hədisdə var ki, saqqalında ağ tük olan ilk insan həzrət İbrahim əleyhissalam olmuşdur və onun dövranından qabaq heç kimin başında və üzündə ağ tük olmamışdır. Buna görə də ata ilə övladlar bir-birlərindən seçilmirdi. həzrət İbrahim əleyhissalam bu səbəbə görə Allahdan ağ tük diləmişdir. həzrət öz saqqalında ağ tükü gördükdə ona nəzər salaraq dedi:-İlahi, bu nə olan şeydir? Ona xitab yetişdi ki, bu insanın vüqarlı olmasına səbəbdir. həzrət dedi:
Wednesday, December 16, 2015
Tuesday, November 24, 2015
İslamda bığı azaltmaq və saqqalı uzatmağın fəzilət və qaydaları (Üçüncü fəsil)
Bığı azaltmaq çox tə`kid olunmuş bir qanundur. Bu iş insandan qəmi və vəsvəsəni yox edər. Bığı dəriyə qədər azaltmaq daha yaxşıdır. Nəql olunmuşdur ki, İmam Cəfər Sadiq əleyhissalam bığıını həmin miqdarda azaldardı. İmkan yaratma ki, bığın çox uzansın, çünki bu halda şeytan orada özünə yer tapıb gizlənər. Bir cümədən digər cüməyə dırnaq tutmaq və bığı azaltmaq insanı xora xəstəliyindən qoruyar və ruzisini çoxaldar. hər kəs bu qaydaya əməl edərsə gələn cüməyə qədər pak qalar.
Cümə günü bu işi əncam verərkən bu duanı oxu:
Cümə günü bu işi əncam verərkən bu duanı oxu:
Tuesday, October 27, 2015
Baş qırxdırmağın qaydaları və fəziləti, həmçinin qadın və kişilərin saç saxlamaq qaydaları (İkinci fəsil)
Diqqətinizə çatdıraq ki, başda çox tük saxlamaq gözü zəiflədib nurunu azaldar. Əgər saçını vaxtında azaltsan gözlərin qüvvətlənər. Başının tükü çoxalarsa onu qırx, qoy çirklənməsin, bit və birə düşməsin. Saçı qırxdırmaq boynu gücləndirər. hər kəs bu işin ləzzətini duysa heç vaxt onu tərk etməz.
İmam Sadiq əleyhissalam buyurur: Mən hər cümə günü saçımı qırxdırıram.
Başını qırxan zaman üzü qibləyə oturub əvvəl başın ortasından alına tərəf qırxmağa başla və bu duanı oxu:
İmam Sadiq əleyhissalam buyurur: Mən hər cümə günü saçımı qırxdırıram.
Başını qırxan zaman üzü qibləyə oturub əvvəl başın ortasından alına tərəf qırxmağa başla və bu duanı oxu:
Thursday, August 13, 2015
Ya Rəsulallah
<Bəndə> <BismillahirRəhmanirRəhim> deyəndə, Allah-təala buyurar: <Bəndəm öz işini mənim adımla başladı. Demək, mən də onun işini bərəkətlə başa çatdırmalı və mübarək etməliyəm>.
Həzrət Muhəmməd Peyğəmbər (Səlləllahu əleyhi və alihi və səlləm)
Həzrət Muhəmməd Peyğəmbər (Səlləllahu əleyhi və alihi və səlləm)
Friday, April 3, 2015
İslamda Diş firçalamaq haqqında (Birinci fəsil)
həzrət
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:-Cəbrail əleyhissalam
diş fırçalamaq haqqında mənə o qədər tövsiyə edərdi ki, gümana gəlmişdim artıq
bu iş ümmətimə vacib buyurulacaqdır.
həzrət Rəsul
(səlləllahu əleyhi və alihi və səlləm) həzrət Əli əleyhissalama vəsiyyət edərdi
ki, hər namaz üçün dişlərini fırçalasın. həzrət Rəsul (səlləllahu əleyhi və
alihi və səlləm) buyurur:-Əgər dişin yuyulması mənim ümmətimə çətin olmasaydı
onlara əmr edirəm ki, hər namaz üçün dişlərini yusunlar.
