Bismillahir-rahmanir-rahim

Tuesday, December 30, 2014

İslamda Evlənmək və Qadınla cinsi əlaqədə olmaq ədəbləri (Üçüncü fəsil)

     Cinsi əlaqədə olmazdan qabaq qadınla bir qədər mazaqlaşmaq və onunla yaxşı rəftar etmək lazımdır, heyvan qaydaları ilə yox. Ayın (hicri-qəməri ayının) əvvəlində, ortasında və axırında cinsi əlaqədə olmağın məsləhət deyil, çünki bu uşağın yarımçıq düşməsinə və bir də onun dəli olmasına və ürək getməsinə səbəb olar. Lakin ramazan ayının birinci gecəsində cinsi əlaqədə olmaq sünnətdir. Cinsi əlaqədə olan zaman danışma ki, uşağın lal ola bilər. həmçinin bu müddətdə ayıb yerlərə baxmaq övladın kor olmasına səbəb ola bilər. İkiniz bir dəsmalla təmizlənməyin ki, bu sizin aranızda düşmənçilik yaradar. Çalışın tamam çılpaq halda olmayasınız, yoxsa mələklər sizdən uzaqlaşar. Arxası və üzü qibləyə olmayın. Ayaq üstə cinsi əlaqədə olmayın, çünki bu heyvan işidir. Buna görə də sizdən dünyaya gələn uşaq öz yatağını heyvan kimi nəcis edər. Fitr bayramının gecəsi cinsi əlaqədə olma, yoxsa uşağın şər adam olacaq. Qurban bayramında nüftəsi bağlanan uşaq altı və ya dörd barmaqlı olar. Meyvə ağacının altında nüftəsi bağlanan uşaq adam öldürən, cəllad və ya zülmkarların başçısı ola bilər.

      Günəşin şüası altında ana bətninə düşən uşağın halı həmişə pis və pərişan olar. Bir də azan və iqamə arasında cinsi əlaqəyə girməyin ki, bu zamanda əmələ gələn uşaq qan tökməyə meyilli olar. Qadınla cinsi əlaqədə olmazdan qabaq dəstəmaz almağı unutma, əgər dəstəmazsız olsan səndən olan övlad qəlbi qara və xəsis olar. Şə`ban ayının ortasında yaxınlıq etmə ki, övladın nəhs və üzü qara olar. Şə`banın axırında nüftəsi bağlanan uşaq zalım insanlara köməkçi olar. həmçinin ev üstündə cinsi əlaqədən yaranan uşaq ikiüzlü və bid`ətçilərdən olar. Üstüaçıq yerdə və camaatın keçdiyi yolların yaxınlığında yaxınlıq etmə ki, Allah mələklər və insanlar sizi lə`nətləyərlər. Dan yeri söküləndən gün çıxana qədər və gün çıxan vaxtdan günəşin qızartısı itənə qədər, ay tutulan gecə və gün tutulan gündüz və həmçinin şiddətli külək əsən və zəlzələ baş verən gecə və gündüz cinsi əlaqədə olmaq düzgün deyil. Əgər bu cür hallarda səndən uşaq dünyaya gələrsə ondan bəyəndiyin işləri görə bilməzsən. Öz qadınınla cinsi əlaqədə olmaq istəsən diqqət etməlisən ki, evdə olanlar oyaq olmasınlar, əgər oyaq olub sizi görsələr və cinsi əlaqədə olan vaxt sizin danışıqlarınızı və ya nəfəsinizi duysalar övladınız pis əməlli və zinakar olar.


      Qadın heyz olan halda onunla cinsi əlaqədə olmaq haramdır. Rəvayətdə nəql olunmuşdur ki, hər kəs heyzli halda qadınla cinsi əlaqədə olarsa ondan dünyaya gələn uşaq Əhli-beytə düşmən olacaqdır. Gəmidə və o səfərdə ki, qüsl vermək üçün su tapılmır, orada cinsi əlaqədə olmaq düzgün deyil. Yalnız əlacsız olsan bu işin eybi yoxdur. Yuxuda cünub olduqdan sonra qüsl verməsən cinsi əlaqəyə girmək məsləhət deyil, əgər qüsl etməzdən qabaq əlaqədə olmaq istəsən sidiyi xaric etmək üçün tualetə get, qoy sidik kanalları təmizlənsin, sonra cinsi əlaqədə ola bilərsən. Əgər bir-birinin ardınca da yaxınlıq etmək istəsən sidiyə get. Axşamın əvvəlinci saatlarında qadınla cinsi əlaqədə olma. Lakin bazar ertəsi gününün axşamı çərşənbə axşamının gecəsi, cümə axşamının gecəsi cümə axşamının gündüz çağı günəş göyün ortasına çatanda və bir də xüsusilə cümə gününün axşamı xiftən namazından sonra cinsi əlaqədə olmaq bəyənilmişdir və bunların hər biri üçün ayrı-ayrılıqda tə`sirlər nəql olunmuşdur. Vəllahu alim (həqiqətən, Allah hər bir şeydən xəbərdardır). (Şeyx Abbas Qummi)

Monday, December 29, 2014

İslamda Evlənmək və Toy gecəsinin qaydaları (Üçüncü fəsil)

   hər vaxt elçiliyə getmək istəsən iki rükət namaz qılıb Allaha həmd et və bu duanı oxu:

  “Əllahummə inni uridu ən ətəzəvvəcə fəqəddir li minən-nisai ə`əffəhunnə fərcən və əhfəzəhunnə  li fi nəfsiha və mali və əvsəyəhunnə rizqən və ə`zəməhunnə bərəkətən və qəddir li vələdən təyibbən təc`əluhu xələfən salihən fi həyati və bə`də məvti.”

  İsti vaxtlarda elçilik etmək ayrılığa səbəb olar.həmçinin ay əqrəb bürcündə olarkən kəbin kəsmək və gəlin aparmaq yaxşı deyil. Rəvayət olunub ki, hər kəs bu zaman kəbin kəsdirsə və gəlin aparsa aqibəti xeyirli olmaz. Yaxınlıq (cinsi əlaqə) şüa altında olarsa uşağın yarımçıq düşməsinə səbəb olar. İnsanın  cümə günü elçilik etməsi və evlənməsi çox yaxşıdır. Evlənmək zamanı qonaqlıq vermək və kəbindən qabaq xütbə oxumaq sünnətdir.

       Nəql olunmuşdur: Xəlifə Mə`munun qızını İmam Məhəmməd Təqi əleyhissalam üçün kəbin kəsərkən bu xütbəni oxudular:

  “Əlhəmdu lillahi iqrarən bini`mətihi və la ilahə illəllahu ixlasən livəhdaniyyətihi və səlləllahu əla səyyidi bəriyyətihi vəl-əsfiyai min itrətihi əmma bə`du fəqəd kanə min fəzlillahi ələl-ənami ən əğnahum bil-həlahi ənil-hərami fəqalə subhanəhu: Və ənkihul-əyama minkum vəs-salihinə min ibadikum və imaikum in yəkunu fuqəraə yuğnihumullahu min fəzlihi vəllahu vasiun əlim.”

