Bismillahir-rahmanir-rahim

Sunday, December 25, 2016

İslamda oyaq qalmaq qaydaları və çox yatmağın məzəmmət olunması barədə (Səkkizinci fəsil)

     Həzrət Muhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunmuşdur ki, üç sıra hallardan başqa oyaq qalmaq yaxşı deyil.
 1-Gecə namazı qılmaq və Qur`an oxumaq üçün.
 2-Elm əldə etmək üçün.
 3-Gəlini ər evinə aparmaq üçün olarsa. həmçinin

Friday, December 9, 2016

İslamda düz və yalan yuxuların səbəbləri (Yeddinci fəsil)

     həzrət Əmirəlmö`minin əleyhissalam buyurur ki, hər bir mö`min yuxuya gedərkən onun ruhunu öz Pərvərdigarının ərşinə aparırlar. Orada gördüyü yuxuların hamısı haqqdır. Lakin qaytarılan zaman havada gördükləri isə pərişan yuxulardır. Və iki xristianın o həzrətdən etdikləri bir neçə sual arasında doğru və yalan yuxu haqqında da soruşduqları nəql olunur ki, həzrət onların cavabında belə buyurdu:-Allah-taala ruhu xəlq etmiş və onun üçün bir sultan qərar vermişdir ki, həmin sultan nəfsdir. Elə ki, insan yuxuya gedi, ruh bədəndən ayrılaraq kənara çıxır. Sultanı isə bədəndə qalır. Beləliklə bu zaman ruh bir dəstə mələk və bir dəstə də cinin yanından keçir. Ona görə də gördüyünüz düz yuxu mələklər, yalan yuxu isə cinlər tərəfindəndir. Rəvayət edilmişdir ki, düzgün yuxular peyğəmbərliyin yetmiş hissəsindən biridir. İmam Rza əleyhissalamdan nəql edirlər ki,

Friday, September 30, 2016

İslamda yuxuda qorxmaq, pərişan (qarışıq) yuxu görmək və ya yuxuda möhtəlim (cunub) olmağın qarşısını almaq yolları (Beşinci fəsil)

     Əgər yuxuda qorxsanız yatmazdan öncə 10 dəfə bu kəlmələri oxuyun: "La ilahə iləllahu vəhdəhu la şərikə ləhu yuhyi və yumitu və yumitu və yuhyi və huvə həyun la yəmut."
     Sonra Fatimeyi Zəhra əleyhissalamın təsbihini deyin və ya

Friday, September 16, 2016

İslamda yatmazdan əvvəl oxunması lazım olan dualar və riayət olunan qayda-qanunlar (Dördüncü fəsil)

     hər zaman yatmaq istəsəniz bu duanı oxuyun: "Uizu nəfsi və zurriyyəti və əhlə-bəyti və mali bikəlimatillahit-tammati min kulli şəytanin və hammətin və min kulli əynin lammətin."
     Rəvayətdə var ki, həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) İmam Həsən və İmam Hüseyn əleyhiməssalamı bu dua vasitəsi ilə qoruyurdu. həmçinin

Sunday, July 10, 2016

İslamda yatmaq məkanları və yatmazdan əvvəl riayət olunan qaydalar (Üçüncü fəsil)

     Əllamə Məclisi (Allah ona rəhmət eləsin) buyurmuşdur: Din alimləri arasında məşhur olan nəzərə əsasən məsciddə yatmaq məkruhdur. Lakin hədislərdən belə mə`lum olur ki, Məscidül-həram və Məscidün-Nəbidən başqa məscidlərdə yatmaq məkruh deyil. Lakin bunlarda da yatmağa icazə verilmişdir. O mərhumun sözü burada bitdi. Əgər yatmaq istəsən yaxşı olar ki,

Wednesday, July 6, 2016

Əziz insanlar Ramazan bayramınız mübarək!



Allah-taala tutduğunuz orucları və qıldığınız namazları qəbul etsin və hərbirimizi şeytanın şərrindən qorusun ilahi AMİN!

