Bismillahir-rahmanir-rahim

Monday, January 12, 2015

İslamda körpə uşaq üçün qurban kəsmək (əqiqə) və onun başının tükünü qırxmaq (Yeddinci fəsil)

   Tə`kidlə tövsiyə olunub ki, hər bir övladı olan şəxsin əqiqə qurbanlığına imkanı olarsa mütləq onu yerinə yetirməlidir. Hətta böyük alimlərimizdən bə`ziləri bunun vacib olduğunu buyurmuşlar. Həmçinin çox yaxşı olar ki, bu qurbanlığı körpəninin yeddinci günündə edəsən. Əgər keçmiş olarsa onun həddi-buluğ vaxtına qədər bu işi görmək atasının öhtəsindədir. Lakin həddi-buluğ vaxtına çatandan ömrünün axırına qədər uşağın öz boynundadır. Bu məxsus qurbanlıq imkanlı adamlar üçün buyrulmuşdur. Əgər biri yoxsuldursa hər vaxt imkanı olsa bunu yerinə yetirməlidir.


Saturday, January 10, 2015

İslamda Övlada ad qoymaq haqqında (Altıncı fəsil)

  Yaxşı olar ki, uşaq ana bətnində olan zaman ona ad qoyasan, təki o, siqt olmasın (ana bətnindən yarımçıq düşməsin). Onun üçün çox yaxşı adlardan birini seçib qoymağın məsləhətdir. Ən ləyaqətli ad odur ki, Allahın bəndəsi olmasına dəlalət etsin. Məsələn: Abdullah və həmçinin ona oxşar adlar. Adların ən yaxşıları peyğəmbərlərin adlarıdır. Hər bir ailədə peyğəmbər adı qoyulmuş adam olarsa Allah taala ora hər gün səhər və axşam bir mələk göndərər ki, onların müqəddəsliyi və paklığı üçün dua etsin.


Tuesday, January 6, 2015

İslamda hamilə qadının uşağını asan dünyaya gətirməsi haqda dualar (Altıncı fəsil)

   Qadının doğuşu çətin olarsa bu ayələri dəriyə yazıb sapla onun sağ buduna bağlamaq və uşaq dünyaya gələn kimi açmaq lazımdır:


Monday, January 5, 2015

İslamda Qadının hamiləlik dövrü haqqında (Altıncı fəsil)

   İmam  Sadiq əleyhissalam buyurur:-hamilə qadın heyva yeməlidir ki, uşağı xoş ətirli və açıq rəngli olsun. Qadının hamiləlik zamanı kündür yeməsi də çox yaxşıdır. Bu övladın ağlının çox olmasına səbəb olar. Uşaq dünyaya  gələndə qadın üçün ilk yeyəcək şeyin xurma olması məsləhətdir. Çünki bunun ən üstün səbəbi odur ki, həzrət Məryəm  (salamullahi əleyha) da həzrət İsa əleyhissalam dünyaya gələndən sonra ilk dəfə rütəb (tam yetişməmiş xurma) yemişdir. Əgər rütəb xurması olmasa da doqquz dənə tam yetişmiş Mədinə xurması, o da olmasa başqa yerin də xurmasını yeyə bilər. Uşaq dünyaya gələndən sonra onun ağzını Fərat çayının suyu, bir də İmam Hüseyn əleyhissalamın türbəti ilə açmaq yaxşıdır. Fərat suyu tapılmasa yağış suyu da olar. Uşağın sağ qulağına “azan”, sol qulağına isə “iqamə” oxumaq lazımdır ki, şeytanın şərindən qorunsun. həmçinin “Ummu Sibyan” (cinlərin bir növü) ona heç bir zərər yetirə bilməsin. (Şeyx Abbas Qummi)

Sunday, January 4, 2015

İslamda Övladların olmasının fəzilətləri və onların əməlisaleh olmaları üçün oxunan dualar (Beşinci fəsil)

   hər şeydən əvvəl deməliyik ki, əməlisaleh övladlı olmaq Adəm övladının səadətindəndir və əgər onlara bir xəstəlik üz versə bu onların valideyninin günahlarının kəffarəsidir.

   Uşaqların yeddi yaşına qədər ağlamaları “La ilahə illəllah” demək kimidir. həmçinin yeddi ildən keçərsə onların ağlaması valideyn üçün bağışlanmaq istəyidir. Elə ki, onlar həddi-buluğa çatdılar, hər bir savablı işlərində ata və anaları onlara şərikdirlər, lakin pis və günah işlərində şərik deyillər. Qadın hamiləlikdən azad olana və uşağı süddən ayırana qədər onun savabı kafirlərin müqabilində duran və müsəlmanları onların şərindən qoruyan şəxsin savabı həddədir. Əgər qadın hamilə halında ölərsə şəhid zirvəsinə yetişər. Övladsız ölən şəxs isə elə bil heç dünyada olmayıb və hər bir kəs övladlı halda dünyadan gedərsə elə bil ki, həmişə yaşayır. Allah taala qızlara qarşı oğlanlardan mehribandır. Rəvayətdə var ki, qızlar yaxşı əməl, oğlanlar isə ne`mətdirlər. Allah taala da yaxşı əmələ savab yazar, ne`mətdən isə sual edər.