                                                Toy gecəsinin qaydaları

    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in sünnət və qanunlarına əsasən gəlini gecə gətirərələr. Gəlini sənin yanına gətirən zaman hər ikiniz dəstəmaz alın və iki rükət namaz qılın, şükr edib Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə və onun Əhli-beytinə salavat göndərin. Dua edib yanınızda olan qadınlara da deyin amin desinlər. Axırda isə bu duanı oxuyun:

         “Əllahummmərzuqni ilfəha və vuddəha və rizaha vərzini biha vəcmə bəynəna biəhsəni ictimain və anəsi i`tilafin fəinnəkə tuhibbul-həlalə və təkrəhul-həram.”

Onun yanına getdiyin zaman əlini onun alnına qoy və de:

    Əllahummə əla kitabikə təzəvvəctuha və fi əmanətikə əxəztuha və bikəlimatikə istəhləltu fərcəha fəin qəzəytə li fi rəhimiha şəy`ən fəc`əlhu muslimən səviyyən və la təc`əlhu şirkə şəytan.”

        Onun ayaqqabılarını çıxart və ayaqlarını yu, o suyu evin qapısından evin axırına qədər səp ki, bununla Allah taala yoxsulluğu evinizdən uzaqlaşdırsın, bərəkət və rəhmət evinizə daxil olsun və gəlin ruhi xəstəliklərindən və xora və dəri xəstəlikdən amanda olsun. Öz xanımını yeddi gün müddətində süd, sirkə, kişmiş və turş alma yeməkdən çəkindir. Elə ki, ona yaxınlaşmaq istədin, niyyətin bu olsun ki, nəfsini şeytandan qoruyasan və qəlbin aramlıq tapsın. Yanınızda olan adamları uzaqlaşdırıb qapıları bağla və pərdələri aşağı sal. Əvvəldə Bismillah de və haqq taaladan əməlisaleh, pak, təqvalı və sağlam övlad istə və beləliklə şeytanın şərindən Allaha pənah apar. (Şeyx Abbas Qummi)

Saturday, December 27, 2014

İslam əxlaq cəhətindən qadınların qisimləri (İkinci fəsil)

     Bilmək lazımdır ki, qadın boyundan asılan boyunbağıya bənzədilmişdir. Buna görə də bilməlisən ki, boynuna necə boyunbağı asırsan. Yə`ni elə bir qadın tapmalısan ki, sənə tay olsun. həmçinin övlad dünyaya gətirən olsun. heç vaxt qadınla onun malına və gözəlliyinə görə evlənmə, yoxsa hər ikisindən məhrum olarsan. Onu dindarlğına və öz səlahiyyətinə görə istə ki, onların hər ikisi sənə nəsib olsun. Mümkün qədər çalış bakirə qızla evlənəsən, dul qadınla yox və onun mehriyyəsi az olsun. həmçinin o qızın rəngi qarabuğdayı, xoş ətirli, orta boylu, gözləri qara və iri, boynu xoş ətirli, topuqları isə ətli olsun. Qadınların ən üstünü o qadındır ki, çox uşaq dünyaya gətirən, iffətli və öz ərini sevən olsun. Öz qohumlarının yanında əziz, ərinin müqabilində isə təvazökar olsun. Öz əri üçün həmişə bəzənsin, başqalarından həya saxlasın. Ərinə tabe olsun və ona üstünlük etməsin. Pis işlərdən çəkinsin, hər vaxt əri onunla yaxınlıq etmək istəsə bu işə hazırlığını bildirsin. (Şeyx Abbas Qummi)

Friday, December 26, 2014

İslamda evlənməyin fəzilətləri (Birinci fəsil)

     Evlənmək haqqında bir çox hədislər nəql olunmuşdur. Onun dəyəri və kişinin öz zövcəsi ilə mehriban olması haqqında və evlənmədən imtina etməyin qadağan edilməsi haqqında çox rəvayətlər söylənib.

  İmam Baqir əleyhissalam bu haqda buyurur:-Bu dünyada hər bir ne`mətin olsa belə, bir gecə qadınsız yatmaqdan xoşum gəlməz.
  həzrət bir yerdə də buyurur ki, bir evli şəxsin qıldığı iki rükət namaz subay insanın bir gecəni sübhə kimi namaz qılıb gündüzü oruc olmasından üstündür.

  İmam Sadiq əleyhissalam buyurur ki, evli şəxsin iki rükət namazı subayın yetmiş rükətindən əfzəldir.

      Qadını sevmək, onu əzizləmək Peyğəmbər sünnətidir. Evlənmək elə bir işdir ki, Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) dünyadan onu seçmişdir.

     hədislərin birində Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurur: “həqiqətən, mən sizin dünyanızdan üç şeyi özüm üçün ixtiyar etmişəm: Xoş ətir, qadınlarla evlənmək və namaz. Namaz gözümün nurudur.”


    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bu haqda buyurur ki, hər kəs vaxtında evlənərsə dininin yarısını qorumuş olar. Beləliklə də insan Allahın xoşu gəlməyən bir şeyi (subaylığı) özündən uzaqlaşdırır. İbadətə davam verməkdə yaranan yorğunluğu həyat yoldaşının olması aradan aparar və bu iş cənnətin ləzzətlərinə rəğbətli olmağa səbəb olar. Ona görə ki, qadın o nümunələrdən biridir. İnsan bu qanuna riayət etməklə nəslini artırmış olar, övlada malik olar, nəfsinə qalib gəlməyə səbəb olar və həmçinin özündən sonra yerində varisi qalar ki, onun əməlləri, həyatda etdiyi fəaliyyət kəsilməz. Daha doğrusu onun davamçısı olar. Əgər övladı əməlisaleh olarsa onun bağışlanması üçün dua və şəfaət edər. Ümmətin çoxalmasına səbəb olar, Peyğəmbərimiz qiyamətdə bununla iftixar edər. 
(Şeyx Abbas Qummi)

Wednesday, December 24, 2014

İslamda su içmək qaydaları və ədəbləri (Altıncı fəsil)

     Suyu içərkən qabı sağ əldə tutmaq lazımdır. Gecələr suyu oturan vəziyyətdə, gündüzlər isə ayaq üstə içmək məsləhətdir. İçdiyin zaman “Bismillah”, qurtaranda “Əlhəmdulillah” de və heç vaxr su qabının qulpu olan hissəsindən və ya sınmış yerindən və bir də deşilmiş tərəfindən içmə, çünki o yerlər şeytanın yeridir. Su qabını sol əlində tutma. Əgər su qabı ilə başqa bir kəs də su içmək istəyərsə suyu üfürmə və onu soraraq və qurtum-qurtum iç. heç vaxt ağzını doldurma, çünki bu cür su içmək ciyərlərin ağrısına səbəb olar. Əgər suyu içmək üçün qab tapmasan ağzını suya yaxınlaşdırma.Suyu əllərinlə iç. Rəvayətdə buyurulub: Su içmək üçün ən yaxşı qab əllərinizdir. Əgər suyu üç dəfəyə içsən, bu minvalla ki, hələ sudan doymamış ondan ayrılıb Allaha həmd və şükr edib yenidən su içməyə başlamalısan. Bu iş üç dəfə təkrar olmalıdır. Nəql ediblər ki, hər kəs suyu bu cür içərsə Allah taala cənnəti ona vacib edər. Əgər bu üç dəfəsinin əvvəlində Bismillah və axırında Əlhəmdulillah desən o su ki, artıq sənin qarnına çatmışdır, Allaha təsbih deyər və onun bütün savabı sənə yazılar.