Thursday, June 30, 2016

İslamda yatmazdan əvvəl dəstəmaz almaq və yatmağın bə`zi qaydaları (İkinci fəsil)


   hər zaman yatmaq istəsəniz dəstəmaz alın. Çünki bu Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sünnətidir. hər kəs dəstəmazlı halda yatarsa elə bil bütün gecəni oyaq qalıb ibadət etmişdir.
     İmam Cəfər Sadiq əleyhissalam buyurmuşdur ki,

Sunday, June 19, 2016

İslamda yatmaq vaxtları (Birinci fəsil)


   Sübh namazından günəş çıxana qədər, şam və işa namazları arasında və əsr namazından sonra yatmaq məkruhdur. Gün doğan zamanla günorta arasında yatmaq çox pisdir, ruzinin azalmasına səbəb olur. Çünki haqq taala bu vaxtlar

Saturday, June 11, 2016

İslamda cümə və başqa günlərin qüsllərinin verilmə tərzi (Yeddinci fəsil)

     Bütün alimlər arasında məşhur olan nəzərə əsasən vacib qüsllər 6 dənədir. Cənabət, heyz, istihazə, nifas, məssi-meyyit və meyyit qüslləri.
     Cənabət qüslünü verəndə bu duanı oxumağın çox savabı vardır:

Friday, May 27, 2016

Bədənə nurə qoymağın vaxtları və nurə qoyarkən oxunan bə`zi zikrlər və nurədən sonra həna qoymağın fəziləti (Altıncı fəsil)

     Bilməlisiniz ki, yay fəslində bir dəfə nurə qoymağın fəziləti qış fəslində on dəfə qoymaqdan üstündür. Çərşənbə günü bədənə nurə qoymaqdan çəkin, çünki bu nəhs gündür. Amma nəql olunan hədislərə görə cümə günü nurə qoymağın kərahəti yoxdur. Ola bilər ki, onun kərahətli olmasına dəlalət edən hədis təqiyyə üçün olmuşdur. İmam Sadiq əleyhissalamdan nəql olunub:

Saturday, May 7, 2016

İslamda nurənin bədənə qoyulmasının tə`xirə salınma vaxtının miqdarı (Beşinci fəsil)

     həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunub ki, Allaha və qiyamət gününə imanı olan kişi gərək qarnının alt hissəsinin tükünü qırx gündən çox saxlamasın. Bu qanun qadınlar üçün də o cürdür, lakin onlar iyirmi gündən çox saxlamamalıdırlar. Nəql olunub ki, 

Wednesday, April 27, 2016

İslamda bədənə nurə qoymaq və qol altından tükləri təmizləməyin fəziləti (Dördüncü fəsil)

     Bədənə nurə (tük tökən maddə) qoyulması peyğəmbərlərdən qalmışdır.
Bu iş bədəni təmiz saxlayar. Nurə qoymaq insanı ürək sıxıntısından və həyacanlı hallardan qoruyar.
İmam Museyi Kazim əleyhissalam buyurur ki,

Monday, April 18, 2016

İslamda baş və bədənin sidr və xətmi bitkiləri ilə yumağın fəziləti (Üçüncü fəsil)


   həzrət Əmirəlmö`minin əleyhissalam buyurmuşdur ki, başı yumaq çirkləri təmizləyib göz ağrılarını aradan aparar. Paltarı yumaq isə insandan qəm-qüssəni uzaqlaşdırar və bu iş namaz üçün təmizlikdir. O həzrət yenə buyurub: Özünüzü həmişə su ilə yuyub pak edin ki, başqaları sizin bədəninizin pis iyindən əziyyət çəkməsinlər. Daim öz bədəninizin təmiz olmasına çalışın. həqiqətən Allah taala bədəni kəsafətli və iyli olan və başqaları onun yanında oturmaqdan əziyyətə düşən şəxsləri düşmən tutar.
     Başı sidr və xətmi ilə yumağın çox böyük fəziləti vardır. həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz başını həmişə sidr yarpağı ilə yuyar və buyurardı:

