Bismillahir-rahmanir-rahim

Sunday, February 28, 2016

İslamda bitki növlərindən bə`zilərini yandırıb tüstüsünü ağız və buruna çəkmək haqqında (Dördüncü fəsil)

     Yaxşı olar ki, kişilər imkan dairəsində öz paltarlarını bə`zi xoş ətirli tüstülərə versinlər. həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) hindistanda olan ud adlı bitkinin tüstüsünü qəbul edər və buyurardı: Sizə bu uddan istifadə etməyi tövsiyə edirəm. Çünki onun yeddi dərdə şəfası vardır. Rəvayətdə var ki, oruc tutan kişi üçün ən böyük və üstün hədiyyə odur ki, onun saqqalına yağ çəkib paltarına isə ud tüstüsü hopdurasan. həmçinin oruc tutmuş qadının da ən gözəl töhfəsi odur ki,

Monday, February 15, 2016

İslamda yağların bədənə çəkilməsi və xüsusən bənövşə, ban və zanbaq yağını bədənə çəkmək qaydaları (Üçüncü fəsil)

     Bədənə yağın çəkilməsi dərini yumşaq edir, zehni isə qüvvətləndirir. Bədəndə olan suların axınını asanlaşdırır, dərini codlaşmaqdan, insanı ürək sıxıntılarından qoruyur. həmçinin üzü nurlu edir, yoxsulluğu aradan aparır və varlılığı büruzə verir. Rəvayət olunur ki, hər kəs bir mö`minin bədəninə yağ çəkərsə Allah taala qiyamət günü onun bədəninin tükü sayında ona nur əta edər.
     İmam Sadiq əleyhissalam buyurur:-Bədəninizə yağ çəkən zaman yağı əlin içinə töküb bu duanı oxuyun:

Sunday, February 7, 2016

İslamda Müşk deyilən ətrin fəziləti (İkinci fəsil)

     Rəvayətdə vardır ki, İmam Zeynəlabidin əleyhissalamın bir şüşə qabda müşkü var idi. O həzrət onu canamazına qoyar və hər namaz vaxtı onu özünə vurardı. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) özünə o qədər müşk vurardı ki, müşkün rəngi onun mübarək alnının ortasından zahir olardı. Nəql edirlər ki, İmam Rza əleyhissalamın evindən bir kiçik qabı çölə çıxartdılar. Onun içində xanalar var idi ki, hər xanada bir ətir qoyulmuşdu. Bir xanada isə müşk qoyulmuşdu.
     həmçinin buyurublar ki, müşkü yeməyin içinə də tökmək olar.
     hədislərdə...