    Çox su içmə ki, bu, bir çox xəstəliklərin sənə tərəf yönəlməsinə səbəb olar.

  Lakin rəvayətdə var ki, qarın tox olan zaman çoxlu su içilməsinin zərəri yoxdur. Amma başqa vaxtlarda suyun çox içilməsi düzgün deyil.
Əgər gecə su içərsənsə üç dəfə bu duanı oxu:

      “Ələykəs-səlamu min maiz-zəmzəmi və mail-furat.”

  Beləliklə sənə suyun heç bir zərəri yetişməz. həmçinin ən yaxşı işlərdən biri də budur ki, su içəndən sonra İmam Hüseyn əleyhissalamı və onun Əhli-beytini yada salıb onlara salam və o həzrəti şəhid edənlərə lə`nət göndərəsən. hər kəs bu işə əməl edərsə haqq taala onun əməl dəftərinə yüz min savab yazar və onun yüz min günahından keçər və onun rütbəsini yüz min dərəcə yüksəldər və o, yüz min qul azad etmiş kimi olar. Allah taala onu qiyamət günü şad edər və o şəxs məhşərə arxayınlıqla gələr.
   Bu duanı da oxumaq yaxşıdır:

   “Sələvətullahi ələl-husəyni və Əhli-bəytihi və əshabihi və lə`nətullahi əla qətələtil-husəyni və ə`daihi.


  Yə`ni: Allahın salavat və salamı İmam Hüseyn əleyhissalama və onun ailəsinə və dostlarına olsun. Allahın lə`nəti İmam Hüseyn əleyhissalamı qətlə yetirənlərə və onun düşmənlərinə olsun. (Şeyx Abbas Qummi)

Tuesday, December 23, 2014

İslamda suyun növləri (Altıncı fəsil)

     Rəvayətlərdə buyurulub ki, dünyada olan içməli şeylərin ən üstünü sudur. Necə ki, Qur`an ayəsində belə təfsir olunmuşdur ki, “Nəim” kəlməsinin mə`nası xurma və sərin su deməkdir. Yer üzündə ən gözəl və xeyirli su zəm-zəm suyudur və o bütün dərdlərə dərmandır. hər kəs zəm-zəm suyunu müəyyən bir məqsəd üçün içərsə məqsədinə nail olar.

    Yağış suyu bədəndən bütün xəstəlikləri götürər. həmçinin rəvayətlərdə Fərat çayının suyu haqqında bir çox fəzilət nəql olunubdur.

  İmam Sadiq əleyhissalam buyurur:-hər bir uşağın ağzını Fəratın suyu ilə açsalar o, biz Əhli-beytin dostu olar.

  İmam Sadiq əleyhissalam başqa bir yerdə belə buyurur:-Fərat çayının içinə həmişə cənnətdən iki navdan su tökülür.
  
həzrət Zeynəlabidin əleyhissalam buyurur:-hər gecə bir mələk cənnətdən bir misqal müşk gətirib Fərat çayının suyuna əlavə edir.

   Dünyanın qərbində və ya şərqində Fərat çayının suyundan bərəkətli bir su yoxdur.

Sərin su hərarəti azaldıb öd kisəsini tənzimləyir, qızdırmanı aradan aparır. Qaynamış su ağrılar üçün faydalıdır və onun heç bir zərəri yoxdur. (Şeyx Abbas Qummi)

Monday, December 22, 2014

İslamda mö`minlər üçün ziyafət verməyin savabı və qaydaları (Beşinci fəsil)

     Bil ki, mö`minlərə ziyafət etməyin və yemək verməyin savabı çoxdur. Rəvayətdə var ki, bir mö`min kəslə Allaha xatir qardaşlıq edib onu doyurmaq, ona çörək vermək və yardım etmək on yoxsula yardım etməkdən üstündür. həmçinin buyurulur ki, üç mö`minə çörək vermək yeddi qulu azad etməkdən üstündür. İmam Sadiq əleyhissalam buyurur:-Mö`min qardaşımın mənim yanımda bir tikə yemək yeməsi bir qul azad etməkdən daha çox sevirəm. həzrət Əmirəlmö`minin əleyhissalam buyurur:-hər bir mö`min bir qonaq səsi eşitdikdə buna şad olarsa günahları bağışlanar. Yenə hədisdə gəlib ki, əgər bir evə qonaq gələrsə qonaq ruzisini özü ilə gətirər. Qonaq yeməyə başladıqda Allah taala ev sahibinin günahlarını bağışlayar və onu hidayət edər. Başqa bir rəvayətdə buyurulur: Əgər bir şəxs min dirhəm təam məsrəf etmiş olarsa və o süfrədən bir mö`min yemək yeyərsə süfrənin sahibi israf etməmişdir.   Qiyamət gününə və Allaha imanı olan şəxs gərək öz qonağını əziz tutsun. Buna görə də əgər qonağın gəlmiş olsa hər nəyin varsa süfrəyə gətir və hətta o az da olsa sən onu az hesab etmə. Evə qonaq gəldikdə evdə olan ne`mətlə kifayətlən və özünü çətinliyə salma, amma qonaq də`vət etdiyin təqdirdə bacardığın qədər tədarük gör. Mö`minin öz mö`min qardaşına olan məhəbbətinin miqdarı onun təamından yediyi qədərdir. Yə`ni qonağın yeməsi onun ev sahibinə olan məhəbbəti qədərdir. himmətli və səxavətli adam odur ki, həmişə camaatın çörəyindən yeyər, təki onun da çörəyini yesinlər. Lakin xəsis insan heç kəsin çörəyini yeməz ki, onun da çörəyini yeməsinlər.

     Beş münasibətlə ziyafət vermək sünnətdir (müstəhəbdir).
   
     1-Toy məclislərində
     2-Əqiqə edərkən
     3-Oğlan uşaqlarının sünnət məclisində
     4-Təzə ev almaq və ya tikmək münasibəti ilə
     5-Bir səfərdən evinə qayıtmaq münasibəti ilə verilən qonaqlıq.

  Təkcə varlıları süfrə başına yığmaq qadağan olunub.
Ziyafət həddi üç gündür. Əgər üç günü keçərsə qonaqlıq sədəqə hesab olunar.
Qonağın gələrsə ona göstəriş vermə və sənə xidmət etməyə qoyma. hətta bir çırağı təmizləməklə olsa belə. Onun üçün diş çöpü hazırla və onu yola salarkən evin qapısına qədər get.


    Də`vət olunmadığın qonaqlığa getmə. heç vaxt ev sahibinə hökm etmə və o, harada sənə yer göstərsə orada əyləş. hər bir müsəlman səni ziyafətə də`vət edərsə onu qəbul etməlisən. Çünki mö`minlərin bir-biri üzərində olan vacib haqqlarından biri də budur.Əgər müsəlmanlar səni beş mil məsafəsi olan uzaq yola ziyafətə də`vət etsələr o ziyafəti qəbul et ki, dinin buyuruğuna əsasən ona riayət etmək lazımdır. (Şeyx Abbas Qummi)

Sunday, December 21, 2014

İslamda dişlərin təmizlənmə qaydaları (Dördüncü fəsil)

     İmam Sadiq əleyhissalam buyurur ki, Cəbrail həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) üçün misvak (fırça) xüsusi diş çöpü və həcamət (xüsusi tərzlə qanalma) gətirmişdir. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu:-Bu çöplər dişlərin diblərini təmizləyib və sağlam saxlar, həmçinin ruzini bol edər.

     həzrət yenə buyurur:-Qonağın haqqında biri də budur ki, onun üçün diş təmizləmək üçün çöp hazırlayasan.