Monday, March 9, 2015
Valideynin övladın boynunda olan haqqı və Övladın onlara ehtiram qoyma qaydaları (Doqquzuncu fəsil)
İslam
dinində olan mühüm qanunlardan biri də övladın ata-anaya hörmət qoymasıdır. Ata
və ananı özündən razı etmək ibadətlərin ən üstünüdür və onların üzünə aqq olmaq
böyük günahlardandır. Onların əmrinə itaət etməkdən çəkinmə, əgər əmr etsələr
ailə və uşağından, malından keçəsən gərək keçəsən, çünki bu iş sənin imanlı
olmağının əlamətidir. Lakin ata və anan səni kafir olmağa vadar etsələr onların
əmrindən çıxmalısan. Lakin yenə də onlarla xoş rəftar etmək lazımdır. Ata-ana
ilə yaxşı rəftar etməyin səbəb olar ki, öz övladın da sənə qarşı yaxşı rəftar
etsin. Həmçinin Allah taala ölüm
anlarının çətinliklərini sənə asan edər və öz yaşayışında heç vaxt pərişan olmazsan.
Monday, March 2, 2015
İslamda övladın tərbiyəsi (Səkkizinci fəsil)
Uşağı yeddi yaşına qədər azad qoy ki, oyunları ilə məşğul
olsun və yeddi yaşından sonra onun tərbiyəsinə başla. Əgər tərbiyəsi yaxşılığa
doğru getsə tərbiyəni davam etdirməyə çalış. Əgər yaxşı olmasa artıq onun tərbiyəli
olmasına ümidvar olma.
Tuesday, February 10, 2015
İslamda körpə uşağa süd vermək (Səkkizinci fəsil)
Uşağa süd verməyin son həddi iki
ildir. Üzürsüz yerə bundan artıq vermək caiz deyil. Lakin gərək iyirmi bir aydan
az süd verməsinlər. Əgər zəruri olarsa bundan tez ayıra bilər. Bütün südlərin ən
üstünü və əhəmiyyətlisi ana südüdür.
Monday, February 2, 2015
İslamda oğlanı sünnət etmək və uşağın qulağını deşmək qaydaları (Yeddinci fəsil)
Oğlanların sünnət olması vacib bir əməl kimi qeyd olunmuşdur. Əgər uşağı yeddinci günündə
sünnət etsələr bu həm savablı işdir, həm də uşağın bədənini bütün çirkablıqdan
pak edər, həmçinin uşaq tez inkişaf edər. O uşaq ki, sünnət olunmayıb onun
torpaq üzünə bövl etməsindən yerin acığı gəlir. Əgər bir uşağı qırx gün müddətində
sünnət etməsələr onun sidiyindən torpaq nəcis olar. Bu da çox pis işdir. Həmçinin
həmin torpaq o şəxsin əlindən Allaha şikayət edər.
Monday, January 12, 2015
İslamda körpə uşaq üçün qurban kəsmək (əqiqə) və onun başının tükünü qırxmaq (Yeddinci fəsil)
Tə`kidlə
tövsiyə olunub ki, hər bir övladı olan şəxsin əqiqə qurbanlığına imkanı olarsa
mütləq onu yerinə yetirməlidir. Hətta böyük alimlərimizdən bə`ziləri bunun
vacib olduğunu buyurmuşlar. Həmçinin çox yaxşı olar ki, bu qurbanlığı körpəninin
yeddinci günündə edəsən. Əgər keçmiş olarsa onun həddi-buluğ vaxtına qədər bu
işi görmək atasının öhtəsindədir. Lakin həddi-buluğ vaxtına çatandan ömrünün
axırına qədər uşağın öz boynundadır. Bu məxsus qurbanlıq imkanlı adamlar üçün
buyrulmuşdur. Əgər biri yoxsuldursa hər vaxt imkanı olsa bunu yerinə yetirməlidir.
Saturday, January 10, 2015
İslamda Övlada ad qoymaq haqqında (Altıncı fəsil)
Yaxşı olar
ki, uşaq ana bətnində olan zaman ona ad qoyasan, təki o, siqt olmasın (ana bətnindən
yarımçıq düşməsin). Onun üçün çox yaxşı adlardan birini seçib qoymağın məsləhətdir.
