-Xoş sənin halına! Cənnət sənə nuş olsun!
Rəvayətdə buyurulur ki, hər kəs mö`min qardaşını görmək üçün onun evinə gedərsə Allah taala ona bu cür xitab edər:
-Sən mənim qonağımsan və Mənim ziyarətimə gəlmisən. Səni qonaq etmək Öz boynumdadır. Mö`min qardaşını çox istədiyinə görə cənnəti sənə vacib etdim.
İmam Cəfər Sadiq əleyhissalamdan rəvayət edilir ki,
Allaha xatir mö`min qardaşın görüşünə getmək on dənə qul azad etməkdən üstündür. Belə ki, hər kəs mö`min bir bəndəni azad edərsə həmin qulun bədəninin hər bir üzvünün yerinə haqq taala onun bədəninin bir üzvünü cəhənnəm odundan azad edər.
Allaha xatir mö`min qardaşın görüşünə getmək on dənə qul azad etməkdən üstündür. Belə ki, hər kəs mö`min bir bəndəni azad edərsə həmin qulun bədəninin hər bir üzvünün yerinə haqq taala onun bədəninin bir üzvünü cəhənnəm odundan azad edər.
Mö`təbər hədisdə nəql edilir ki: İmam Cəfər Sadiq əleyhissalam Davud ibni Sərhana buyurdu:
-Şiələrimizə məndən salam söylə və onlara de ki: Allah başqası ilə oturub bizim hədislərimizi yada salan bəndəyə rəhm etsin, onların üçüncüsü mələkdir ki, onların bağışlanması üçün istiğfar edir. hər vaxt bir-biri ilə oturub bizi və hədislərimizi dilə gətirsələr, sizin bir yerdə oturub müzakirə etməyinizə görə bizim məzhəb və dinimiz sizin üçün dirilər. həmçinin bizdən sonra insanların ən yaxşısı o kəslərdir ki, hədislərimizi dilə gətirməklə bizi yada salsınlar.
İmam Muhəmməd Baqir əleyhissalamdan rəvayət edilir: Bir-birinizi görməyə gedin, bu səbəbə sizin evlərinizdə bizim dinimiz yaşayır. Bizim dinimizi yaşadan kəsə Allah rəhm eləsin.
həzrət İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunur ki, hər kəs bizə ehsan edə bilməsə bizim əməlisaleh şiələrimizə ehsan etsin. Belə ki, bununla onun əməl dəftərinə bizə ehsan etməyin savabı yazılar. həmçinin hər kəsin bizi görüşümüzə gəlməyə qüdrəti olmazsa əməlisaleh şiələrimizin görüşünə getsin. Bununla da ona bizi görməyin savabı yazılar.
Bil ki: Görüşünə getdiyin mö`min əgər xəstədirsə sən xəstənin görüşünə getmiş olursan. Onun fəzilət və savabı qeyd olunduğundan da artıqdır.
(Şeyx Abbas Qummi)
QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com
No comments:
Post a Comment