     Rəvayətdə gəlib ki, dişlərinizi həmişə təmiz saxlayın (yə`ni çöplə təmizləyin), çünki mələklər insanın dişində yemək qalmasına nifrət etdikləri kimi heç nəyə nifrət etməzlər. hər vaxt dişini çöplə təmizləmək istəsən onu nar və gül çöpü ilə təmizləmə, çünki o çöplər xora xəstəliyinin iki damarını hərəkətə gətirər. Xurma və qamış çöpləri ilə də diş təmizləmək düzgün deyil.

İmam Sadiq əleyhissalam buyurur ki, hər kəs dişini qamışla təmizləsə altı gün hacəti yerinə yetməz.


     həzrət Sadiq əleyhissalam Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edir ki, o həzrət xurma və qamışdan başqa hər bir çöplə dişlərini təmizləyərdi. həmçinin buyurur ki, “gəz” ağacının çöpü ilə dişinizi təmizləməyin ki, bu insanı yoxsul edər. Ağzını çöplə təmizlədikdən sonra üç dəfə su ilə qar-qara etmədən su içmə. Əgər bir şey dişini dibindən çıxsa və ya dilin vasitəsilə dişlərin arasından çıxsa onu uda bilərsən. Lakin dişin içindən çöplə çıxan yeməyi ağzından çıxart. (Şeyx Abbas Qummi)

Saturday, December 20, 2014

İslamda yeməkdən sonra görülən işlər (Dördüncü fəsil)

      hər vaxt yemək yedin, arxası üstə uzanıb sağ ayağını sol ayağının üstünə qoy, barmaqlarını yala, çünki Allah taala belə edən şəxslərə buyurar: “Allah sənə bərəkət əta etsin.”

     həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) yeməkdən sonra əlin dəsmalla təmizlənməsini bəyənməzdi. Xüsusilə əgər orada yemək qalımş olarsa. həmçinin bu cür halda həzrət yeməyin hörməti üçün ya özü onu yeyər və yaxud yanındakı uşağa yedizdirərdi.

     Allahın ne`mətinə hörmət saxlamaq üçün hətta qabda da yemək qalmış olsa onu əvvəl əlinlə sivir. Məsləhətdir ki, süfrədə düşüb qalan bir tikəni yeyəsən, bu iş hurilərin kəbinidir və hər bir dərdin şəfasıdır, həm də övladın çoxluğuna səbəb olar və yoxsulluğu uzaq edər. Lakin əgər bir səhrada süfrə açmış olsan orada tökülən heç bir tikəni götürmə, qoy quşlar və başqa heyvanlar üçün qalsın, hətta əgər orada bir qoyun budu da qalmış olsa belə.


     Rəvayətlərdə nəql olunub ki, hər kəs yerə düşmüş xurma və ya çörək parçasını görsə, götürüb təmizləyərək yeyərsə o tikə onun qarnına çatmamış cənnət ona vacib olar. Mö`mindən qalmış bir tikəni yeməyi özünə təbərrük hesab et, çünki mö`minin artığı yetmiş dərdin şəfasıdır. (Şeyx Abbas Qummi)

Friday, December 19, 2014

İslamda çörəyi əziz tutmaq (Üçüncü fəsil)

    Rəvayətdə buyurulub: Çörəyi əziz tutun, ona görə ki, bu işdə ərşdən yerə qədər mələklər də çalışıblar. həmçinin ən çox yer əhli çörəyə görə zəhmət çəkiblər, bununla da çörək ələ gəlmişdir. Ona görə də hazır olan yeməyi yeyib şükr edin və başqa bir şeyin intizarında olmayın. Rəvayətdə deyilir ki, əgər çörək olmasa namaz qılıb oruc tuta bilmərik. Bir sözlə çörəksiz Allah taalanın heç bir vacibatlarına əməl edə bilmərik. Buyurmuşlar ki, çörəyin hər bir böyük tikəsini kiçik hissələrə bölün, çünki hər tikənin bərəkəti vardır. Çörəyi yırtıcı heyvanlar kimi iyləmək düzgün deyil. həmçinin əlini çörəyə sürtmə, onu bıçaqla yox, əlinlə kəsməyin məsləhətdir. Bə`zi hallarda arpa çörəyi yeməyi unutma, çünki bu, peyğəmbərlərin və yaxşı insanların azuqəsidir. Arpa çörəyinin buğda çörəyinə nisbət dəyəri eynilə biz Əhli-beytin başqalarından üstünlüyümüz kimidir.

    Sol əlinlə yeyib-içmə, yalnız üzrün olarsa eybi yoxdur. İki barmaqla yemək yemə ki, bu cür yemək təkəbbürlülərin və şeytanın yeməyidir. həmişə öz qarşında olan tərəfdən yeməlisən, başqasının qarşısından heç nə götürmə. həmçinin yeməyin qırağından yeməyə başla, yuxarısından yox, çünki bərəkət yuxarıda olur. Tikəni kiçik et və yaxşı çeynə, bir də yeyərkən başqalarının üzünə az baxmağın yaxşıdır. Ət yeyəndə sümüyü çox təmizləmə, çünki cinlərin də orada payı var, yoxsa evdən elə bir şey itirərsən ki, o sümükdən üstündür. Mö`min qardaşının yanında ədəblə yeməyin məsləhətdir və onun bəyənmədiyi şeydən uzqlaş.


    Məsələn: O, yeyərkən ona baxmaq, yeməyə üfürmək, ondan əvvəl süfrədən əl götürmək kimi. Süfrənin başında çox oturmaq yaxşıdır, çünki o anlar nə qədər uzun çəksə də ömründən hesab olunmaz. (Şeyx Abbas Qummi)

Thursday, December 18, 2014

İslamda yemək ədəbləri (Üçüncü fəsil)

     həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) həmişə süfrə başında ədəb-ərkanla oturar və öz qarşısından yemək yeyərdi. Onun süfrə başında oturması eynilə təşəhhüd halında oturuş şəklində idi. O həzrət sağ dizini sol dizinin üstünə və sağ ayağının üstünü sol ayağının altına qoyaraq buyurardı: “Mən bir bəndəyəm, qullar kimi yeyir və qullar kimi otururam.” Bəndənin söykənərək və ya yatan halda yemək yeməsi yaxşı deyil. Süfrə başında bardaş quran halda oturmaq məkruhdur və xüsusilə bir ayağın bud üzərinə qoyulmasının daha çox kərahəti var. Allah taala bu cür oturan insanları sevmir. Təklikdə yemək məkruhdur. İnsan öz xidmətçiləri və qulluqçuları ilə bir yerdə oturub yemək yeməsi müstəhəbdir. İmam Rza əleyhissalam süfrə başında oturan zaman istər böyük, istərsədə kiçik uşaqların hamısını süfrə başına yığardı, bu cür etmədən özü süfrədə oturmazdı, hətta İmam xidmətçilərinin hamısını öz süfrəsinə də`vət edərdi.

