üzünə "uf" deməsin. Əgər deyərsə onların arasında dostluq məhv olar. Əgər biri: Sən mənim düşmənimsən deyərsə, Onlardan biri kafirdir. Çünki yalan deyirsə özü kafir olur. Yox əgər düz demiş olarsa o biri kafir olacaqdır. Yə`ni böyük günah sahibi olur. Elə ki, onu bir töhmətlə müttəhim edərsə duz suda axıb getdiyi kimi onun imanı da qəlbdən gedər. həzrət İmam Muhəmməd Baqir əleyhissalamdan nəql olunur ki, mö`minə digər mö`minin yetmiş böyük günahını məxfi saxlamaq vacibdir. həzrət Əmirəlmö`minin əleyhissalam buyurur: Müsəlmanın öz müsəlman qardaşına altı növ haqqları vardır:
1-Onunla qarşılaşanda salam versin.
2-Xəstələndikdə onun görüşünə getsin.
3-Asqıran zaman ona dua etsin.
4-Öləndə ona namaz qılsın.
5-Əgər onu bir ziyafətə çağırarsa qəbul etsin.
6-Özünə rəva bildiyini ona da rəva bilsin və özü üçün xoşlamadığı şeyi onun üçün də xoşlamasın.
Müsəlmanların bir-birinə qarşı olan hüquqları
Mö`təbər sənədlərdə nəql olunur ki, "Müəlla ibni Xuney" həzrət İmam Cəfər Sadiq əleyhissalamdan soruşdu:-Müsəlmanların birinin digərinə olan haqqları nədir?
İmam buyurdu:-Yeddi haqqdır, hamısı onlara vacibdir və əgər onlardan birini tərk etsə həm Allahın dostluğundan həm də itaətindən xaric olar. O, şəxs soruşdu:-Onlar nədir? İmam buyurdu:-Qorxuram ki, bilib əməl və riayət etməyəsən. Bu hüquqların asanı budur:
1-hər hansı bir şeyi özün üçün sevsən onun üçün də sevmən gərəkdir və özün üçün xoşlamadığını onun üçün də xoşlama.
2-Onun qəzəbindən çəkinməyin onu şad edən işlərin dalıyca getməyin lazımdır və buyuruqlarından itaət etməlisən.
3-Ona öz can, mal, dil, əl və ayaqlarınla kömək etməlisən.
4-Onun görən gözü, yol göstərəni və aynası olmalısan.
5-O ac ikən özün tox olmamlı o, susuzkən sən sirab olmamalı o, çılpaqkən sən geyinmiş olmamalısan.
6-Sənin xidmətçin varsa və onun xidmətçisi olmazsa vacibdir ki, xidmətçini göndər onun paltarlarını yusun və xörəyini hazırlasın və yatmaq üçün yerini salsın.
7-Əgər səni and verərsə ona əməl etməlisən, evinə də`vət edərsə getməlisən, xəstələnərsə görüşünə getməlisən, ölərsə cənazəsi üstündə hazır olmalısan və əgər hiss etsən ki, bir istəyi vardır o səndən xahiş etməmiş sən onu qabaqlayıb həyata keçirməlisən. Belə etsən öz məhəbbətini onun və onun məhəbbətini isə öz məhəbbətinə birləşdirmisən. Rəvayətdə vardır ki, məxluqlara qarşı xeyirxah olun, çünki Allah yanında bundan yaxşı əməl yoxdur.
(Şeyx Abbas Qummi)
QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com
No comments:
Post a Comment