Allahın Rəsulundan (səlləllahu əleyhi və alihi və səlləm) nəql olunur ki, pərişan halda olan bir şəxsə dedi:-Bazara gedib almağa imkanın olmadığını meyvə və nəfis şeyləri görmüsən?
Dedi:-Bəli,
Buyurdu:-Gördüyün hər bir şeyi almağa imkanın olmasa sənə yaxşı əməl yazılar. həzrət İmam Cəfər Sadiq əleyhissalamdan rəvayət var ki, hər kəs pərişanlığına görə mö`mini həqir sayarsa Allah taala qiyamət günü onu bütün cəmiyyət içində rüsvay edər. Səhih hədisdə həmin həzrətdən nəql olunur ki, haqq-taala buyurur:
Wednesday, May 16, 2018
Wednesday, May 9, 2018
İslamda mö`minlərə yemək və su vermək, onları geyimlə tə`min etmək və onlara kömək etmək barəsində (Yeddinci fəsil)
Bilin: Günahların bağışlanmasını vacib edən işlərdən biri də ac olan müsəlmanı doydurmaqdır. Və mö`min qardaşlara təam vermək rəvayətlərdə rəğbətləndirilmişdir. Rəvayətdə var ki, hər kəs Allah rizası üçün bir mö`minə yemək versə elə bil yüz min nəfər başqasına təam vermişdir. Rəvayətdə qeyd ediblər ki, imkanlı mö`minə təam vermək həzrət İsmayılın övladlarından birini ölümdən xilas etməyə bərabərdir. Və hər kəs ehtiyaclı bir mö`minə yemək yedirdərsə bu yüz nəfər İsmayıl övladını ölümdən xilas etməyə bərabərdir. həzrət Muhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunur ki, hər kim bir müsəlmana su bol olan zaman sudan şərbət verərsə Allah taala ona yetmiş min yaxşı əməl əta edər. Əgər su tapılmayan zaman ona su vermiş olarsa elə bil İsmayıl övladlarından olan on qulu azad etmişdir. Və bir hədisdə buyurur: Allah üçün ən yaxşı əməllər üç şeydir:
Subscribe to:
Posts (Atom)