    Əgər sənin süfrənin başına bir dilənçi qonaq gələrsə onu qaytarma. Süfrədə hər nə ne`mət varsa ona qane ol. heç vaxt pis və fasiq insanlarla bir süfrədə oturma. həmişə çalış mə`rifət sahibləri olan, Allah tanıyan təqvalı insanlarla, alimlərlə süfrə yoldaşı olasan, çünki bu sənin hikmətli sözlər öyrənməyinə səbəb olar. Çox yeyib-içməyin hərisi olma, çünki qarın dolu olanda səni tüğyankarlığa və fəsad etməyə yönəldər.

    Yeməyin əvvəlində “Bismillah” de ki, yemək sənə əziyyət verməsin. Əgər yemək arasında söhbət etsən söhbətin sonunda ”Bismillahı” təkrar de. Süfrədə bir neçə cür yemək olsa onların hər biri üçün bir “Biosmillah” de. Ola bilər ki, bir vaxt bunu yaddan çıxardasan, o zaman bu cür söylə: “Bismillahi əla əvvəlihi və axirihi.”

    İmam Sadiq əleyhissalam buyurur:-hər bir müsəlman bir şey yemək istədikdə tikəsini qaldıranda desə: “Bismillahi vəl-həmdu lillahi rəbbil-aləmin.”

    Tikəsini ağzına çatmazdan öncə Allah onun günahlarını bağışlayar. həzrət İmam Sadiq əleyihssalam Sumaəyə buyurdu:-Ey Sumaə, yemək ye və Allaha həmd oxu və yeməyi sakit (Allaha həmd etməmiş) halda yemə.

     Rəvayət olunub ki, o həzrət yemək yeyəndə bu duanı çox oxuyardı: “Əlhəmdu lillahil-ləzi cə`ələni əştəhihi.”

      Yemək-içmək üçün qızıl və gümüş qablardan istifadə etmə. Onlardan istifadə etmək haramdır. Rəvayətdə var ki, qızıl və gümüş qablar axirətə heç yəqini olmayan insanların malıdır. Misirdə hazırlanmış saxsı qablarda bişirilmiş xörəkləri yemək kərahətlidir.

       Qızıl və gümüşlə naxış vurulmuş qablarda yeyib-içmək məkruhdur. Şərab olan süfrədə bir şey yemə. Müsəlmanın o cür süfrədə oturması haramdır. Şərab qoyulmuş süfrə başında oturmuş şəxs lə`nətlənmişdir. Bə`zi alimlərdən nəql olunub ki, habelə haram yeyilən və ya haram iş görülən məclislərdə bir şey yemək haramdır. Süfrəyə həmişə göy-göyərti qoy. hədislərdə var ki, həzrət Əmirəlmö`minin əleyhissalamın hüzuruna süfrə gətiriləndə həmişə onda göyərti olardı.

       Eləcə də çalış süfrəndə həmişə sirkə olsun, çünki sirkə yoxsulluğu azaldar, əqli isə möhkəmləndirər.  Nəql olunmuşdur ki, həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in nəzərində ən üstün yeməli şeylərdən biri sirkə olub. həzrət buyurub ki, hər kəsin evində sirkə olarsa çörəyi yavan sayılmaz.

      Yeməyi isti halda yemə, gözlə soyusun, çünki soyumuş yemək bərəkətli olar, lakin isti xörək bərəkətsiz olar və həm də şeytan ondan bəhrələnər. Yediyin və içdiyin şeyə üfürmə. (Şeyx Abbas Qummi)

Wednesday, December 17, 2014

İslamda yemək yeməzdən əvvəl əl yumaq qaydaları (Üçüncü fəsil)

             Bir çox mö`təbər hədislərdə mə`sumlardan nəql olunur ki, hər kəs evinin çörəyinin bol olmağını istəyirsə yemək yeməzdən əvvəl əllərini yusun. Nəql olunub ki, yeməkdən qabaq və sonra əlləri yumaq yoxsulluğu azaldar və ruzini çoxaldar. həmçinin bu əməl insanın paltarını çirkdən qoruyar, təmiz saxlayar, gözlərinə gözəllik verər və bədənini bütün dərdlərdən saxlayar. Əlləri yuyandan sonra yeməkdən qabaq onun dəsmalla qurulanması məsləhət deyil. Çünki nə qədər ki, əlin rütubətlidir, yeməyində bərəkət olar. Yeməkdən əvvəl əl yuyarkən ev sahibi hamıdan qabaq özü əlini yusun ki, başqalarına bu işi görmək çətin olmasın və ondan sonra onun sağ tərəfində olanlar əllərini yusunlar. Yeməkdən sonra isə əl yumağa ev sahibinin sol tərəfindəkilər başlasın və axırda ev sahibi əlini yusun. Ona görə ki, ev sahibinin əlinin bulaşıq qalmasına səbr etməsi daha layiqlidir.

                                                  Yemək qaydaları

       Deyildiyi kimi yeməyə başladığın zaman “Bismillah” de və ilk tikəni duzla başla. Rəvayətdə buyurulub ki, hər kəs yeməyini duzla başlayıb duzla qurtararsa Allah taala onu yetmiş növ bəladan qoruyar ki, o bəlaların ən asanı xora xəstəliyidir. 

       İmam Baqir əleyhissalam buyurur:-Duzda yetmiş cür xəstəliyin şəfası var. Əgər insanlar duzda nə qədər mənfəət olduğunu bilsələr duzdan başqa heç bir dərmandan istifadə etməzlər. hər kəs əvvəlinci tikəsinə duz səpib yesə mələklər onun həmişə varlı-dövlətli olması üçün dua edərlər.


       Süfrə başında çox ədəblə oturun və həmçinin o halda öz bəndəliyinizi Allah taalaya göstərin. (Şeyx Abbas Qummi)

Tuesday, December 16, 2014

İslamda yemək vaxtları (İkinci fəsil)

         Səhər yeməyini sübh tezdən yemək məsləhətdir, lakin günün yarısında bir şey yeməsi məsləhət deyil və xiftən namazından sonra bir dəfə də yemək yaxşıdır. Necə ki, haqq taala cənnət əhlinə buyurur:

     “Ləhum rizquhum fiha bukrətən və əşiyya”

    Xiftən namazından sonra yemək yemədən yatmaq bədənin xəstəliyinə və tez qocalmasına səbəb olar. Nəql olunub ki, o vaxtın yeməyini bir tikə quru çörək də qalmış olsa tərk etməyinə.
    Rəvayətlərin birində buyurulmuşdur: İnsan bədənində işa adlı bir damar var və hər kəs gecə vaxtı bir şey yeməsə həmin damar onu sübh vaxtına qədər lə`nətləyib deyər: Allah səni ac qoysun, necə ki, sən məni ac saxladın və Allah səni susuz etsin necə ki, məni susuz saxladın.
    Beləliklə də ey insan, hətta bir loğma çörəklə, ya bir içim su ilə olsa belə şam yeməyini tərk etmə. Gecə yeməyi gündüzünkündən üstündür. Buna görə də ona e`tinasızlıq etmək qüvvətsizliyə səbəb olar. həmçinin yaxşı olar ki, səhər yeməyini yemədən evdən çölə getməyəsən, çünki o sənin izzətinə səbəb olar.
    Əgər bir iş dalınca getsən bir parça çörəyi duzla ye ki, bu sənə daha çox izzət bəxş edər və hacətin tez hasil olar. (Şeyx Abbas Qummi)

