1-Ac olan bir müsəlmanı doydurmaq.
2-Müsəlmanın borcunu ödəmək.
3-Onun ürəyindən qəmi götürmək.
həmçinin buyurulur:
-Yemək verilən evə xeyir bərəkət, bıçağın dəvənin hürgücünə batdığından daha tez gedər. hədisdə deyilir ki, dörd şey vardır və hər kəs onun birinə əməl edərsə cənnətə daxil oacaqdır.
1-Susuz insanı sirab etsə.
2-Acı doydursa.
3-Çılpaqı geyindirsə.
4-Çətinlikdə olan qulu azad etsə.
həzrət İmam Əli ibni Hüseyn Zeynül-Abidin əleyhissalamdan nəql olunur ki, hər kimin artıq paltarı olarsa və mö`min qardaşının ona ehtiyacı olduğunu bilərək ona verməzsə Allah taala onu başıaşağı cəhənnəmin oduna atacaq. hər şəxs ki, doyanacan yeyərsə və ac bor mö`min onun yanında olsa Allah taala mələklərinə buyurar:-Sizi şahid tuturam ki, mən bu bəndəyə əmr etdim, lakin o mənim əmrimdən boyun qaçırdı və başqalarına itaət etdi. Agah olun ki, mən onu öz əməlinə buraxdım və heçvaxt onu bağışlamaram. həmçinin həzrət Muhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunur ki, müsəlman qardaşı ac ola-ola doyunca yemiş insan mənə iman gətirməmişdir. Başqa bir hədisdə də buyurur:-hər kimsə müsəlmanların əziyyət çəkməsinə səbəb olan bir şeyi onun yolundan kənar edərsə Allah taala hər dəfə on yaxşı əməl yazmaqla dörd yüz ayəni oxumağın savabını ona yazar və başqa hədisdə buyurdu:-Müsəlmanın yolundan bir tikanı götürən bəndə Cənnətdədir.
hədiyyə verməyin savabları
hədiyyə göndərmək müstəhəbdir. Rəvayətdə var ki, hədiyyə kini sinələrdən təmizləyər və həmçinin rəvayət olunmuşdur ki, hədiyyəni hədiyyə verilən qabı qaytarmaqla daimi edin. hədiyyə üç qismətə bölünür:
1-Biri həmin hədiyyədir ki, müqabilində mənfəətə təvəqqe olunsun.
2-Rüşvət üçün olan hədiyyə.
3-Allaha görə göndərdiyin hədiyyə. Bu işdə maddi xeyri güdməyəsən. Bu çox bəyənilmişdir.
(Şeyx Abbas Qummi)
QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com
No comments:
Post a Comment