Saturday, April 2, 2016

İslamda hamamda qadağan edilmiş və icazə verilmiş işlər haqqında (İkinci fəsil)


   hamamda arxası üstü və böyrü üstə uzanmaq böyrək piyini əridər. Bişmiş kərpic ilə və saxsı ilə dabanını təmizləmə, çünki bu iş xora xəstəliyinə səbəb olar. Özünü başqalarının ayıb yerlərinə baxmaqdan qoru, hətta öz övladının da. Belə et ki, Allah taala səni cəhənnəmin qaynar suyundan qorusun. Rəvayətdə var ki, hamamda başqasının ayıb yerinə baxan və ya qətifəsiz hamama gedib və başqaları onun ayıb yerinə baxanlara Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) lə`nət göndərmişdir. hamamda baş daramaq həm saçı seyrək edər, həm də onun tökülməsinə səbəb olar. həmçinin hamamda diş fırçalama, çünki dişlərin tez tökülər. Qətifə ilə baş və üzünü silmə. Bu, sənin abır-həyanın getməsinə səbəb olar. heç vaxt başını gil ilə yuma, çünki rəvayət olunub ki, bu iş insanı qeyrətsiz edər.
     Gil haqda olan bu rəvayət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edilmişdir. Ola bilər həzrətin məqsədi Misir gili olub və buyurub ki, Misir gili ilə başınızı yumayın. həmçinin buyurub:

Friday, March 25, 2016

İslamda hamama daxil və xaric olmaq qaydaları, həmçinin orada oxunan duaların fəzilətləri (Birinci fəsil)

     hamam insanın bəlğəminə dərmandır. Rəvayətdə buyurulur: hamam elə bir gözəl evdir ki, cəhənnəmi insanın yadına salır və bütün çirkləri bədəndən təmizləyir.
     hər gün hamama getmək yaxşı deyil. Çünki hamama hər gün getmək insanın böyrəyində olan piy qatlarını əridib su halına salır. Bu isə bədəni zəiflədib onu sell xəstəliyinə düçar edər. Lakin iki gündən bir hamama getmək yaxşıdır. Bu cür etdikdə bədənin fəaliyyəti yaxşılaşır, əti isə çoxalır. Qadınların isti havada ki, hamama ehtiyacları yoxdur və həmçinin gəzib-dolanmaq üçün hamama getmələri pislənilibdir.
     hər vaxt hamama getmək istəsən çərşənbə günü get. hamama qətifəsiz daxil olma. Nəql olunub ki,

Saturday, March 12, 2016

İslamda gülab, qızıl gül və güllərin bə`zi növləri haqqında və gül iyləmək ədəbləri (Beşinci fəsil)

     Bil ki: hədisdə buyurulana əsasən üzə gülab vurmaq insanın həyasını çoxaldır, pərişanlığı da ondan uzaqlaşdırır. hər kəs üzünə gülab vursa o gündə ona qəmginlik üz verməz. Gülabı əlinə və üzünə çəkib Allaha həmd, Peyğəmbər və onun Əhli-beytinə isə salavat göndər. hər kəs ramazan ayının birinci günü bir ovuc gülab götürüb başına tökərsə bütün il ərzində baş və bədən ağrılarından amanda olar.
     hədisdə gəlib ki, qızıl gül  ən üstün cənnət güllərindəndir. hədisdə buyurulur:

Sunday, February 28, 2016

İslamda bitki növlərindən bə`zilərini yandırıb tüstüsünü ağız və buruna çəkmək haqqında (Dördüncü fəsil)

     Yaxşı olar ki, kişilər imkan dairəsində öz paltarlarını bə`zi xoş ətirli tüstülərə versinlər. həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) hindistanda olan ud adlı bitkinin tüstüsünü qəbul edər və buyurardı: Sizə bu uddan istifadə etməyi tövsiyə edirəm. Çünki onun yeddi dərdə şəfası vardır. Rəvayətdə var ki, oruc tutan kişi üçün ən böyük və üstün hədiyyə odur ki, onun saqqalına yağ çəkib paltarına isə ud tüstüsü hopdurasan. həmçinin oruc tutmuş qadının da ən gözəl töhfəsi odur ki,

