Bismillahir-rahmanir-rahim

Wednesday, May 16, 2018

İslamda yoxsulların, zəiflərin, qocaların və bəlaya düçar olmuş adamların hüquqları və onlarla rəftar qaydaları (Səkkizinci fəsil)

     Allahın Rəsulundan (səlləllahu əleyhi və alihi və səlləm) nəql olunur ki, pərişan halda olan bir şəxsə dedi:-Bazara gedib almağa imkanın olmadığını meyvə və nəfis şeyləri görmüsən?
     Dedi:-Bəli,
     Buyurdu:-Gördüyün hər bir şeyi almağa imkanın olmasa sənə yaxşı əməl yazılar. həzrət İmam Cəfər Sadiq əleyhissalamdan rəvayət var ki, hər kəs pərişanlığına görə mö`mini həqir sayarsa Allah taala qiyamət günü onu bütün cəmiyyət içində rüsvay edər. Səhih hədisdə həmin həzrətdən nəql olunur ki, haqq-taala buyurur:
hər kəs mö`min bir bəndəmə əziyyət-azar edərsə Mənimlə müharibəyə hazırlaşsın. həmçinin hər kəs mö`min bəndəmə hörmətlə yanaşarsa  qəzəbimdən qurtarmalıdır. Rəvayətdə deyilir ki, hər kəs mö`mini alçaldarsa Allah da onu zəlil edər. həzrət Rəsul (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunur: Ən zəlil insan camaatı xar edən kəsdir. həmçinin o həzrət (səlləllahu əleyhi və alihi və səlləm) hədisdə buyurmuşdur: Çox ola bilər ki, saçları pərişan və toz-torpaqlı olan və iki köhnəlmiş paltar geyinmiş şəxs Allahı and versə Allah onun andını rədd etməz. həzrət İmam Cəfər Sadiq əleyhissalam nəql olunur ki, hər kəs müsəlmana əziyyət etmək üçün yarımçıq gəlməklə kömək edərsə qiyamət günü onun iki gözləri arasında yazılar ki, Allahın rəhmətindən ümidsizdir. Nəql olunub ki, mö`minə camaatın ondan öz canları və mallarına qarşı amanda olduqlarına görə mö`min deyirlər. Müsəlman camaatın onun əlindən və dilindən salamat qaldıqları kəsdir. Mühacir ona deyərlər ki, günahlardan müharicət etmiş olsun. həmçinin hər kəs əli ilə bir mö`mini vurub bununla onu zəlil edərsə ya onun üzünə sillə çəkərsə və yaxud xoşlamadığı bir işi ona qarşı edərsə onu razı salıb tövbə edənə qədər mələklər daimən ona lə`nət oxuyarlar. Aman! Camaatı azad etməkdə tələsməyin bəlkə o mö`mindir, siz bilmirsiniz. Səbrli, aram və üzüyola olun. Allah üçün aramlıq və yumuşaqlıqdan yaxşı heç nə yoxdur. həmçinin Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: And olsun o Allaha ki, canım onun qüdrətinin qəbzəsindədir. Əgər göylərin və yerin əhli bir mö`mini öldürmək üçün yığılsalar və ya onun ölümünə razı olsalar, Allah taala hamısını cəhənnəmə daxil edər. Canım qüdrətinin əlində olan Pərvədigarrımın haqqına and olsun heç kəs başqasını nahaq yerə şallaqla vura bilməz. Əgər vurarsa onun mislini cəhənnəmdə yeməlidir. Və buyurdu:-hər kəs bir mö`minə baxmaqla onu qorxutsa Allahdan başqa heç bir pənah yeri olmayan gündə Allah onu qorxudar.

                                             Gücsüzlər, qocalar və başqalarının hüquqları

     Yol kənarında heyvanı işdən düşmüş və fəryadına heç kəs çatmayan kəsə kömək edib yükünü qaldıraraq miniyinə mindirən kəs üçün çoxlu savab  və`də verilmişdir. Allahın Rəsulundan (səlləllahu əleyhi və alihi və səlləm) nəql olunur: hər kəs qoca kişiyə hörmət edib ona yaşına görə ehtiram göstərərsə Allah onu qiyamət gününün qorxusundan qoruyar. Bir də buyurur ki, ağsaqqal mö`minə tə`zim etmək Allaha tə`zim etməkdir. Eləcə də buyurdu:-Bizim uşaqlarımıza rəhm etməyən və qocalarımıza tə`zim etməyən kəs bizdən deyildir. həzrət İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunur ki, kar olan şəxsə ürəyi sıxılmadan bir sözü eşitdirmək asan bir sədəqədir. Rəvayətdə var ki, hər kəs kor adamı "qaid"i, yə`ni köməkçisi olaraq onu düz yerdə qırx addım aparsa əgər bütün yer üzünü qızılla doldursalar bunun iynənin ucu qədərinin yerini verə bilməz. həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edilmişdir ki, bəlaya düçar olanlara və xora xəstəliyinə tutulanlara çox nəzər yetirməyin ki, onlar buna görə qəmgin olurlar. həzrət İmam Cəfər Sadiq əleyhissalamdan rəvayət vardır ki, onları görən zaman Allahdan sağlamlıq istəyin və onları xəstəliyinə qarşı diqqətli olun ki, sizə nüfuz etməsin. həmçinin rəvayətdə vardır ki, xoraya tutlan şəxsdən uzaq durmaq lazımdır.
     Başqa bir rəvayətdə buyurlur ki, beş qisim adamlardan uzaqlaşmaq lazımdır:
     1) Xora xəstəliyi olan şəxsdən.
     2) Dəri xəstəliyinə tutulan (dərisində ağ ləkələr yaranan) şəxsdən.
     3) Dəlidən.
     4) Zinadan doğulmuş şəxsdən.
     5) Bədəvi ərəblərdən.
     Əgər bəlaya tutlanları görsəniz onların eşitməyəcəyi tərzdə astadan bu cür de: "Əlhəmdu lillahilləzi afani mimməbtəlakə bihi vələv şaə fə`əl." Belə etsən heç vaxt bəlaya düçar olmazsan.

(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com

No comments:

Post a Comment