  Nəql olunub ki, hər kəs üç qızın və ya üç bacının xərcini ödəyərsə cənnət ona vacib olar. habelə iki qızın, həmçinin birinin də xərcini ödəmək eyni hökmü daşıyır.

  Nəql olunub ki, həzrət İbrahim peyğəmbər Rəhman  Allaha dua etdi ki, ona bir qız əta eləsin, təki öləndən sonra onun üçün ağlasın.

  Övlad istəmək üçün ən üstün və düzgün dua budur: Üç gün ərzində sübh və xiftən namazlarından sonra yetmiş dəfə  “Subhanəllah” və yetmiş dəfə  “Əstəğfirullah” desin, ondan sonra bu ayəni oxusun.

  “İstəğfiru rəbbəkum innəhu kanə ğəffarən yursilissəmaə ələykum midrarən və yumdidkum biəmvalin və bəninə və  yəc`əlləkum  cənnatin və yəc`əl  ləkum ənhara.”

  Beləliklə üçüncü gecə öz xanımınla cinsi əlaqədə ol ki, Allah taala sənə hər bir nöqsandan sağlam bir övlad əta etsin.

Övlad istəyi üçün başqa bir dua da vardır. O da budur ki, öz qadınınla yaxınlıq etmək istəsən bu ayəni oxu:

  “Vəzən-nun iz zəhəbə muğazibən fəzənnə ənlən nəqdirə əleyhi fənada fiz-zulumati əlla ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və kəzalikə nuncilmu`minin və Zəkəriyya iz nadə Rəbbəhu Rəbbi la təzərni fərdən və əntə xəyrul-varisin.”


   Bununla da Allah taala öz lütfü ilə sənə övlad verər. hədisdə var ki, bir kəsin övladı olmasa gərək niyyət etsin ki: “Əgər mənim övladım olarsa adını “Əli” qoyacağam.” O cür edərsə Allah taala ona oğul nəsib edər. həmçinin rəvayət olunub ki, hər bir hamilə qadının əri: “Oğlumun adını Məhəmməd və ya Əli qoyacağam”-deyə qəsd edərsə onun övladı oğlan olar. həmçinin buyurulub ki, əgər qadının hamiləliyindən dörd ay keçərsə onu üzü qibləyə oturdub Ayətəl-kürsini oxu və əlini onun kürəyinə vurub de: “Əllahummə  inni  qəd səmməytuhu  Muhəmməda.” Onda  Allah taala ona oğlan əta edər. İnşallah taala. İmamlardan (salamullahi əleyhim əcməin) övlad istəmək və onun oğlan olması haqqında çoxlu  buyuruqlar vardır. Biz elə bu qədərlə kifayətlənirik.
(Şeyx Abbas Qummi)

Saturday, January 3, 2015

İslamda Kişinin qadınla rəftar qaydaları (Dördüncü fəsil)

   Kişi gərək öz qadınına (həyat yoldaşına) ona aid olmayan işləri gördürməsin, çünki qadın bir güldür, xidmətçi deyil. Onun başqası haqqında dediyini qəbul etmə və öz ixtiyarını onun əlinə vermə. Bir sözlə evin böyüklüyünü onun ixtiyarında qoyma, çünki rəvayətdə buyurulub ki, bu cür edən kişi lə`nətlənmişdir.


   Xanımını üst evdə saxlama. Ona yun və pambıq əyirməyi işlətməyi təlim ver. heç vaxt razılıq vermə ki, qadın yəhər üstündə otursun. Sənin qohumların haqqında nə desə sözünə qulaq asma. həmçinin ona icazə vermə ki, tək-tənha başqa hamamlara, toy məclislərinə və ya mərsiyələrə getsin. hər kəs öz həyatında bu işlərə yol vermiş olarsa Allah taala onu cəhənnəmə göndərər. Cənab Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:-Xeyir işlərdə də diqqət edin ki, qadınlara itaət etməyəsiniz. Beləliklə onlar sizi pis işlərə yönəldə bilərlər. Qadınların pislərindən Allaha pənah aparın və yaxşılarından isə həzər edin (qorxun). Bilmək lazımdır ki, qadına qarşı kişinin haqqı budur ki, hər dörd gecədən bir onun yanında yatsın və əgər səfərdə olmasa hər dörd aydan bir onunla cinsi əlaqədə olmalıdır.  Bu barədə olan başqa hüquqlar və əhkamlar haqqında başqa kitablarda təfsilatı ilə yazılıb. Maraqlananlar ora müraciət edə bilərlər. (Şeyx Abbas Qummi)

Friday, January 2, 2015

İslamda Qadının ərinin üzərində olan haqqları (Dördüncü fəsil)

   Kişinin vəzifəsi odur ki, öz qadınının tələbatların ödəsin, istər paltar, istərsə də yemək olsun. Əgər onun bir pis hərəkəti olsa onu bağışlasın. Kişi gərək qadına üz turşutmasın və hər üç gündən bir dəfə ona ət alıb gətirsin. həmçinin onun üçün altı aydan bir həna və bu kimi şeylər alıb gətirsin. Bir sözlə onun evini ələ və üzə çəkilən ləvazimatlardan boş saxlamasın.

  Sirkə və zeytun kimi hamının yediyi ne`mətlərdən sən də ona gətir. Xüsusilə bayram günlərində onun ürəyini hər gün yemədiyi ne`mətlə sevindir. Ondan sonra onunla gözəl rəftar et. Öz xanımın ilə bir iş üçün məşvərət etmə, çünki onların verdiyi rə`y zəif olur.
  həmçinin onu evdən xaric yerlərə çox göndərmə və bacardığın qədər çalış o, səndən başqa bir kişini görməsin və tanımasın. Xanımını fəsadlı işlərdən çəkindir. Məsələn: Onu musiqi və bu kimi şeyləri dinləməkdən çəkindir.


   Qadının evdən çıxmasına nəzarət et və qoyma yad adamlarla get-gəl eləsin. Məsələn: Onun hamamlara, toy məclislərinə və bunun kimi sair yerlərə getməsinə icazə vermə. İnsanı şəhvətə gətirən söhbətlərə qulaq asmağa qoyma. Eləcə də o qoca qadınlar ki, özgələrlə get-gəlləri çoxdur, onlarla oturub-durmasını qadınına qadağan etməlisən. Elə bir şərait yarat ki, xanımın çox işsiz, bekar qalmasın, çünki bu cür halda şeytan ona çox nüfuz edib onu pis işlərə vadar edər. Beləliklə də bu cür hallarda şeytan onu günah işlərə sövq edər və gəzib-dolanmağa, özünü bəzəyib başqalarına göstərməyə meylli edər. Onu pambıq əyirmək kimi işlərə məşğul et və özünü də onun gözündə zəhmli göstər. 
(Şeyx Abbas Qummi)

Thursday, January 1, 2015

İslamda Ər ilə Arvadın bir-birinə qarşı olan haqqı (Dördüncü fəsil)

   Qadın gərək öz ərinə itaət etsin və onun sözündən çıxmasın. Ərdən icazəsiz onun evindən heç bir şeyi sədəqə verməsin. Əgər ondan icazəsiz evdən bir şey verərsə onun savabı ərinə yetişər. Özünə isə günah yazılar. hətta qadın gərək öz ixtiyarında olan maldan da ərindən icazəsiz bir kəsə verməsin. Qadın yalnız öz malından həcc ziyarəti üçün, ya zəkat verməklə, yaxud da ata-anasına və qohumlarına yaxşılıq etməkdə ixtiyar sahibidir. Qadın ərindən icazəsiz müstəhəb oruc tuta bilməz. hər vaxt əri onunla cinsi əlaqədə olmaq istəyərsə hazırlığını bildirməlidir və əgər qadın bunu gecikdirərsə, beləliklə əri yuxuya getmiş olsa mələklər onu əri yuxudan oyanana qədər lə`nətləyər.

  Qadın ərindən icazəsiz çölə gedə bilməz. Əgər icazəsiz bir yerə gedərsə yerin və göyün qəzəb və rəhmət mələklərinin hamısı o, evə qayıdana qədər onu lə`nətləyərlər. Ərini qəzəbləndirərsə gərək heç bir gecə gözünə yuxu getməsin, hətta əri ona əziyyət etmiş olsa da. Bir sözlə qadın ərini narahat edərsə namazları qəbul deyil, o vaxta qədər ki, əri ondan razı qalsın. Qadın özünü əri üçün bəzəyib xoş ətirli etməli və həmçinin səhər-axşam özünü onun ixtiyarında qoymalıdır.


  İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, hər hansı bir qadın öz ərinə: “Mən heç vaxt səndən yaxşılıq görməmişəm.”-deyərsə bütün əməllərinin savabları məhv olar. 
(Şeyx Abbas Qummi)