Monday, December 15, 2014

İslamda yemək və içmək qaydaları (Birinci fəsil)

    Əhli-beytdən nəql olunan hədislərə əsasən, ləzzətli yeməkləri yemək və onu başqalarına da yedirtmək çox gözəl əməldir. İnsanın ləzzətli yeməkləri özünə haram etməsi yaxşı iş deyil. İmam Sadiq əleyhissalam buyurur:-Allah taala kərimdir ondan ki, dünyada mö`minə halal etdiyi ne`mətlərdən qiyamət günü ondan sorğu-sual edə. Amma gərək insanın yeyib-içdikləri halaldan olsun. Gərək insan o qədər də yeməsin ki, toxluq onu Allahın ibadətlərindən uzaqlaşdırsın. Məsələn:  heyvanlar tək həmişə öz himmətlərini ancaq yeyib-içməyə sər etməsin. Burada əsl məqsəd odur ki, sən o ne`mətlərdən orta səviyyəli istifadə edəsən və yeyib-içməyin Allaha ibadət etmək üçün olmalıdır. həmişə Allahın ne`mətindən elə istifadə et ki, ne`mət zay olmasın, çünki  Allah taala israf edənləri əsla sevməz. həmçinin heç vaxt  tox halda bir şey yemə, çünki tox halda yemək dəri xəstəliyinə və xoraya səbəb olar və Allah taala bu xislətli acgöz insanları xoşlamır. Rəvayət olunub ki, hər kəs bu dünyada çox tox olarsa qiyamət günü hədsiz dərəcədə ac qalar.

   İnsanın hədsiz toxluğu onun tüğyankarlığına və fəsad etməsinə səbəb olar. Allah taala heç bir şeydən dolu qarından nifrət etdiyi kimi nifrət etmir. (Şeyx Abbas Qummi)

Sunday, December 14, 2014

İslamda kişi və qadınların rəng və həna qoymalarının fəziləti (Yeddinci fəsil)

  Kişilərin saç və saqqalına rəng qoymaları tə`kid edilmiş bir sünnətdir. Qadınlar üçün də bu müstəhəb əməldir.

  Əllamə Məclisi buyurur:-Kişilərin əl və ayaqlarına rəng qoymaları məkruhdur. Lakin tükləri təmizləndikdən sonra bütün bədənə çox az miqdarda həna qoyulması müstəhəbdir. Həmin rəngdən bir az əldə qalır ki, o da dırnaqların rəngini qırmızımtıl edir. Həna ilə rəng qoymaq peyğəmbərlərdən qalan sünnətdir.   Allah yolunda bir dirhəm rəng məsrəf etmək başqa xeyir işlərdə məsrəf olan min dirhəmdən üstündür ki, onun da insanda on dörd xisləti vardır.

1-Qulaqlarda olan xışıltını aradan aparar.
2-Gözlərin tozunu aradan aparar.
3-Gözə gözəllik verər.
4-Burnun içini yumşaq saxlayar.
5-Ağızı xoş ətirli edər.
6-Dişin diblərini möhkəm edər.
7-Qolun altından gələn iyi aradan aparar.
8-Şeytanın vəsvəsəsin uzaqlaşdırar.
9-Bu işə görə mələklər çox şad olarlar.
10-Bu səbəbə görə mö`minlər şad və kafirlər qəzəbli olarlar.
11-İnsana gözəllik bəxş edər.
12-Bədəni xoş ətirli edər.
13-İnsanı qəbir əzabından xilas edər.
14-Nəkir və Münkər sorğu-sual zamanı o kəsdən həya edərlər.

  Rəvayətdə var ki, qadının əllərinin rəngsiz qalması yaxşı deyil. Az da olsa gərək həna qoysun,hətta qoca olsa belə.

  Alimlər arasında məhşur nəzər budur ki, insanın cünub olduğu  halda rəng qoyması, həmçinin rəng qoyduqda cünub olması məkruhdur.

   Əllamə Məclisi buyurur:-həna tə`sirini qoyduqdan sonra cinsi əlaqədə olmağın eybi yoxdur.
  Həmçinin qadının heyz halında həna və rəng qoymasının kərahəti vardır. (Şeyx Abbas Qummi)

Friday, December 12, 2014

İslamda güzgüyə baxmaq qaydaları (Altıncı fəsil)


  İmam Sadiq əleyhissalamdan nəql olunur ki,  hər bir cavan  güzgüyə çox baxsa,  həmçinin baxdığı zaman  Allaha həmd və şükr edib: “İlahi, sən məni gözəl yaradıb bütün eyblərdən uzaq etmisən.” desə, Allah taala onun cənnətə gedməsini vacib edər.  “Fiqhi  Rza”-dan  nəql olunub: Əgər güzgüyə baxmaq  istəsən onu sol əlinə götürüb  “Bismillah” de, sonra ona baxdığın halda sağ əlini alnına qoy və üzünə çəkib sağ əlinlə saqqalını tut və de:

  “Əlhəmdu lillahil-ləzi xələqəni bəşərən səviyyən və zəyyənəni və ləm yəşşini və fəzzələni əla kəsirin min xəlqihi və mənnə ələyyə bil-islami və rəziyəhu li dinən.” 

Sonra güzgünü yerinə qoy və de:  “Əllahummə la tuğəyyir ma bina min ni`əmikə vəc`əlna liən`umikə minəş-şakirinə və lialaikə minəz-zakirin.”

  Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əmirəlmö`minin  əleyhissalama  buyurdu:-Ey  Əli, güzgüyə baxdığın zaman bu duanı oxu:

   “Əllahummə kəma həssəntə xəlqi fəhəssin xulqi və rizqi.” (Şeyx Abbas Qummi)

Thursday, December 11, 2014

İslamda sürmə çəkmək qaydaları (Beşinci fəsil)

  Rəvayətdə var ki, daş sürməsini çəkməyin göz üçün çox faydası vardır. Çünki o gözün nurunu artırar, kipriyi göyərdər və həmçinin gözdən axan suyun qarşısını alar. Ağızdan xoş ətir gəlməsinə səbəb olar və səcdələrin uzun sürməsinə kömək olar.

    İmam  Rza əleyhissalam buyurur:-hər bir şəxsin Allaha və qiyamət gününə imanı varsa gözünə sürmə çəksin. İmam Baqir əleyhissalam isə buyurur ki, sürmə çəkmək nəfəsi xoş ətirli edər və kiprikləri möhkəmləndirər.

    İmam Sadiq əleyhissalam buyurur:-Gecə sürmə çəkməyin gözə faydası var, gündüz isə gözəllik üçündür, yatmaq vaxtı üzə nur gətirər və gözdən su axmasının qarşısını alar.

     Həzrət Peyğəmbər (sələllahu əleyhi və alihi və səlləm) gecələr yatanda sürmə çəkərdi, ondan dörd mil sağ gözünə, üç mil isə sol gözünə istifadə edərdi.  Həzrət Əmirəlmö`minin əleyhissalam buyurub ki, hər kəs sürmə çəksə onu tək sayda çəksin. Əgər o cür çəkməsə də eybi yoxdur.