Monday, February 15, 2016

İslamda yağların bədənə çəkilməsi və xüsusən bənövşə, ban və zanbaq yağını bədənə çəkmək qaydaları (Üçüncü fəsil)

     Bədənə yağın çəkilməsi dərini yumşaq edir, zehni isə qüvvətləndirir. Bədəndə olan suların axınını asanlaşdırır, dərini codlaşmaqdan, insanı ürək sıxıntılarından qoruyur. həmçinin üzü nurlu edir, yoxsulluğu aradan aparır və varlılığı büruzə verir. Rəvayət olunur ki, hər kəs bir mö`minin bədəninə yağ çəkərsə Allah taala qiyamət günü onun bədəninin tükü sayında ona nur əta edər.
     İmam Sadiq əleyhissalam buyurur:-Bədəninizə yağ çəkən zaman yağı əlin içinə töküb bu duanı oxuyun:

Sunday, February 7, 2016

İslamda Müşk deyilən ətrin fəziləti (İkinci fəsil)

     Rəvayətdə vardır ki, İmam Zeynəlabidin əleyhissalamın bir şüşə qabda müşkü var idi. O həzrət onu canamazına qoyar və hər namaz vaxtı onu özünə vurardı. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) özünə o qədər müşk vurardı ki, müşkün rəngi onun mübarək alnının ortasından zahir olardı. Nəql edirlər ki, İmam Rza əleyhissalamın evindən bir kiçik qabı çölə çıxartdılar. Onun içində xanalar var idi ki, hər xanada bir ətir qoyulmuşdu. Bir xanada isə müşk qoyulmuşdu.
     həmçinin buyurublar ki, müşkü yeməyin içinə də tökmək olar.
     hədislərdə...

Thursday, January 28, 2016

Friday, January 22, 2016

İslamda baş və saqqalı daramağın fəziləti və müəyyən vaxtları və daraqların növləri (Yeddinci fəsil)

     Başa daraq çəkmək insandan yoxsulluğu və dərd-qəmi uzaq edər. həmçinin ruzini çoxaldar, saçı gözəlləşdirər. İnsanın mətləbi tez yerinə yetər, kürəyi qüvvəli edər, bəlğəmi aradan aparar və övladın çox olmasına səbəb olar. həmçinin daraq çəkmək qızdırmanı aradan aparar, cinsi qüvvəni gücləndirər, dişin dibini möhkəmləndirər. Saqqalın aşağısını darayan şəxsdən taun xəstəliyini uzaqlaşdırar. Üzü daramaq isə dişlərin arasını sıxlaşdırır.
     Rəvayətdə var ki,

Sunday, January 17, 2016

İslamda Tük, dırnaq və s. şeyləri torpaqda basdırmaq (Altıncı fəsil)

  həzrət Əmirəlmö`minin əleyhissalam həzrət Rəsul (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edərək buyururdu: Dörd şey torpaqda basdırılmalıdır:

Wednesday, January 6, 2016

İslamda Dırnaq tutmağın fəziləti və onun müəyyən vaxtları (Beşinci fəsil)

    Nəzərinizə çatdıraq ki, dırnaq uzandıqda şeytan orada özünə yer edir və insanın yaddaşının zəifləməsinə səbəb olur.
    Dırnaq tutmaq tə`kid olunmuş sünnətlərdəndir. Rəvayətdə var ki, dırnaq tutmaq insandan böyük dərdləri uzaqlaşdırar, ruzini də çoxaldar. Lakin qadınlar gözəllik üçün dırnaqlarını azacıq uzatsalar eybi yoxdur. Cümə günləri dırnaq tutmaq çox yaxşıdır və bu əməl insanı xora xəstəliyindən, korluqdan və dəri xəstəliyindən qoruyar. həmçinin dırnaq tutmaq və bığı azaltmaq başı isə xətmi bitkisi ilə hər cümə günü yumaq yoxsulluğu uzaqlaşdırar və ne`məti bol edər. Əgər dırnaq o qədər uzanmayıb ki, tutmaq olsun, onu yegələmək kifayətdir. İmam Cəfər Sadiq əleyhissalamın hüzuruna gəlib ərz etdilər: