Allahın Rəsulundan (səlləllahu əleyhi və alihi və səlləm) nəql olunur ki, pərişan halda olan bir şəxsə dedi:-Bazara gedib almağa imkanın olmadığını meyvə və nəfis şeyləri görmüsən?
Dedi:-Bəli,
Buyurdu:-Gördüyün hər bir şeyi almağa imkanın olmasa sənə yaxşı əməl yazılar. həzrət İmam Cəfər Sadiq əleyhissalamdan rəvayət var ki, hər kəs pərişanlığına görə mö`mini həqir sayarsa Allah taala qiyamət günü onu bütün cəmiyyət içində rüsvay edər. Səhih hədisdə həmin həzrətdən nəql olunur ki, haqq-taala buyurur:
BİSMİLLAHİR-RAHMANİR-RAHİM
Xoş Gəlmisiniz . . .
Wednesday, May 16, 2018
Wednesday, May 9, 2018
İslamda mö`minlərə yemək və su vermək, onları geyimlə tə`min etmək və onlara kömək etmək barəsində (Yeddinci fəsil)
Bilin: Günahların bağışlanmasını vacib edən işlərdən biri də ac olan müsəlmanı doydurmaqdır. Və mö`min qardaşlara təam vermək rəvayətlərdə rəğbətləndirilmişdir. Rəvayətdə var ki, hər kəs Allah rizası üçün bir mö`minə yemək versə elə bil yüz min nəfər başqasına təam vermişdir. Rəvayətdə qeyd ediblər ki, imkanlı mö`minə təam vermək həzrət İsmayılın övladlarından birini ölümdən xilas etməyə bərabərdir. Və hər kəs ehtiyaclı bir mö`minə yemək yedirdərsə bu yüz nəfər İsmayıl övladını ölümdən xilas etməyə bərabərdir. həzrət Muhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunur ki, hər kim bir müsəlmana su bol olan zaman sudan şərbət verərsə Allah taala ona yetmiş min yaxşı əməl əta edər. Əgər su tapılmayan zaman ona su vermiş olarsa elə bil İsmayıl övladlarından olan on qulu azad etmişdir. Və bir hədisdə buyurur: Allah üçün ən yaxşı əməllər üç şeydir:
Tuesday, April 24, 2018
İslamda mö`minlərin bir-birinin görüşünə getmələrinin fəziləti (Altıncı fəsil)
Mö`təbər hədislərdə İmam Muhəmməd Baqir və İmam Cəfər Sadiq əleyhiməssalamdan nəql olunur ki, hər kəs Allah rızasına görə mö`min qardaşını görməyə gedərsə Allah taala yetmiş min mələyi ona vəkil edər ki, evinə qayıdana kimi ona nida etsinlər:
-Xoş sənin halına! Cənnət sənə nuş olsun!
Rəvayətdə buyurulur ki, hər kəs mö`min qardaşını görmək üçün onun evinə gedərsə Allah taala ona bu cür xitab edər:
-Sən mənim qonağımsan və Mənim ziyarətimə gəlmisən. Səni qonaq etmək Öz boynumdadır. Mö`min qardaşını çox istədiyinə görə cənnəti sənə vacib etdim.
İmam Cəfər Sadiq əleyhissalamdan rəvayət edilir ki,
Monday, April 16, 2018
İslamda mö`minlərin ehtiyaclarını ödəmək, işlərini yerinə yetirməyə çalışmaq və onları şad etmək barəsində (Beşinci fəsil)
Bilin: Allah yanında mö`min bir insanı sevindirməkdən sevimli ibadət yoxdur. hər kəs mö`mini şad edərsə Allahın Rəsulunu (səlləllahu əleyhi və alihi və səlləm) şad edib və hər kim o həzrəti şad edərsə Allahı sevindirmişdir.
Rəvayət var ki, hər kəs mö`mini sevindirərsə Allah taala ona min-min yaxşı əməl yazar. həmçinin nəql olmuşdur ki, mö`minin üzünə təbəssüm etmək savabdır, həmçinin torpağı onun üstündən təmizləmək də savabdır. Mö`təbər hədislərdə həzrət İmam Cəfər Sadiq əleyhissalamdan nəql edirlər ki, mö`min qəbrdən qalxanda onunla bərabər bir şəxs xaric olaraq deyir:-Sənə Allah tərəfindən kəramət və şadlıq bəşarət olsun. Sonra mö`min deyər:
Rəvayət var ki, hər kəs mö`mini sevindirərsə Allah taala ona min-min yaxşı əməl yazar. həmçinin nəql olmuşdur ki, mö`minin üzünə təbəssüm etmək savabdır, həmçinin torpağı onun üstündən təmizləmək də savabdır. Mö`təbər hədislərdə həzrət İmam Cəfər Sadiq əleyhissalamdan nəql edirlər ki, mö`min qəbrdən qalxanda onunla bərabər bir şəxs xaric olaraq deyir:-Sənə Allah tərəfindən kəramət və şadlıq bəşarət olsun. Sonra mö`min deyər:
Monday, April 9, 2018
İslamda mö`minlərin bir-birinə qarşı olan hüquqları və camaatla gözəl rəftar etməyin qaydaları (Dördüncü fəsil)
Bilin: həzrət İmam Cəfər Sadiq əleyhissalamdan rəvayət edilir: Mö`minin digər mö`min üzərində olan haqqı onu ürəkdən sevmək və öz malını ondan əsirgəməməkdir. Əgər səfərə gedərsə onun halı ilə maraqlanması, bir kəs ona zülm etmiş olarsa köməklik etməsi gərəkdir. Əgər müsəlmanlara bir hədiyyə əta edilən zaman
Wednesday, April 4, 2018
İslamda sədaqət və qardaşlıq hüquqları (Üçüncü fəsil)
Bilin: Dostluq və qardaşlıq çox mədh olunmuşdur. Rahat və xoş günündə çoxlu yaxşı qardaş tapmaq çətin günlər üçün bir tədarükdür. Onlar ağır gündə düşmənlərin müqabilində qalxandır. Dünyada olan ən böyük rahatlıq, evin genişliyi, bir də dostun çox olmasıdır. həzrət Loğman öz oğluna dedi: Yüz nəfərlə yaxınlıq et, lakin bir nəfərlə belə düşmənçilik etmə. həmçinin yaxşı insanların qulları olmağına razı ol, lakin pis insanların övladı olmağına razı olma. Allaha xatir sevdiyin qardaşının üzünə baxmaq ibadətdir. həzrət Əmirəlmö`minin əleyhissalamdan nəql olunur ki,
Wednesday, March 7, 2018
İslamda qonşuların və yetimlərin hüquqları (İkinci fəsil)
Bilin: Qonşunun haqqına riayət etmək barədə çox tə`kidlər edilmişdir. O cümlədən həzrət Muhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur ki,
Subscribe to:
Posts (Atom)