    “Məkarim”  kitabında nəql olunan rəvayətə əsasən yaxşı olar ki, sürmə çəkən vaxtı bu duanı oxuyasan:


     “Əllahummə inni əs`əlukə bihəqqi Muhəmmədin və ali Muhəmmədin ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmmədin və ən təc`ələn-nurə fi bəsəri vəl-bəsirətə fi dini vəl yəqinə fi qəlbi vəl-ixlasə fi əməli vəssəlamətə fi nəfsi vəs-səətə fi rizqi vəş şukrə ləkə əbədən ma əbqəytəni.” (Şeyx Abbas Qummi)

Wednesday, December 10, 2014

Qadınların və uşaqların qızıl və gümüş ilə bəzədilməsi (Dördüncü fəsil)

     Bir gün İmam Cəfər Sadiq əleyhissalamdan soruşdular ki, qadınların qızıl və gümüş ilə zinətlənməsi necədir? İmam buyurdu:-Eybi yoxdur.
     
     Başqa bir rəvayətdə o həzrət buyurur:-Atam  İmam  Məhəmməd  Baqir əleyhissalam öz xanımlarına və uşaqlarına qızıl və gümüş taxardı.

      Rəvayətdə var ki, qadının özünü zinətsiz saxlaması yaxşı deyil, ən azı bir boyunbağısı olsa onu boynuna salsın.  Həmçinin yaxşı deyil ki, qadın əllərinə rəng qoymasın, ən azı gərək həna qoysun, hətta yaşlı qadın olsa belə.


      Əllamə Məclisi buyurur:-Kişilər üçün ehtiyata daha uyğun odur ki, qılınc və Qur`anlarını belə qızılla bəzəməkdən çəkinsinlər. (Şeyx Abbas Qummi)

Tuesday, December 9, 2014

İslamda üzük qaşının üstündə münasib olan yazılar (Üçüncü fəsil)


   həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) üzüyün qaşı üzərinə heyvan şəkillərinin çəkilməsini qadağan etmişdir.
     
Rəvayətdə var ki, qocaların əqlini üç şeylə imtahan etmək olar.
1)    Onların saqqalının uzunluğu ilə.
2)    Üzüyünün naxışı ilə.
3)    Bir də künyələri (ləqəbləri) ilə.

Rəvayətdə var ki, hər kəs üzüyünə “Ma şaəllah la quvvətə illa billah əstəğfirullah” naxışı qoyarsa Allah onu ən çətin yoxsulluqdan xilas edər.
Seyyid ibni Tavus “Əmanul-əxtar” kitabında “Fəzlül-əqiq” kitabından nəql edir ki, İmam Məhəmməd Baqir əleyhissalam buyurmuşdur: hər bir şəxsin əqiq qaşlı üzüyü olsa və onu sağ əlinə taxsa, həmçinin o üzüklə gecəni sübh etdikdən sonra bir kəslə üz-üzə gəlmədən üzüyü əlinin içinə tərəf döndərib ona baxaraq “İnna ənzəlnahu fi ləylətil-qədr” surəsini axıra qədər oxusa və sonra desə:

    “Aməntu billahi vəhdəhu la şərikə ləhu və kəfərtu bil-cibti vət-tağuti və aməntu bisirri Ali Muhəmmədin və əlaniyətihim və zahirihim və batinihim və əvvəlihim və axirihim.”

    həmin gündə Allah taala onu hər bir bəladan saxlayar. İstər göydən yerə gələn bəla olsun, istərsə də yerdən göyə gedən, onların hamısından uzaq olar.
    Günbatana qədər Allahın himayəsi altında olar və Onun sevdiyi bəndələrdən olar.

    Rəvayətlərin birində buyurulub: hər kəs əqiq qaşlı üzük düzəldərsə və onun qaşında “Muhəmmədun Nəbiyyullah və Əliyyun vəliyyullah” yazarsa Allah onu pis ölümdən qoruyar və haqq dində olaraq ölər.  (Şeyx Abbas Qummi)

Monday, December 8, 2014

İslamda üzüklərin rəngi və xüsusən əqiq, firuzə qaşlarının fəziləti, həmçinin Yəmən daş-qaşları haqqında tövsiyələr (İkinci fəsil)

  Bilmək lazımdır ki, üzüklər üçün ən gözəl qaş əqiqdir. O birinci daşdır ki, Allahın birliyini həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in peyğəmbərliyini və həzrət Əmirəlmö`minin əleyhissalamın vilayətini qəbul etmişdir. Üzərində əqiq qaş olan üzüyün barmaqda olması düşmənlərdən və müxtəlif bəlalardan qorunmaq üçün faydalıdır. Əqiq qaş insanı yoxsulluqdan xilas edər. hər kəs əqiq qaşlı üzük taxarsa hacətləri qəbul olar, ümid var ki, aqibəti xeyirli olar, səfərdə əmin-amanlığa səbəb olar. Əqiq qaşlı üzüklə qılınan namazın savabı onsuz qılınan qırx camaat namazına bərabərdir. İnsanı zalım vəzifə sahiblərinin şərindən qoruyar və insanı bütün qorxduğu şeylərdən hifz edər. Allah taala çox sevir ki, insan əlində əqiq qaşlı üzük olan halda onun dərgahına əl açsın. Allah dərgahına açılan əllərdən heç biri əqiq üzüklü əl kimi istəkli deyil. Rəvayət olunub ki, əqiq qaşlı üzüklə qılınan iki rükət namaz əqiqsiz qılınan min rükət namazdan üstündür.

      Əqiq daşından sonra fəzilətli daşlar firuzə və qara daş olan Yəmən daşıdır. Rəvayətdə var ki, hər kəs firuzə qaşlı üzük taxsa əli bərəkətli olar. həmçinin qara Yəmən daşı olan üzüklə qılınan bir namaz, onsuz qılınan yetmiş namaza bərabərdir. həmin daşın Allaha etdiyi zikr və istiğfarın bütün savabı öz sahibinə yazılar. həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu:-hər iki cahanın xaliqi olan Allah buyurur:-hər hansı bir bəndəm barmağında firuzə olan üzüklə Mənə əl açıb Məndən bir şey istəsə onu ümidsiz qaytarmağa həya edərəm.

     İmam Sadiq əleyhissalam buyurur:-Çox istəyirəm ki, hər bir mö`minin əlində beş dənə üzüyü olsun.

                                                                   “Yaqut”
     hədisdə buyurulmuşdur:-Yaqut daş-qaşın ən iftixarlısıdır. Əqiq də Allah üçün və biz Əhli-beyt üçün daşların xalisidir. Firuzə gözü qüvvətləndirər, sinəni günişləndirər və ürəyin qüvvəsini çoxaldar. həmçinin firuzə əlində olan şəxs bir iş dalınca getsə öz mətləbinə çatar. Çin dəmirinin həmişə barmağa taxılmasını sevmirəm, lakin bu üzüyün şər adamın yanına gedərkən barmaqda olmasından acığım gəlmir. Şeytanı uzaq etdiyi üçün məsləhətdir ki, əldə olsun.