Ən ləyaqətli ad odur ki, Allahın bəndəsi olmasına dəlalət etsin. Məsələn:
Abdullah və həmçinin ona oxşar adlar. Adların ən yaxşıları peyğəmbərlərin
adlarıdır. Hər bir ailədə peyğəmbər adı qoyulmuş adam olarsa Allah taala ora hər
gün səhər və axşam bir mələk göndərər ki, onların müqəddəsliyi və paklığı üçün
dua etsin.
Tuesday, January 6, 2015
İslamda hamilə qadının uşağını asan dünyaya gətirməsi haqda dualar (Altıncı fəsil)
Qadının
doğuşu çətin olarsa bu ayələri dəriyə yazıb sapla onun sağ buduna bağlamaq və
uşaq dünyaya gələn kimi açmaq lazımdır:
Monday, January 5, 2015
İslamda Qadının hamiləlik dövrü haqqında (Altıncı fəsil)
İmam Sadiq əleyhissalam buyurur:-hamilə qadın
heyva yeməlidir ki, uşağı xoş ətirli və açıq rəngli olsun. Qadının hamiləlik
zamanı kündür yeməsi də çox yaxşıdır. Bu övladın ağlının çox olmasına səbəb
olar. Uşaq dünyaya gələndə qadın üçün
ilk yeyəcək şeyin xurma olması məsləhətdir. Çünki bunun ən üstün səbəbi odur
ki, həzrət Məryəm (salamullahi əleyha)
da həzrət İsa əleyhissalam dünyaya gələndən sonra ilk dəfə rütəb (tam yetişməmiş
xurma) yemişdir. Əgər rütəb xurması olmasa da doqquz dənə tam yetişmiş Mədinə
xurması, o da olmasa başqa yerin də xurmasını yeyə bilər. Uşaq dünyaya gələndən
sonra onun ağzını Fərat çayının suyu, bir də İmam Hüseyn əleyhissalamın türbəti
ilə açmaq yaxşıdır. Fərat suyu tapılmasa yağış suyu da olar. Uşağın sağ
qulağına “azan”, sol qulağına isə “iqamə” oxumaq lazımdır ki, şeytanın şərindən
qorunsun. həmçinin “Ummu Sibyan” (cinlərin bir növü) ona heç bir zərər yetirə
bilməsin. (Şeyx Abbas Qummi)
Sunday, January 4, 2015
İslamda Övladların olmasının fəzilətləri və onların əməlisaleh olmaları üçün oxunan dualar (Beşinci fəsil)
hər şeydən əvvəl
deməliyik ki, əməlisaleh övladlı olmaq Adəm övladının səadətindəndir və əgər
onlara bir xəstəlik üz versə bu onların valideyninin günahlarının kəffarəsidir.
Uşaqların
yeddi yaşına qədər ağlamaları “La ilahə illəllah” demək kimidir. həmçinin yeddi
ildən keçərsə onların ağlaması valideyn üçün bağışlanmaq istəyidir. Elə ki,
onlar həddi-buluğa çatdılar, hər bir savablı işlərində ata və anaları onlara şərikdirlər,
lakin pis və günah işlərində şərik deyillər. Qadın hamiləlikdən azad olana və uşağı
süddən ayırana qədər onun savabı kafirlərin müqabilində duran və müsəlmanları
onların şərindən qoruyan şəxsin savabı həddədir. Əgər qadın hamilə halında ölərsə
şəhid zirvəsinə yetişər. Övladsız ölən şəxs isə elə bil heç dünyada olmayıb və
hər bir kəs övladlı halda dünyadan gedərsə elə bil ki, həmişə yaşayır. Allah
taala qızlara qarşı oğlanlardan mehribandır. Rəvayətdə var ki, qızlar yaxşı əməl,
oğlanlar isə ne`mətdirlər. Allah taala da yaxşı əmələ savab yazar, ne`mətdən isə
sual edər.
Nəql olunub
ki, hər kəs üç qızın və ya üç bacının xərcini ödəyərsə cənnət ona vacib olar.
habelə iki qızın, həmçinin birinin də xərcini ödəmək eyni hökmü daşıyır.
Nəql olunub
ki, həzrət İbrahim peyğəmbər Rəhman
Allaha dua etdi ki, ona bir qız əta eləsin, təki öləndən sonra onun üçün
ağlasın.
Övlad istəmək
üçün ən üstün və düzgün dua budur: Üç gün ərzində sübh və xiftən namazlarından
sonra yetmiş dəfə “Subhanəllah” və
yetmiş dəfə “Əstəğfirullah” desin, ondan
sonra bu ayəni oxusun.