     Beşinci: həmin dürdür ki, Allah taala onu Nəcəfdə üzə çıxarmışdır. həqiqətən hər kəs onu barmağına taxsa, hər iki cahana malik olan qadir Allah hər dəfə ona nəzər saldıqda onun üçün həcc və ümrənin savabını onun əməl dəftərinə yazar və o, peyğəmbərlərin savabında olar. Əgər Allah taala şiələrimizə rəhm etməsəydi onun bir qaşı çox baha olardı. Amma Allah taala onu ucuz etmişdir ki, dövlətli və kasıb, hamı barmağına sala bilsin.  (Şeyx Abbas Qummi)

Sunday, December 7, 2014

İslamda barmağa üzük taxmaq və onun fəziləti (Birinci fəsil)

     Üzüyün sağ ələ taxılması istər kişi və istərsə də qadınlar üçün tövsiyə edilmişdir. Bu şiəliyin əlaməti və peyğəmbərlərdən qalan bir sünnətdir. habelə mö`minlərin beş nişanəsindən biridir. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) şəhadət barmağına və orta barmağa üzük taxmağı qadağan etmişdir. hədisdə var ki, üzüyü barmaqların başına taxmaq Lut qövmünün işlərindəndir.

  İbni Tavus (r.ə) rəvayət etmişdir ki, barmağa üzük taxan vaxt bu duanı oxu.

    “Əllahummə səvvimni bisimail-imani və təvvicni bitacil-kəraməti və qəllidni həbləl-islami və la təxlə ribqətəl-imani min unuqi.” (Şeyx Abbas Qummi)

Saturday, December 6, 2014

İslamda ayaqqabı geyinmə və soyunma qaydaları və dualar (Yeddinci fəsil)

   Ayaqqabını geyinəndə sağdan, soyunanda isə soldan başlamaq məsləhətdir. həmçinin Rəvayət olunub ki, bir ayaqqabı ilə yol getmə. hər kəs bu cür etsə şeytan ona əl tapar. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ayaqqabının bir tayı ilə yol getməyi və onu ayaq üstə olan halda geyinməyi qadağan etmişdir. Ola bilsin ki, bu qadağan bəndi olan ayaqqabılara məxsusdur. Necə ki, Əllamə Məclisi (r.ə) buyurur.

 “Nəcat” kitabında nəql olunub ki, çəkmə və başmağı oturan halda geyin. Geyinəndə isə bu kəlamları söylə:

   “Bismillahi Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və vətti qədəməyyə fid-dunya vəl-axirəti və səbbithuma ələs-sirati yəvmə təzillu fihil-əqdam.”

 Ayaqqabını ayağından çıxararkən onu ayaq üstə çıxart və bu duanı oxu:

    “Bismillahi Əlhəmdulillahil-ləzi rəzəqəni ma əqi bihi qədəməyyə minəl-əza Əllahummə səbbithuma əla siratikə və la tuzilləhuma ən siratikəs-səviyyi.” (Şeyx Abbas Qummi)

Friday, December 5, 2014

İslamda ayaqqabı və çəkmə geyinmə qaydaları və onların rəngləri (Altıncı fəsil)

Ayaqqabı  və başmaqlarda olan ən gözəl və üstün rəng sarı rəngdir ki, insanın gözünü işıqlandırar. Həmçinin bu rəng qəm-qüssəni insandan uzaq edir, çünki  o peyğəmbərlərin geyimidir. Ondan sonra ağ rəngdir. Köhnəlməmiş ağ ayaqqabı sahibinin əlinə onun gümanı belə gəlməyən bir yerdən mal gətirmiş olar. Rəvayətdə gəlib ki, hər bir şəxs sarı və ya ağ başmaq geyərsə ona övlad və mal yetişər. Amma qara başmaq geyən şəxs onların heç birinə nail olmaz. Çəkmədə isə ən üstün rəng qara rəngdir. Səfərə çıxan zaman onun qırmızı olması yaxşıdır.
  
 Davud Riqqi adlı bir şəxs nəql edir: İmam Sadiq əleyhissalam səfərdə olan zaman o həzrətin qırmızı geydiyini görüb sual verdim ki, qırmızı çəkmə nə üçündür?
  
 İmam  buyurdu:-Mən  bunu səfər üçün almışam, xüsusən palçığa və yağışa yaxşıdır.
  Səfərdə olmadıqda çəkmənin qara olması yaxşıdır. Müstəhəbdir  ki,  başmağın ortası boş olsun və yerə dəyməsin. Yaxşı ayaqqabı geymək insanın bədənini bəlalardan qoruyar, namaz və dəstəmazın tamamlığına və ömrün uzun olmasına səbəb olar.  Tamamilə yerə sürtünən ayaqqabılar yəhudilərə məxsusdur.  Başmağın qara olması insanın fikirli, qəmli və gözlərinin zəif və təkəbbürlü olmasına səbəb olar. O cür şəxslər qiyamət günü pis və qəddar insan kimi məhşur olacaqlar. Çəkmə və başmaq geymək insanın gözlərinə nur verər, insanı bir çox xəstəlikdən nicat verər. (Şeyx Abbas Qummi)

Thursday, December 4, 2014

İslamda paltar geyinmək və soyunmağın sair qaydaları (Beşinci fəsil)

 İstər gecə, istərsə də gündüz tamamilə lüt olmaq məkruhdur. hər vaxt insan lüt olduqda şeytan ona tərəf nəzər salır və ona tamah yetirir ki, onu günaha salsın, ona görə də həmişə paltar soyunan zaman Bismillah de ki, cinlər onu geyə bilməsinlər. həmçinin onu bədənindən çıxartdıqda səliqə ilə bük. Belə etsən paltarın tez zay olmaz. Xüsusilə də gecə vaxtlarında. Əgər onu dağınıq halda qoysan cinlər onu geyərlər. Paltarı geyindiyin zaman gərək niyyətin öz eybini örtmək və  Allahın ne`mətlərini müsəlmanlara göstərmək olsun. Ona görə ki,  Allah taala zinəti və onun ne`mətini göstərməyi xoşlayır.
   
hər hansı bir paltarı geyinəndə sağdan başla, soyunanda isə soldan və Allahın adını dilinə gətirməyi unutma. Geyinib qurtardıqdan sonra Allaha həmd və şükür elə.
   hər zaman təzə paltar geyindin, çalış ki, köhnəsini yoxsula verəsən, bununla da həmişə Allahın pənahında, nəzərində olarsan. O paltar ki, onda Allaha ibadət etmisən onu heç vaxt satma. Evdən çölə getdiyin zaman geydiyin paltarı evdə geymə, yoxsa israf etmiş olarsan. Rəvayətdə var ki, bir gün İshaq ibni Əmmar İmam Sadiq əleyhissalamdan soruşur:-Olar ki, mö`minin on dənə köynəyi olsun? İmam buyurur:-Bəli olar. Çünki bu mal zay etmək deyil. Paltarı, hər hansı bir geyimi o zaman zay etmiş olarsan ki, təzə paltarı köhnə yerinə istifadə edəsən.

    Belə bir rəvayət nəql olunub ki, arxalığın və köynəyin düymələrini açıq qoymaq Lut qövmünün əxlaqındandır. (Şeyx Abbas Qummi)