“İstəğfiru rəbbəkum innəhu kanə ğəffarən
yursilissəmaə ələykum midrarən və yumdidkum biəmvalin və bəninə və yəc`əlləkum
cənnatin və yəc`əl ləkum ənhara.”
Beləliklə
üçüncü gecə öz xanımınla cinsi əlaqədə ol ki, Allah taala sənə hər bir
nöqsandan sağlam bir övlad əta etsin.
Övlad istəyi
üçün başqa bir dua da vardır. O da budur ki, öz qadınınla yaxınlıq etmək istəsən
bu ayəni oxu:
“Vəzən-nun iz zəhəbə muğazibən fəzənnə ənlən
nəqdirə əleyhi fənada fiz-zulumati əlla ilahə illa əntə subhanəkə inni kuntu
minəz-zalimin fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və kəzalikə
nuncilmu`minin və Zəkəriyya iz nadə Rəbbəhu Rəbbi la təzərni fərdən və əntə xəyrul-varisin.”
Bununla da
Allah taala öz lütfü ilə sənə övlad verər. hədisdə var ki, bir kəsin övladı
olmasa gərək niyyət etsin ki: “Əgər mənim övladım olarsa adını “Əli”
qoyacağam.” O cür edərsə Allah taala ona oğul nəsib edər. həmçinin rəvayət
olunub ki, hər bir hamilə qadının əri: “Oğlumun adını Məhəmməd və ya Əli
qoyacağam”-deyə qəsd edərsə onun övladı oğlan olar. həmçinin buyurulub ki, əgər
qadının hamiləliyindən dörd ay keçərsə onu üzü qibləyə oturdub Ayətəl-kürsini
oxu və əlini onun kürəyinə vurub de: “Əllahummə inni qəd
səmməytuhu Muhəmməda.” Onda Allah taala ona oğlan əta edər. İnşallah
taala. İmamlardan (salamullahi əleyhim əcməin) övlad istəmək və onun oğlan
olması haqqında çoxlu buyuruqlar vardır.
Biz elə bu qədərlə kifayətlənirik.
(Şeyx Abbas Qummi)
Saturday, January 3, 2015
İslamda Kişinin qadınla rəftar qaydaları (Dördüncü fəsil)
Kişi gərək öz
qadınına (həyat yoldaşına) ona aid olmayan işləri gördürməsin, çünki qadın bir
güldür, xidmətçi deyil. Onun başqası haqqında dediyini qəbul etmə və öz
ixtiyarını onun əlinə vermə. Bir sözlə evin böyüklüyünü onun ixtiyarında qoyma,
çünki rəvayətdə buyurulub ki, bu cür edən kişi lə`nətlənmişdir.
Xanımını üst
evdə saxlama. Ona yun və pambıq əyirməyi işlətməyi təlim ver. heç vaxt razılıq
vermə ki, qadın yəhər üstündə otursun. Sənin qohumların haqqında nə desə sözünə
qulaq asma. həmçinin ona icazə vermə ki, tək-tənha başqa hamamlara, toy məclislərinə
və ya mərsiyələrə getsin. hər kəs öz həyatında bu işlərə yol vermiş olarsa
Allah taala onu cəhənnəmə göndərər. Cənab Peyğəmbər (səlləllahu əleyhi və alihi
və səlləm) buyurur:-Xeyir işlərdə də diqqət edin ki, qadınlara itaət etməyəsiniz.
Beləliklə onlar sizi pis işlərə yönəldə bilərlər. Qadınların pislərindən Allaha
pənah aparın və yaxşılarından isə həzər edin (qorxun). Bilmək lazımdır ki,
qadına qarşı kişinin haqqı budur ki, hər dörd gecədən bir onun yanında yatsın və
əgər səfərdə olmasa hər dörd aydan bir onunla cinsi əlaqədə olmalıdır. Bu barədə
olan başqa hüquqlar və əhkamlar haqqında başqa kitablarda təfsilatı ilə
yazılıb. Maraqlananlar ora müraciət edə bilərlər. (Şeyx Abbas Qummi)
Friday, January 2, 2015
İslamda Qadının ərinin üzərində olan haqqları (Dördüncü fəsil)
Kişinin vəzifəsi
odur ki, öz qadınının tələbatların ödəsin, istər paltar, istərsə də yemək
olsun. Əgər onun bir pis hərəkəti olsa onu bağışlasın. Kişi gərək qadına üz
turşutmasın və hər üç gündən bir dəfə ona ət alıb gətirsin. həmçinin onun üçün
altı aydan bir həna və bu kimi şeylər alıb gətirsin. Bir sözlə onun evini ələ və
üzə çəkilən ləvazimatlardan boş saxlamasın.
Sirkə və
zeytun kimi hamının yediyi ne`mətlərdən sən də ona gətir. Xüsusilə bayram günlərində
onun ürəyini hər gün yemədiyi ne`mətlə sevindir. Ondan sonra onunla gözəl rəftar
et. Öz xanımın ilə bir iş üçün məşvərət etmə, çünki onların verdiyi rə`y zəif
olur.
həmçinin
onu evdən xaric yerlərə çox göndərmə və bacardığın qədər çalış o, səndən başqa
bir kişini görməsin və tanımasın. Xanımını fəsadlı işlərdən çəkindir. Məsələn:
Onu musiqi və bu kimi şeyləri dinləməkdən çəkindir.
Qadının evdən
çıxmasına nəzarət et və qoyma yad adamlarla get-gəl eləsin. Məsələn: Onun hamamlara,
toy məclislərinə və bunun kimi sair yerlərə getməsinə icazə vermə. İnsanı şəhvətə
gətirən söhbətlərə qulaq asmağa qoyma. Eləcə də o qoca qadınlar ki, özgələrlə
get-gəlləri çoxdur, onlarla oturub-durmasını qadınına qadağan etməlisən. Elə
bir şərait yarat ki, xanımın çox işsiz, bekar qalmasın, çünki bu cür halda
şeytan ona çox nüfuz edib onu pis işlərə vadar edər. Beləliklə də bu cür
hallarda şeytan onu günah işlərə sövq edər və gəzib-dolanmağa, özünü bəzəyib
başqalarına göstərməyə meylli edər. Onu pambıq əyirmək kimi işlərə məşğul et və
özünü də onun gözündə zəhmli göstər.
(Şeyx Abbas Qummi)
Thursday, January 1, 2015
İslamda Ər ilə Arvadın bir-birinə qarşı olan haqqı (Dördüncü fəsil)
Qadın gərək öz ərinə itaət etsin və onun sözündən
çıxmasın. Ərdən icazəsiz onun evindən heç bir şeyi sədəqə verməsin. Əgər ondan
icazəsiz evdən bir şey verərsə onun savabı ərinə yetişər. Özünə isə günah
yazılar. hətta qadın gərək öz ixtiyarında olan maldan da ərindən icazəsiz bir kəsə
verməsin. Qadın yalnız öz malından həcc ziyarəti üçün, ya zəkat verməklə, yaxud
da ata-anasına və qohumlarına yaxşılıq etməkdə ixtiyar sahibidir. Qadın ərindən
icazəsiz müstəhəb oruc tuta bilməz. hər vaxt əri onunla cinsi əlaqədə olmaq istəyərsə
hazırlığını bildirməlidir və əgər qadın bunu gecikdirərsə, beləliklə əri yuxuya
getmiş olsa mələklər onu əri yuxudan oyanana qədər lə`nətləyər.
Qadın ərindən
icazəsiz çölə gedə bilməz. Əgər icazəsiz bir yerə gedərsə yerin və göyün qəzəb
və rəhmət mələklərinin hamısı o, evə qayıdana qədər onu lə`nətləyərlər. Ərini qəzəbləndirərsə
gərək heç bir gecə gözünə yuxu getməsin, hətta əri ona əziyyət etmiş olsa da.
Bir sözlə qadın ərini narahat edərsə namazları qəbul deyil, o vaxta qədər ki, əri
ondan razı qalsın. Qadın özünü əri üçün bəzəyib xoş ətirli etməli və həmçinin səhər-axşam
özünü onun ixtiyarında qoymalıdır.
İmam Cəfər
Sadiq əleyhissalam buyurur ki, hər hansı bir qadın öz ərinə: “Mən heç vaxt səndən
yaxşılıq görməmişəm.”-deyərsə bütün əməllərinin savabları məhv olar.
Subscribe to:
Posts (Atom)